Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3896/2025 17.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə) “hüququ əhəmiyyəti olan faktın müəyyən olunması” barədə ərizəsinə dair mülki işə məhkəmənin açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə, daha sonra ərizəyə dəqiqləşdirmə ilə məhkəməyə müraciət edərək, xx.xx.1972-ci il təvəllüdlü X3 xx.xx.2025-ci il tarixində ünvan 1 ünvanında vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, faktiki nikah münasibətləri nəticəsində o doğulmuşdur. Mərhum atası X1 vətəndaşı olmuşdur. Atası, 12 aprel 2025-ci il tarixində ünvan 1 ünvanında vəfat etmişdir. Ölüm hadisəsi baş verdikdən sonra Bakı şəhəri Maraqlı şəxsnə ölüm haqqında şəhadətnamənin verilməsi üçün müraciət etmişdir. Lakin qeydiyyat orqanı atasının ölüm faktını təsdiq edən tibbi şəhadətnamənin olmadığına görə ərizəsinin təmin olunmadığını bildirmişdir. Daha sonra "Bakı şəhər Baş Səhiyyə Mərkəzi" X15 35 №li şəhər poliklinikasına müraciət etmişdir. Cavab məktubunda göstərilmişdir ki, X6 xx.xx.2024-cü ildən poliklinikada qeydiyyata alınmış, atasına "Tənəffüs orqanlarının vərəmi" diaqnozu qoyulmuşdur. Ancaq həmin tarixdən sonra heç bir tibbi müraciət qeydə alınmamış, ölüm səbəbi məlum olmadığından ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən onun atası X3 12 aprel 2025-ci il tarixdə vəfat etməsi faktının hüquqi əhəmiyyətli fakt kimi müəyyən edilməsinə ehtiyac yaranmışdır. Bu faktın müəyyən olunması onun atasının ölümü haqqında şəhadətnamə alaraq, müvafiq hüquqlarını (miras, ailə vəziyyətinin rəsmiləşdirilməsi və s.) həyata keçirməyi üçün zəruridir. Hazırda onun atasının ölüm faktının müəyyən olunmasına ehtiyac vardır, çünki bu fakt onun hüquq və vəzifələrinin həyata keçirilməsi üçün mühüm hüquqi əhəmiyyət kəsb edir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəsini müdafiə edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdir. İş üzrə maraqlı şəxs qanunla müəyyən edilmiş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X9 ifadəsində göstərdi ki, ərizəçi onun qızıdır. X6 onun həyat yoldaşı idi, vərəm xəstəsi idi. xx.xx.2025-ci ildə evdə vəfat etmişdir. Binəqədi ərazisində dəfn edilmişdir. Məhkəmədə şahid X12 ifadəsində göstərdi ki, ərizəçi onun arvadıdır. X2 2 ay əvvəl evdə vəfat etmişdir. Binəqədi ərazisində dəfn edilmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidləri dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verib belə hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: **********7 nömrəli doğum haqqında şəhadətnamənin dublikatından görünür ki, X6 xx.xx.1972-ci il tarixdə doğulmuş, atası İsmayılov Əlixan, anası isə İsmayılova Fatmənsədir. AZ-İ seriyalı 249917 nömrəli “Atalığın müəyyən edilməsi haqqında şəhadətnamə”nin surətindən görünür ki, İsmayılov Allahverdi xx.xx.2000-ci il təvəllüdlü X4 atası hesab edilmiş və bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 106 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası “TƏBİB” PHŞ “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ 35 №-li Şəhər Poliklinikasının Ərizəçi ünvanladığı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 1-ci mədən, korpus 43-də yaşayan xx.xx.1972-ci il təvəllüdlü X6 xx.xx.2024-cü il tarixdən 35 №-li şəhər poliklinikasında tibbi qeydiyyata götürülüb. Həmin gün sahə həkimi tərəfindən xəstə müayinə olunmuş və Dz A16.9 “Tənəffüs orqanlarının vərəmi” diaqnozu qoyularaq 1 saylı vərəm əleyhinə dispanserə ftiziator müayinəsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixindən sonra 35№-li poliklinikasına müraciət olmayıb. Ölüm səbəbi məlum olmadığı üçün ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün deyil. Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, ölüm haqqında şəhadətnamə almaq barədə müraciətinə baxılmış, atası X3 adına ölüm haqqında tibbi şəhadətnamə olmadığından, ərizəsi təmin edilməmişdir. Binəqədi rayonu X8 xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.2025-ci il tarixdə Binəqədi qəsəbəsinin Kənd qəbristanlığında X3 dəfni icra olunmuşdur. Məhkəmə araşdırması zamanı ərizəçinin, şahidlərin izahatı və işin materialları ilə həqiqətən xx.xx.1972-ci il təvəllüdlü X3 xx.xx.2025-ci il tarixdə vəfat etməsi faktı sübut olunur. Lakin Bakı şəhəri Maraqlı şəxs məktubla ölüm haqqında qeydiyyat aparmaqdan imtina etdiyindən ölüm faktını təsdiq edən lazımi sənədləri başqa qaydada almaq mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. 307.2.8-ci maddəsinə əsasən, icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. 309.1-ci maddəsinə görə hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.3 və 9.4-cü bəndlərində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Şərh edilənləri məhkəmə hesab edir ki, xx.xx.1972-ci il təvəllüdlü X3 xx.xx.2025-ci il tarixində ünvan 1 ünvanında ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, hazırki ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.1972-ci il təvəllüdlü X3 xx.xx.2025-ci il tarixində ünvan 1 ünvanında ölməsi faktı müəyyən edilsin. Ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamə ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-3896/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3896/2025
17.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver