Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3890/2024 05.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Ərizəçi, Maraqlı şəxs Qurbanova (Abidova) Vüsalə İsmayıl qızının iştirakları ilə, Ərizəçi (maraqlı şəxs qismində Qurbanova (Abidova) Vüsalə İsmayıl qızı cəlb edilməklə) mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla maraqlı şəxs Qurbanova (Abidova) Vüsalə İsmayıl qızı arasında mediasiya prosesi nəticəsində mediator tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli barışıq sazişinin 2-ci tərəf 1-ci tərəfə qarşı Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 29001)-1442/2021 saylı, xx.xx.2021 tarixli qətnaməsi ilə qət edilmiş qətnamənin alimentin tutulması hissəsində iddiasından imtina edir hissəsində məcburi icra edilməsi üçün təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Qurbanova (Abidova) Vüsalə İsmayıl qızı ilə xx.xx.2005-ci il tarixdə rəsmi nikaha girərək evlənib ailə qurmuşuq . Birgə nikahdan xx.xx.2006-cı il tarixdə Qurbanlı Elşad, xx.xx.2010-cu il tarixdə Qurbanlı Erkin anadan olmuşdur. Binəqədi Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Qeyd olunmalıdır ki, xx.xx.2024-cü il tarixdə Bakı 3 saylı Mediasiya Təşkilatında aralarında barışıq sazişi imzalanmışdır. Sazişin şərtlərinə görə 1.1-ci tərəf Ərizəçi, 2-ci tərəfə qarşı birgə nikahdan doğulmuş uşaqlardan birinin onun himayəsində qalması (uşaq tələbi) barədə müraciət etmişdir. 2-ci tərəf Maraqlı şəxs, birinci tərəf Ərizəçi Saritel oğlunun ona qarşı birgə nikahdan doğulmuş xx.xx.2006-cı il təvəllüdlü (böyük oğlanları) X2 onun himayəsinə verilməsi ilə bağlı iddiasını qəbul edir. Tərəflər bildirdilər ki, hazırda xx.xx.2006-cı il təvəllüdlü (böyük oğlanları) X3 atası Ərizəçi Saritel oğlunun yanında, xx.xx.2010-cu il təvəllüdlü (kiçik oğlanları) X4 isə anası - Maraqlı şəxs yanında yaşayır. Ona görə də tərəflər uşaqların himayəyə verilməsi ilə bağlı qarşılıqlı razılığa gəldilər ki: 1. xx.xx.2006-cı il təvəllüdlü X3 atası Ərizəçi Saritel oğlunun yanında (himayəsində) qalsın. 2. xx.xx.2010-cu il təvəllüdlü (kiçik oğlanları) X4 isə anası - Maraqlı şəxs yanında (himayəsində) qalsın. 3. 2-ci tərəf 1-ci tərəfə qarşı Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-1442/2021saylı, xx.xx.2021 tarixli qətnaməsi ilə qət edilmiş qətnamənin almentin tutulması hissəsində iddiasından imtina edir. 4. Tərəflərin bir-birinə qarşı aliment iddiaları yoxdur. Barışıq sazişi bağlandıqdan sonra şərtlərinin alimentin tutulması hissəsində Qurbanova (Abidova) Vüsalə İsmayıl qızı tərəfindən pozulmuşdur, yerinə yetirilməmişdir. Belə ki, Qurbanova (Abidova) Vüsalə İsmayıl qızı aliment tələbi ilə bağlı icra sənədinə xitam verilməsi barədə İcra Şöbəsinə notarial qaydada təsdiq edilmiş ərizə verdiyi təqdirdə icraata xitam verilə bilər, lakin tərəf bunu yerinə yetirməkdən boyun qaçırmışdır. Sazişin şərtləri 10 gün müddətində yerinə yetirilməli olduğu halda yerinə yetirməmişdir. Sazişin 6-cı bəndində imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıması , tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 təqvim günü müddətində könüllü şəkildə icra edilməlidir. Sazişin alimentlə bağlı şərtlərinin pozulması nəticəsində onun hüquqları kobud şəkildə pozulmuşdur. Barışıq sazişi 10 gün müddətində könüllü şəkildə icra olunmalı olduğu halda icra edilməmişdir. Sazişin şərtlərinin yerinə yetirilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə xəbərdarlıq göndərmiş, lakin bu xəbərdarlığa qeyd edilən müddətdə münasibət bildirməmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəni müdafiə edərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs barışıq sazişinin ərizədə göstərilən hissədə təsdiq edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZ-İ seriyalı 858024 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X2 atası Ərizəçi, anası Maraqlı şəxsdır. xx.xx.2024-cü il tarixdə, Bakı 3 saylı Mediasiya təşkilatı vasitəsi ilə Ərizəçi ilə Qurbanova (Abidova) Vüsalə İsmayıl qızı arasında bağlanmış barışıq sazişindən görünür ki:
1. 1-ci tərəf Ərizəçi, 2-ci tərəfə qarşı birgə nikahdan doğulmuş uşaqlardan birinin onun himayəsində qalması (uşaq tələbi) barədə müraciət etmişdir. - 2-ci tərəf Maraqlı şəxs, birinci tərəf Ərizəçi ona qarşı birgə nikahdan doğulmuş xx.xx.2006-cı il təvəllüdlü (böyük oğlanları) X2 onun himayəsində verilməsi ilə bağlı iddiasını qəbul edir. Tərəflər bildirdilər ki, hazırda xx.xx.2006-cı il təvəllüdlü (böyük oğlanları) X3 atası Ərizəçi yanında, xx.xx.2010-cu il təvəllüdlü (kiçik oğlanları) X5 isə anası - Maraqlı şəxs yanında yaşayır. Ona görə də tərəflər uşaqların himayəyə verilməsi ilə bağlı qarşılıqlı razılığa gəldilər ki:
1. xx.xx.2006-cı il təvəllüdlü X3 atası - Ərizəçi yanında (himayəsində) qalsın.
2. xx.xx.2010-cu il təvəllüdlü (kiçik oğlanları) X5 isə anası - Maraqlı şəxs yanında (himayəsində) qalsın.
3. 2-ci tərəf 1-ci tərəfə qarşı Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1442/2021 saylı, xx.xx.2021 tarixli qətnaməsi ilə qət edilmiş qətnamənin alimentin tutulması hissəsində iddiasından imtina edir.
4. Tərəflərin bir-birinə qarşı aliment iddiaları yoxdur. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, hazırki ərizənin məhkəməyə verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər; 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir; 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir; 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır; 34.2-ci maddəsinə əsasən Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur; 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər; 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə işdə iştirak edən şəxslər tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin 3-cü bəndini təhlil edərək və Mülki Prosessual Məcəllənin 355-26.1-ci göstərilən barışıq sazişinin təsdiq edilməsindən imtina olunması üçün əsasların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, maraqlı şəxs barışıq sazişi üzrə qeyd olunan bəndi icra etmədiyinə görə, barışıq sazişinin həmin hissədə məcburi icrasının təmin edilməsi məqsədilə məhkəmə tərəfindən təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir; Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, hazırki ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qətetdi:
Ərizə təmin edilsin. xx.xx.2024-cü il tarixdə, Bakı 3 saylı Mediasiya təşkilatı vasitəsi ilə Qurbanova (Abidova) Vüsalə İsmayıl qızı ilə Ərizəçi arasında bağlanmış barışıq sazişi “ 3. 2-ci tərəf 1ci tərəfə qarşı Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1442/2021 saylı, xx.xx.2021 tarixli qətnaməsi ilə qət edilmiş qətnamənin alimentin tutulması hissəsində iddiasından imtina edir.” hissədə məcburi icra üçün təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Rəşad Qoşqarlı