Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3890/2022 07.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs qeyd edərək, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx.xx.2022-ci il tarixdə xəstələnmiş və bu barədə xx.xx.2022-ci il tarixdə bu barədə Binəqədi rayon 10 nömrəli şəhər poliklinikasının sahə həkimi Nailə Ələsgərovaya məlumat vermişdir. Poliklinikadan göndərilmiş həkim ərizəçidə covid-19 testi keçirmiş və xx.xx.2022-ci il tarixdə poliklinikadan zəng edib bildirmişlər ki, ərizəçi covid-19 virusuna yoluxmuş və o, ev şəraitində poliklinikadan göndərilmiş dərmanlarla müalicə olunmuşdur. Ərizəçinin həyat yoldaşı X5 ərizəçidən həmin virusa yoluxmuş və ona xx.xx.2022-ci il tarixdə həkim daxili xəstəliklər uzmanı Həbib Şahratov tərəfindən «ikitərəfli pnevmoniya (covid-19) pnevmoniyası?), ağır gedişli, kəskin tənəfüz çatışmazlığı 3-cü dərəcə» diaqnozu qoyulmuş və müalicə yazılmışdır. Lakin aparılan müalicə nəticəsiz qalmış və ərizəçinin həyat yoldaşı X5 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. O, Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Bu barədə məlumat vermək məqsədilə sahə həkimi Nailə Ələsgərovaya bir neçə dəfə zəng etsələr də, telefona zəng çatmamışdır. Dəfndən iki gün sonra Binəqədi rayon 10 nömrəli şəhər poliklinikasına ölüm haqqında tibbi şəhadətnamə almaq üçün müraciət etmişlər, lakin orada onlara bildirdilər ki, ölüm halı baş verəndə təcili tibbi yardıma müraciət etmək lazım idi, dəfndən sonra tibbi şahədatnamə verilmir. Ərizəçi xx.xx.2022-ci il tarixdə Binəqədi rayon 10 nömrəli şəhər poliklinikasına ölüm haqqında tibbi şəhadətnamənin nə səbəbdən vermədiklərinə dair yazılı sürətdə cavab verilməsi üçün ərizə ilə müraciət etmişdir. Hal-hazırda ərizəçinin həyat yoldaşı X4 qəbri Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən qəbirstanlıqda yerləşir. X4 ölümünü Azərbaycan Respublikasının Bakı şəhər İcra hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Trestindən alınmış arayış da təsdiq edir. Ərizəçi hal-hazırda ölüm haqqında şəhadətnamə almaq istəyir. Bunun üçün X4 ölüm faktının müəyyən edilməsi lazımdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuş məktubda göstərilmişdir ki, Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ərizəsinə etiraz etmir və işin həllini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1940-cı il təvəllüdlü X5 xx.xx.1946-cı il təvəllüdlü Ərizəçi ilə xx.xx.1968-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin xx.xx.2022-ci il tarixli, 41 nömrəli arayışından görünür ki, Ərizəçi həyat yoldaşı X3 rayonu, 7-ci mikrorayon qəbirstanlığında xx.xx.2022-ci il tarixdə dəfn edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi ərazi bölmələri idarəetmə birliyi” publik hüquqi şəxs 10 №-li şəhər poliklinikasının xx.xx.2022-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, “ ... ünvan 1 ünvanında qeydiyyatda olmuş və xx.xx.2022-ci il tarixdə vəfat etmiş xx.xx.1940-cı il təvəllüdlü X4 Binəqədi rayonu 10 nömrəli şəhər poliklinikasına son müraciəti xx.xx.2017-ci il tarixdə olmuşdur. Sonrakı müddətdə Binəqədi rayonu 10 nömrəli şəhər poliklinikasına heç bir xəstəliklə əlaqədar müraciət etməmişdir, ölümün baş vermə səbəbi məlum deyil. Təcili yardım çağırılmadığına görə ölümü təsdiq edən TTTYS “Xəbərdarlıq vərəqəsi” yoxdur. Bu səbəbdən Ölüm haqqında tibbi şəhadətnamənin poliklinika tərəfindən verilməsi mümkün deyil”. İş materiallarında olan məzar daşının fotoşəkillərindən görünür ki, X5 xx.xx.1940-cı il tarixdə doğulmuş və xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində məhkəməyə bildirdi ki, o, mərhum Bəhmən Mustafayevin oğludur. 2022-ci ilin fevral ayında anası koronavirus xəstəliyinə yoluxmuş və ondan sonra həmin xəstəlik atasına da keçmişdir. X13 adında uzman həkim müalicə edirdi, lakin müalicə kömək etməmiş və atası xx.xx.2022-ci il tarixdə Bakı şəhərində yerləşən evlərində vəfat etmişdir. Atası Binəqədi rayonunun 7-ci mikrorayonunda yerləşən qəbirstanlıqda dəfn edilib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində məhkəməyə bildirdi ki, o, ərizəçinin kürəkənidir. X2 qayınanasından koronavirusa yoluxmuş və xx.xx.2022-ci il tarixdə elə yaşadığı evdə həmin xəstəlikdən vəfat etmişdir. Qayınatası Binəqədi rayonunun 7-ci mikrorayonunda yerləşən qəbirstanlıqda dəfn edilib. O, dəfndə və yas mərasimlərində şəxsən iştirak edib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində məhkəməyə bildirdi ki, o, ərizəçinin qonşusudur, eyni zamanda qohumluqları da çatır. Bilir ki, X1 yoluxmuş və xx.xx.2022-ci il tarixdə elə yaşadığı evdə həmin xəstəlikdən vəfat etmişdir. X9 rayonunun 7-ci mikrorayonunda yerləşən qəbirstanlıqda dəfn edilib. O, dəfndə və yas mərasimlərində şəxsən iştirak edib. Mülki Prosessual Məcəllənin 307.2.8-ci maddəsinə görə, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 309.1-ci maddəsinə əsasən isə, hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, “ ... Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir”. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1940-cı il tarixdə Ermənistanın Sisyan rayonunda doğulmuş X4 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1940-cı il tarixdə Ermənistanın Sisyan rayonunda doğulmuş X4 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-3890/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3890/2022
07.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver