Məhkəmə qərarları › İş №2(001)-391/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-391/2025

27.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-391/2025 27.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X21 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, onun 1979-cu il 4 noyabr tarixində X5 adlı bacısı 7 saylı Doğum evində anadan olmuşdur. 6 ay sonra Nigar qəfil olaraq ev şəraitində tələf olmuşdur. Cari ilin mart ayında vəfat edən anası, X3 düşəndə onlara söylədiyi həmin hadisə belə baş vermişdir. Atası (2013-cü ildə vəfat edən X7) və anası o vaxt (1980-cı ildə) Tağıyev adına kombinatda işləyirdilər. Maddi vəziyyət çətin olduğu üçün (o, digər bacısı Kəmalə və Nigar) anası da işləməyə məcbur idi. Valideynləri Kəmalə və onu özləri ilə kombinata aparırmışlar, orada onlara növbə ilə işçilər baxmağa kömək edirmişlər. Nigar çox kiçik olduğu üçün onu kirayədə qaldıqları ev sahibinin yanında qoyurmuşlar. Hadisə baş verdiyi gün anası işdən gələndə görüb ki, Nigarın vəziyyəti çox pisdir, uşaq boğulur və artıq can verir. Atası anasından 5-10 dəqiqə sonra evə gəlib, uşaq atasını görüb və sonra canını tapşırıb. Ev sahibi (xanımın adını və ünvanını bilmirlər, çünki bir müddət sonra valideynləri bibisi Səkinə xanımın evinə köçmüşlər və onun həyətində ev tikməyə başlamışlar) demişdir ki, uşağın halı birdən dəyişmişdir. Nigar vəfat etdiyi günün səhəri bibiləri Cəmilə və Səkinə gəlmişlər, atası axşam təcili yardımdan aldığı kağızla Nigarı Keşlə qəsəbəsində yerləşən uşaq qəbiristanlığında dəfn etmişdir. O, bibisi qızı ilə oraya gedib məlumat almaq istəyəndə məlum olmuşdur ki, körpə uşaqları başdaşı olmadan dəfn edirlər. Körpə uşaqlar barədə də qeydiyyat kitabı qəbiristanlıqda aparılır. Oradan onları 2 saylı uşaq poliklinikasına göndərmişlər ki, bəlkə “Xətai” metrostansiyasının yanında yerləşən həmin poliklinikanın arxivində Nigarın ölüm haqqında qeydi qalıb. Poliklinikada bildirmişlər ki, arxivlər 25 ildən sonra yandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinə müraciət etdikdən sonra onlara cavab verilmiş, xx.xx.2024-cü il tarixli 316-5/4-15-40-6/2024 saylı məktubda qeyd olunmuşdur ki, N.Məmmədhəsənovanın ölümünün qeydə alınması haqqında məlumat aşkar edilməmişdir. Bibisi Səkinə xanım rəhmətə getdiyindən, bu hadisəni o zaman evdə danışdığı qızı X13 şahid kimi ifadə verməyə hazırdır. Digər bibisi X15 da şahid kimi ifadə verməyə hazırdır. X1 1-ci qrup əlil olduğu üçün məhkəməyə müraciəti onun tərəfindən edilmişdir. Ərizəçi göstərilənləri nəzərə alaraq, X2 ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etməklə yanaşı, ərizədə göstərilən xüsusatları təsdiq edərək, ölüm faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatına və iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 19 sentyabr 2024-cü il tarixli, 3-16-5/4-13-8217/2024 saylı məktubdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən valideynləri X7 ilə X12 olan xx.xx.1979-cu il təvəllüdlü Nigar Məmmədhəsənovanın doğumunun xx.xx.1979-cu il tarixdə Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsində qeydə alındığı müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən Ərizəçi ünvanlanmış 15 iyul 2024-cü il tarixli, 3-16-5/4-15-14-42-6/2024 saylı məktubdan görünür ki, ərizəçinin müraciətinə baxılmış və ona bildirilmişdir ki, Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən N.Məmmədhəsənovanın ölümünün qeydə alınması haqqında məlumat aşkar edilməmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 14 iyun 2024-cü il tarixli, 3- 16-5/8-8xx-xx/2024 nömrəli arayışdan görünür ki, X7 və X6 nikahı haqqında 15 aprel 1980-ci il tarixdə 293 №-li akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Xətai rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı, 274368 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1978-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası X7, anası isə X8r. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş AZ-İİ seriyalı 403132 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 422282 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 28 noyabr 2024-cü il tarixli, 33-13- 44-5/2-5084/24 saylı məktubdan görünür ki, xx.xx.1979-cu il təvəllüdlü X2 barəsində mülki öhdəliyin icrasından yayınması və ya cinayət təqibi ilə bağlı axtarış işi açılmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ərizəçinin bacısı olmaqla yanaşı, bacıları X2 doğulduqdan 6 ay sonra vəfat etməsi faktını təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ərizəçinin bibisi qızı olmaqla yanaşı, ərizəçinin bacısı X2 doğulduqdan 6 ay sonra vəfat etməsi faktını təsdiq etmiş və Keşlə qəbiristanlığında dəfn edildiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyin normalarını rəhbər tutaraq hesab edir ki, xx.xx.1979-cu il təvəllüdlü X2 1980-cı ilin may ayında vəfat etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar olduğundan, göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmadığından, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etdiyindən və bununla da, ərizə əsaslı olduğu üçün təmin edilməli, xx.xx.1979-cu il təvəllüdlü X2 vəfat etməsi faktı müəyyən olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1979-cu il təvəllüdlü X2 1980-cı ilin may ayında Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar