Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3792/2025 24.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, yoldaşı 09 iyun 1978-ci il təvəllüdlü X4 22 mart 2025-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. O, həyat yoldaşının (ərinin) ölüm haqqında şəhadətnaməsinin alınması ilə bağlı qeydiyyat şöbəsinə müraciət etmişdir. Ona məhkəməyə müraciət etməli olduğunu bildirilmişdir. Bu səbəbdən də, o, hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi göstərilənləri nəzərə alaraq, 09 iyun 1978-ci il təvəllüdlü X2 22 mart 2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə etməklə yanaşı, məhkəməyə ərizə təqdim edərək, sözügedən faktın təsdiqinin ona sənədləşmə işlərinin aparılması üçün lazm olduğunu bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatına və iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X3” X8 tərəfindən verilmiş 22 mart 2025-ci il tarixli arayışdan görünür ki, 1978-ci il təvəllüdü X2 meyiti 22 mart 2025-ci il tarixdə “Məhkəmə - Tibbi ekspertiza və Pataloji Anatomiya Birliyi” X8 Binəqədi rayon şöbəsinə göndərilmiş və 22 mart 2025-ci il tarixdə dəfn olunması üçün qohumlarına təhvil verilmişdir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş 23 aprel 2025-ci il tarixli 3-16-5/7-13-762/25 saylı məktubdan görünür ki, Ərizəçi ərizəsinə qeydiyyat şöbəsi tərəfindən baxılmış və ona bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası”-nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənəd ilə təsdiq edilməlidir. Ərinin adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizənin təmin edilməsi qeyri-mümkündür. İş materiallarında olan Ağdam rayonu VVAQ şöbəsi tərəfindən verilmiş V-ЖГ seriyalı, 476687 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 09 iyun 1978-ci il tarixdə Ağdam rayonunda anadan olmuşdur. İş materiallarında olan AZ-İİ seriyalı, 251730 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə Şirinova (Hüseynova) Nahidə Möhübbət qızı arasında xx.xx.2018-ci il tarixdə nikah bağlanmış və 364 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi vətəndaşlara Xidmət İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 26 nömrəli arayışdan görünür ki, həqiqətən mərhum X4 22 mart 2025-ci il tarixdə Sumqayıt şəhər qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan R.Şirinova aid məzarın foto-şəklindən məlum olur ki, 09 iyun 1978-ci il təvəllüdlü X4 22 mart 2025-ci il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ərizəçinin qohumu olmaqla yanaşı, ərizəçinin həyat yoldaşı X2 beyninə qan sızması nəticəsində 22 mart 2025-ci il tarixdə vəfat etməsi faktını təsdiq etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyin normalarını rəhbər tutaraq hesab edir ki, 09 iyun 1978-ci il təvəllüdlü X2 22 mart 2025-ci il tarixdə vəfat etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar olduğundan, göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmadığından, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir. Odur ki, ərizə əsaslı olduğu üçün təmin edilməli, 09 iyun 1978-ci il təvəllüdlü X2 22 mart 2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 09 iyun 1978-ci il təvəllüdlü X2 22 mart 2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X2 adına ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №2(001)-3792/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3792/2025
24.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver