Məhkəmə qərarları › İş №2(001)-3935/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3935/2025

13.05.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3935/2025 13.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs qarşı mülki iş üzrə (Açar sözlər: mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, Ərizəçi X3 iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: 1.Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək tərəflər arasında xx.xx.2025-ci il tarixdə mediasiya qaydasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə nikahları Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2()0012- 6637/2022 saylı qətnaməsi ilə pozulmuş, iki azyaşlı uşaq onun yanında saxlanmış və uşaqların saxlanması üçün ümumilikdə 386 manat aliment təyin edilmişdir. Cavabdeh əvvəllər alimenti qismən ödəsə də sonradan aldığı travma səbəbindən işləyə bilmədiyi üçün ümumiyyətlə ödəyə bilmədi. O, Maraqlı şəxs düşdüyü vəziyyəti başa düşüb birlikdə mediasiyaya müraciət etmişlər, alimentin miqdarının azaldılması və cəmi 100 manat həddində müəyyən edilməsi barədə xx.xx.2025-ci il tarixdə barışıq sazişi bağlanmışdır. Lakin saziş bağlandıqdan 3 aya yaxın vaxt keçməsinə baxmayaraq Maraqlı şəxs əvvəlki borcunu və sazişlə razılaşdıqları məbləği də ödəmir. Bu səbəbdən də mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab edir.

Mülki işin materialları:

5. Bakı 2 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli, MŞB/2-00129 nömrəli Barışıq Sazişinə əsasən: - Tərəflər - Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-6637/2022 saylı qətnaməsi ilə Ərizəçi Maraqlı şəxs ilə birgə nikahdan anadan olan xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün ata Maraqlı şəxs hər ay, hər uşaq üçün 193 (yüz doxsan üç) manat olmaqla, ümümilikdə 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində təyin edilən alimenti Tərəf Maraqlı şəxs əmək qabiliyyətini itirdiyinə görə azaldılmasına qarşılıqlı razılığa gəldilər. - Ata Maraqlı şəxs hər uşaq üçün təyin edilən 193 (yüz doxsan üç) manat olmaqla, ümümilikdə 386 (üç yüz səksən altı) manat sabit pul məbləğinin azaldılaraq ümümilkidə 100 (yüz) manat ödənməsinə Ana Ərizəçi razılıq vermişdir. - Tərəflər arasında gələcəkdə alimentlə bağlı heç bir iddia irəli sürməyəcəyini Ana Ərizəçi öhdəlik götürür. - X8 rayon İcra və Probasiya şöbəsi tərəfindən təsdiqlənsin. - Yuxarıdakı razılıqlar tərəflərin həqiqi niyyətini ifadə edir. Alimentin azaldılması ilə bağlı razılıq hüquqi nəticə yaradır.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

6. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə aşağıdakılara görə təmin edilməlidir.

7. Məhkəmə qeyd edir ki, tərəflər mediasiya prosesi zamanı öz aralarında razılığa gəlmiş və 100 manat sabit pul məbləğində alimentin ödənilməsi ilə bağlı xx.xx.2025-ci il tarixdə barışıq sazişi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

8. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.

9. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir.

10. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir.

11. 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır.

12. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355- 26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.

13. 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.

14. Müəyyən edilmişdir ki, tərəflər arasında aliment ödənilməsinə dair xx.xx.2025ci il tarixdə barışıq sazişi bağlanılmasına baxmayaraq indiyədək heç bir ödəniş olmamışdır və ərizəçi xx.xx.2025-ci il tarixdə hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir.

14. Beləliklə məhkəmə hesab edir ki, barışıq sazişinin təsdiq edilməsi barədə ərizə təmin edilməli, Bakı 2 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli, MŞB/2-00129 saylı barışıq sazişi təsdiq edilməlidir.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

Ərizəçi maraqlı şəxs X5 qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış aşağıdakı məzmunlu xx.xx.2025-ci il tarixli, MŞB/2-00129 saylı barışıq sazişi təsdiq edilsin:

1. Tərəflər - Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-6637/2022 saylı qətnaməsi ilə Ərizəçi Maraqlı şəxs ilə birgə nikahdan anadan olan xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün ata Maraqlı şəxs hər ay, hər uşaq üçün 193 (yüz doxsan üç) manat olmaqla, ümümilikdə 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində təyin edilən alimenti Tərəf Maraqlı şəxs əmək qabiliyyətini itirdiyinə görə azaldılmasına qarşılıqlı razılığa gəldilər.

2. Ata Maraqlı şəxs hər uşaq üçün təyin edilən 193 (yüz doxsan üç) manat olmaqla, ümümilikdə 386 (üç yüz səksən altı) manat sabit pul məbləğinin azaldılaraq ümümilkidə 100 (yüz) manat ödənməsinə Ana Ərizəçi razılıq vermişdir.

3. Tərəflər arasında gələcəkdə alimentlə bağlı heç bir iddia irəli sürməyəcəyini Ana Ərizəçi öhdəlik götürür.

4. X8 rayon İcra və Probasiya şöbəsi tərəfindən təsdiqlənsin.

5. Yuxarıdakı razılıqlar tərəflərin həqiqi niyyətini ifadə edir. Alimentin azaldılması ilə bağlı razılıq hüquqi nəticə yaradır. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar