Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3905/2025 19.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə, daha sonra ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 01 may 1990-cı il təvəllüdlü X1 xx.xx.1993-cü il tarixində X2 ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Ərizəçi xx.xx.1987-ci ildə X13 ilə rəsmi qaydada nikaha daxil olmuş və Bakı şəhərinə köçmüşlər. Birgə nikahdan xx.xx.1990-cı ildə X10 adlı bir övladları dünyaya gəlmişdir. Yoldaşı 28 nömrəli Tikinti İdarəsində baş mexanik vəzifəsində işlədiyinə və mənzil növbəsində olduğuna görə onlara Binəqədi rayonu, F.Məlikov küçəsi 2A, mənzil 17-də yerləşən 2 otaqlı mənzil verilmişdir. Order xx.xx.1990-cı ildə verilmiş və bundan sonra bütün ailə üzvləri, həmçinin oğlu X10 da daxil olmaqla həmin orderə qeyd edilmişdir. Qeyd edir ki, oğlu X10 doğulduqdan 2 il 8 ay sonra xx.xx.1993-cü il tarixdə xəstələnmiş, X3 yerləşdilmiş, həmin xəstəxanada da vəfat etmişdir. Qohumları ilə birgə onu Ağstafa rayonu, Yenigün kənd qəbirstanlığında dəfn etmişlər. Hal-hazırda onun qəbri Ağstafa rayonu, Yenigün kənd qəbirstanlığında yerləşir. X1 ölüm faktını şahidlər, müvafiq icra hakimiyyəti orqanlarından alınmış arayışlar təsdiq edə bilər. Hal-hazırda yaşadıqları evə vərəsəlik işi açılması üçün oğlu Loğmanın ölüm faktının müəyyən edilməsi lazımdır. xx.xx.2024-cü ildə yoldaşı X13 vəfat etmişdir. xx.xx.2024-cü ildə 7 saylı Bakı ASAN Xidmət Mərkəzinə vərəsəlik haqqında müraciət etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, vəfat etmiş övladı X7 ölüm haqqında faktı qeydə alınmayıb. Bu səbəbdən 7 saylı Bakı ASAN Xidmət Mərkəzi bu faktı müəyyən etmək üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə ünvanlanmış məktubda iddiaya etiraz etmədiklərini və işin həllinin məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirdi ki, Ərizəçi onun bacısıdır. X16 körpə idi, 3 yaşı var idi. O, bacısı Ərizəçi yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayondakı mənzilində şənlik keçirdikləri gecə, bacısı ona bildirdi ki, uşaq danışa bilmir. Onlar tez təcili yardım çağıraraq uşağı X3 aparmışlar. Lakin onun həyatını xilas etmək mümkün olmamış və Bakı şəhəri X2 vəfat etmişdir. Bacısı oğlu mərhum X15 şəhər qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirdi ki, Ərizəçi onun əmisi qızıdır. İradənin 1990-cı il təvəllüdlü Loğman adlı oğlu var idi. 1993-cü ildə, xəbər gəldi ki, Loğman Bakı şəhəri X2. rəhmətə gedib. O, Ağstafa şəhər qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, o, Ərizəçi qardaşı arvadıdır. Yeni il günü idi, axşam bildirdilər ki, Ərizəçi oğlu Loğman Orucov gecə pis olub, onu xəstəxanaya yerləşdiriblər. Sonra da, 1993-cü ildə, xəbər gəldi ki, Loğman Bakı şəhəri X2 rəhmətə gedib. Mərhum X15 şəhər qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, Ərizəçi onun xalası qızıdır. X16 3 yaşında rəhmətə getmişdir. O, mərhumun Ağstafada keçirilən yas mərasimində iştirak etmişdir. Mərhum X15 şəhər qəbiristanlığında dəfn edilmişdir. İş materiallarında olan: XV-ЖГ seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1990cı il təvəllüdlü X7 atası X13, anası Ərizəçidır. Bakı şəhəri Maraqlı şəxs 24 yanvar 2025-ci il tarixli, 3-16-5/8-69-52/25 nömrəli arxiv məlumatlarından görünür ki, X10 barəsində Maraqlı şəxsndə ölüm haqqında akt qeydi aşkar edilməmişdir. 7 saylı Bakı “ASAN xidmət” X6 tərəfindən 28 noyabr 2024-cü il tarixdə Ərizəçi ünvanlanmış məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənəd olmadığından, qeydiyyat şöbəsində ölümün qeydə alınması deyildir. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini X23” X19 tərəfindən 18 aprel 2025-ci il tarixdə Ərizəçi ünvanlanmış məktubdan görünür ki, müraciətlə əlaqədar araşdırma zamanı müəyyən edilmişdir ki, “Respublika sdiatriya Mərkəzi” X19n strukturuna daxil olan “Uşaq Nevroloji ıstəxanası”nın arxiv materialları araşdırılmış, lakin xx.xx.1990-cı il doğum tarixli X8 aid hər hansı tibbi sənəd aşkar edilməmişdir. Qeyd olunan səbəbdən övladının ölümü haqqında tibbi şəhadətnamənin təqdim edilməsi mümkün olmamışdır. Məlumat üçün bildirilmişdir ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Kollegiyasının 12 aprel 2016-cı il tarixli 3/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının, idarə, müəssisə təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahısına” əsasən Tibbi kartoçkaların (xəstəlik tarixçələrinin) saxlanılma müddəti 25 (iyirmi beş) ildir. Bundan əlavə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın 5.3-cü bəndinə əsasən ölüm şəhadətnaməsinin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən ölüm faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ağstafa Bələdiyyəsinin 22 may 2025-ci il tarixli, 47/25 nömrəli arayışından görünür ki, ünvan 2 ünvanında yaşayan Ərizəçi oğlu mərhum X10 xx.xx.1993-cü il tarixində vəfat etmiş və həqiqətən də Ağstafa şəhər qəbiristanlığında dəfn edilmişdir. Məzar daşını əks etdirən 3 ədəd fotoşəkildən görünür ki, X10 xx.xx.1990-ci ildə anadan olmuş, xx.xx.1993-cü ildə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.3 və 9.4-cü bəndlərində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla, eləcə də dindirilmiş şahid ifadələri ilə müəyyən edilmişdir ki, ərizəçinin oğlu – xx.xx.1990-cı il təvəllüdlü X10 xx.xx.1993-cü il tarixdə Bakı şəhəri X2 vəfat etmiş, lakin ərizəçinin bu faktı təsdiq edə biləcək sənədi məhkəməyə müraciət etmədən əldə etməsi mümkün olmamışdır. Buna görə də məhkəmə iş üzrə toplanmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1990-cı il təvəllüdlü X7 xx.xx.1993-cü il tarixində X2 ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 01 may 1990-cı il təvəllüdlü X7 xx.xx.1993-cü il tarixində Bakı şəhəri X2 ölməsi faktı müəyyən edilsin. Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. . Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-3905/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3905/2025
19.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver