Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3766/2025 24.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Məmmədova (İbrahimova) Aynurə Elçin qızı ilə birgə nikahlarından olan 28.11,2014-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün hər uşağa 200 manat olmaqla, ümumilikdə 400 manat alimentin onun xeyrinə ödənilməsi ilə əlaqədar onunla maraqlı şəxs Məmmədova (İbrahimova) Aynurə Elçin qızı arasında bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/2/2024-00602 saylı “Barışıq sazişinin” təsdiq edilməsi və alimentin xx.xx.2024-cü il tarixdən hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıdakılara görə hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 108.1.3-cü maddəsinə əsasən xüsusi icraat qaydasında baxılan işlər üzrə ərizə verildikdə dövlət rüsumu ödənilir. Həmçinin “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Hazırda ərizəçi onunla Məmmədova (İbrahimova) Aynurə Elçin qızı arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini xahiş etsə də, o, xüsusi icraat qaydasında ərizənin verilməsi üçün nəzərdə tutulan 100 manat məbləğində olan dövlət rüsumunu ödəməmişdir. Bu da ərizənin icraata qəbul edilərək baxılmasını mümkünsüz edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim ərizəni geri qaytarır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən hesab edirəm ki, ərizənin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş məbləğdə dövlət rüsumu ödənilmədiyindən, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı və ərizəçi qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada (qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənildikdən sonra) məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada (qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənildikdən sonra) yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-3766/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3766/2025
24.04.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver