Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3778/2021 19.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə Ərizəçi anası 25.01.1946-cı il təvəllüdlü X3 07.11.2019-cu il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Ərizəçi anası 25.01.1946-cı il təvəllüdlü X3 07.11.2019-cu il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Mülki iş üzrə 08.05.2021-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında Ərizəçi vəkili və nümayəndəsi Vəkil ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, ərizəçi 21.08.1980-ci ildə Gəncə şəhərində anadan olmuş, atası X4 anası isə X9 olmuşdur. Ərizəçinin anası X10 25.01.1946-cı ildə Tovuz rayonunda anadan olmuşdur. S.H.Rzayeva Rusiya Federasiyasının vətəndaşı olsa da, 2019-cu ilin oktyabr ayında Azərbaycan Respublikasına gəlmiş və Bakı şəhəri Binəqədi rayonu 1-ci Mədən korpus 4-də yerləşən özünə məxsus evdə yaşamış, 07.11.2019-cu il tarixdə saat 22 radələrində yaşadığı Bakı şəhəri Binəqədi rayonu 1-ci Mədən korpus 4-də yerləşən evdə qəflətən ürək çatışmazlığından vəfa etmişdir. Təcili tibbi yardıma S.H.Rzayevanın adına çağırış edilmiş, lakin 22:45 radələrində həkim gələnə qədər S.H.Rzayeva vəfat etmişdir. Ailəsi S.H.Rzayevanın ölümü ilə bağlı poliklinikadan ölümü təsdiq edən sənəd ala bilməmişdir. Ərizəçi mərhum anasının adına ölüm haqqında şəhadətnamə almaq üçün 5 saylı Bakı Asan xidmət mərkəzində qeydiyyat şöbəsinə müraciət etsə də, qeydiyyat şöbəsi imtina məktubunda ona ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsini məsləhət görmüşdür. S.H.Rzayeva 07.11.2019-cu il tarixdə vəfat etsə də, pandemiya ilə əlaqədar ölkə ərazisində karantin rejimi elan edildiyindən, ərizəçi vaxtında məhkəməyə müraciət edə bilməmişdir. S.H.Rzayeva Tovuz rayon qəbirstanlığında dəfn olunmuşdur. Ölüm faktının müəyyən edilməsi ərizəçiyə ölüm haqqında şəhadətnamənin alınması üçün tələb olunur. Ona görə də 25.01.1946-cı il tarixdə Tovuz rayonunda anadan olmuş X3 07.11.2019-cu il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Ərizəçi vəkili və nümayəndəsi Vəkil məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilib 25.01.1946-cı il tarixdə Tovuz rayonunda anadan olmuş X3 07.11.2019-cu il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmə işə ərizəçinin vəkili və nümayəndəsi Vəkil iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs 28.04.2021-ci il tarixli məktubu ilə məhkəməyə müraciət edərək iddiaya etiraz edilmədiyini, işin həllinin məhkəmənin mülahizəsinə buraxıldığını bildirmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin vəkili və nümayəndəsi Vəkil ərizəyə münasibətini, şahid ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1.şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; Gəncə şəhər VVAQ şöbəsi tərəfindən verilmiş 02.09.1980-ci il tarixli Vİİ-ЖГ № 358651 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Ərizəçi 21.08.1980-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, atası X4, anası X8r. 07.11.2006-cı il tarixdə verilmiş 333-002 saylı Rusiya Federasiyası vətəndaşının pasportunun surətindən müəyyən olunur ki, X10 25.01.1946-cı il tarixdə Tovuz şəhərində anadan olmuşdur. 11.07.2012-ci il tarixdə verilmiş ******* nömrəli Rusiya Federasiyası vətəndaşının pasportunun surətindən müəyyən olunur ki, X10 25.01.1946-cı il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. Təcili və X7 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsindən müəyyən olunur ki, X3 adına daxil olan çağırışa həkim 07.11.2019-cu il tarixdə saat 22:45-də Bakı şəhəri Binəqədi rayonu 1-ci Mədən korpus 4 ünvanına gələrkən qadın cinsli meyit aşkar olunmuşdur. Bakı şəhəri Binəqədi RİB-nin Binəqədi qəsəbəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 08.04.2021-ci il tarixli 531 saylı arayışdan müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu 1-ci Mədən korpus 4 ünvanında qeydiyyatsız yaşayan Ərizəçi anası X10 Bakı şəhəri Binəqədi rayonu 1-ci Mədən korpus 4 ünvanında 07.11.2019-cu il tarixdə vəfat etmişdir. Tovuz Bələdiyyəsinin 08.05.2021-ci il tarixli 126 saylı arayışından müəyyən olunur ki, 1946-cı ildə anadan olmuş X10 08.11.2019-cu il tarixdə Tovuz şəhər qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid X5 ifadəsində göstərmişdir ki, xalası 25.01.1946-cı il təvəllüdlü X10 07.11.2019-cu il tarixdə Bakı şəhərində vəfat etmiş və Tovuz qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid X1 ifadəsində göstərmişdir ki, qonşusu 25.01.1946-cı il təvəllüdlü X10 07.11.2019-cu il tarixdə Bakı şəhərində vəfat etmiş və Tovuz qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid X6 ifadəsində göstərmişdir ki, qonşusu 25.01.1946-cı il təvəllüdlü X10 07.11.2019-cu il tarixdə Bakı şəhərində vəfat etmiş və Tovuz qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 5 saylı Bakı Asan xidmət mərkəzində qeydiyyat şöbəsinin 09.04.2021-ci il tarixli 05/76-814 saylı məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydasının 8.5-ci bəndinə əsasən ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktının məhkəmə tərəfindən müəyyən edildiyi, ölüm haqqında həkim şəhadətnaməsini təqdim etmədiyinə görə ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla 25.01.1946-cı il təvəllüdlü X3 07.11.2019-cu il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən olunduğundan, ərizəçi bu barədə sənədi başqa qaydada ala bilmədiyindən məhkəmə ərizəni əsaslı hesab edib təmin edir. Məhkəmə məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. 25.01.1946-cı il tarixdə Tovuz rayonunda anadan olmuş X3 07.11.2019-cu il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-3778/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3778/2021
19.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver