Məhkəmə qərarları › İş №2(001)-3851/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3851/2020

31.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3851/2020 31.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi ilə Ərizəçi əri xx.xx.1961-ci il təvəllüdlü X2 xx.xx.2020-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Ərizəçi əri xx.xx.1961-ci il təvəllüdlü X2 xx.xx.2020-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, mərhum əri xx.xx.1961-ci il təvəllüdlü X5 xx.xx.2020-ci il tarixdə evdə vəfat etmiş və Maştağa qəsəbəsində yerləşən Seyidlər qəristanlığında dəfn olunmuşdur. Həmin vaxt o, təcili tibbi yardıma müraciət etmiş, BŞT və TTYS tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş xəbərdarlıq vərəqəsində kişi cinsli meyitin aşkar edilməsi göstərilmişdir. O, 3 gün ərzində ərazi üzrə poliklinikaya müraciət etmədiyindən ölüm haqqında tibbi şəhadətnaməni ala bilməmişdir. Bundan sonra o, ölüm haqqında şəhadətnamə verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin həkimin tibbi şəhadətnaməsi olmadan ölüm haqqında şəhadətnamə verilməsinin mümkün olmadığı və məhkəməyə müraciət etməsi ona bildirilmişdir. Ölüm faktının müəyyən edilməsi edilməsi ona miras əmlakı qəbul etmək üçün vacibdir. Ona görə də xx.xx.1961-ci il təvəllüdlü X2 xx.xx.2020-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1.şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; xx.xx.1982-ci il tarixli İ-CЛ № 453958 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 ilə Ərizəçi xx.xx.1982-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 8 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Hüseynova soyadı verilmişdir. Bakı şəhəri Təcili və X3 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsindən müəyyən olunur ki, X2 adına daxil olan çağırışa həkim xx.xx.2020-ci il tarixdə saat 07:01-də gələrkən həkimə qədər ölmüş kişi cinsli meyit aşkar olunmuşdur. Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 239 saylı arayışından müəyyən olunur ki, X5 xx.xx.2020-ci il tarixdə vəfat etmiş, Maştağa qəsəbəsindəki Seyidlər qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid X1 ifadəsində göstərmişdir ki, bacısının əri X5xx.xx.2020-ci il tarixdə xəstəlikdən yaşadığı evdə vəfat etmiş və Maştağa qəsəbəsi Seyidlər qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid Rzayev Rövşən Rza oğlu ifadəsində göstərmişdir ki, qaynatası X5xx.xx.2020-ci il tarixdə xəstəlikdən yaşadığı evdə vəfat etmiş və Maştağa qəsəbəsi Seyidlər qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid X4 ifadəsində göstərmişdir ki, atası X5xx.xx.2020-ci il tarixdə xəstəlikdən yaşadığı evdə vəfat etmiş və Maştağa qəsəbəsi Seyidlər qəbristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bakı şəhəri Maraqlı şəxs xx.xx.2020-ci il tarixli 01/K-1230/18 saylı məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktının tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməsi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktının məhkəmə tərəfindən müəyyən edilməsi, bu səbəbdən ölümün qeydə alınmasının mümkün olmadığıƏrizəçi bildirilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla xx.xx.1961-ci il təvəllüdlü X2 xx.xx.2020-ci il tarixdə ölməsi faktı müəyyən olunduğundan məhkəmə ərizəni əsaslı hesab edib təmin edir. Məhkəmə məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. xx.xx.1961-ci il təvəllüdlü X2 xx.xx.2020-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar