Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3827/2024 01.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Bəybalayeva Leylafə Natiq qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) “hüquqi faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə məhkəmənin açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il təvəllüdlü övladı X8 xx.xx.2024-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, X10 ilə xx.xx.2013-cü il tarixində ailə həyatı quraraq rəsmi nikaha daxil olmuşdur. Onların birgə nikahlarından xx.xx.2016-cı il tarixində X16 adlı oğlan övladları doğulmuşdur. xx.xx.2024-cü il tarixdə oğlu qəflətən halsızlaşmış, bədən hərərəti artmış, o, bu barədə bilən kimi oğlunun qeydiyyatda olduğu Binəqədi rayon 11 saylı uşaq poliklinikasının sahə həkiminə məlumat vermişdir. Həkim video zəng vasitəsilə uşaqla da danışmışdır. Oğlu Yusifin qızılca xəstəliyinə yoluxduğunu bildirmişdir. Həmin gün növbədə olmadığı üçün səhərsi gün uşağı gəliv müayinə edəcəyini demişdir. Amma sabahısı gün, yəni xx.xx.2024-cü il tarixdə səhər saat 04:00 radələrində oğlunun halının pisləşdiyini görərək saat 04:40 radələrində Təcili və X6 Stansiyasının 103 qaynar xətt xidmətinə zəng etmişlər. Təcili tibbi yardım həkimləri saat 05:00 radələrində çatsalar da, həkimlər gələnə qədər oğlu Yusif keçinmişdir. Azyaşlı övladı Yusif öz atasının dəfn olunduğu Masazır qəsəbəsində yerləşən qəbristanlıqda dəfn etmişlər. Elə bu səbəbdən də TTTYS Ölüm haqqında xəbərdarlıq vərəqəsində ölümün ilkin səbəbi kimi “Həkimə qədər ölüm. Kişi cinsli uşaq meyiti” sözlərini yazmaqla kifayətlənib. Yəni, həkim uşaq keçinmədən öncə çatmadığı, uşağı müəyyən edə bilmədiyi və xəstəliyini təyin edə bilmədiyi üçün ölüm səbəbini müəyyən edə bilməmişdir. Buna görə də, o, X4 ölümü barədə şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etdikdə ona şəhadətnamə verməkdən imtina edilmiş, məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəsini müdafiə edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə maraqlı şəxs qanunla müəyyən edilmiş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X9 ifadəsində göstərdi ki, ərizəçi onun yaxın qonşusudur. Ərizəçinin oğlu Binəqədidə yerləşən evdə, qış aylarında vəfat edib, dəqiq tarix yadında deyil. Məhkəmədə şahid X12 bildirdi ki, ərizəçi onun qonşusudur. Ərizəçinin oğlu vəfat edib, Masazırda dəfn olunub, dəfn mərasimində də iştirak edib. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verib belə hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan: AZ-İİİ seriyalı 807401 nömrəli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü övladı X8 atası X10, anası isə Ərizəçidır. Abşeron Rayon Masazır Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X13 xx.xx.2024-cü il tarixində rəhmətə gedmiş, Masazır kənd qəbristanlığında dəfn olunmuşdur. Bakı şəhəri Maraqlı şəxs xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Ərizəçi müraciətinə baxılmış və bildirilmişdir ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. X4 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizənin təmin edilməsi mümkün olmamış. AZ-İ seriyalı 826329 nömrəli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, X10 ilə X3 arasında olan nikah Neftçala rayon qeydiyyat şöbəsində xx.xx.2013-cü il tarixdə bağlanmış və 167 nömrə ilə qeyd olunmaqla, sonuncuya “Mazanova” soyadı verilmişdir. Təcili və X6 Stansiyasının “ölüm haqqında xx.xx.2024-cü il tarixli xəbərdarlıq vərəqəsi”nin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 05:00-da Goradil bağları ünvanında yaşayan X8 adına çağırış daxil olmuşdur. Briqada verilən ünvana çatdıqda X8 meyidini aşkar etmişdir. Qəbirdaşının fotoşəklindən müəyyən olunur ki, X1 qəbristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası “TƏBİB” PHŞ “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ 11 nömrəli Uşaq Poliklinikasının xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, ünvan 1 ünvanında yaşayan Ərizəçi övladı xx.xx.2016-cı il təvəllüdlü X13 xx.xx.2016-cı il tarixdə poliklinikaya tibbi qeydiyyata götürülüb. xx.xx.2024-cü il tarixdə ana poliklinikada sahə həkiminə Görədil kəndindəki evlərində uşağın xəstə olduğunu bildirib və həkimdən evdə uşağa baxmağı tələb edib. Sahə həkimi valideynə bildirib ki, ərazi 11 nömrəli Uşaq Poliklinkasına aid olmadığı üçün təcili yardıma zəng etsin və ya uşağı xəstəxanaya aparsın. Məhkəmə araşdırması zamanı ərizəçinin, şahidlərin izahatı və işin materialları ilə həqiqətən xx.xx.2016-cı il təvəllüdlü X8 xx.xx.2024-cü il tarixdə vəfat etməsi faktı sübut olunur. Lakin Bakı şəhəri Maraqlı şəxs məktubla ölüm haqqında qeydiyyat aparmaqdan imtina etdiyindən ölüm faktını təsdiq edən lazımi sənədləri başqa qaydada almaq mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. 307.2.8-ci maddəsinə əsasən, icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. 309.1-ci maddəsinə görə hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.3 və 9.4-cü bəndlərində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Şərh edilənləri məhkəmə hesab edir ki, xx.xx.2016-cı il təvəllüdlü X13 xx.xx.2024cü il tarixdə vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.2016-cı il təvəllüdlü X13 xx.xx.2024-cü il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamə ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-3827/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3827/2024
01.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver