Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3983/2024 17.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Ərizəçi tərəfindən verilmiş “şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki iş (açar sözlər: ölüm faktı) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı Şəhəri Maraqlı şəxs olmaqla “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Xüsusi icraat üzrə tələbin mahiyyəti
1. Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs qeyd edərək, “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1966-cı il tarixdə Ermənistan SSRnin Yexeqnadzor rayonunda doğulmuş X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizəçi tərəfindən ərizə onunla əsaslandırılır ki, X2 xx.xx.2024-cü il tarixdə gecə 00:40 radələrinə ev şəraitində yaşadıqları ünvanda-ünvan 1tmişdir. Atasının dəfn mərasimi ilə bağlı tədbirlərlə məşğul olduğu üçün bu günədək ölüm haqqında şəhadətnamə ala bilməmişdir. X2 04 may 2024-cü il tarixində Abşeron rayonu, Mehdiabad qəbirstanlığında dəfn olunmuşdur. Bundan başqa, Mehdiabad bələdiyyəsi tərəfindən həmin ünvanda yerləşən qəbirstanlıqda X2nun dəfn olunması barədə arayış təqdim edilmişdir. Atasının ölməsi barədə tibbi arayış olmadığından bügünə kimi onun ölməsi barədə ölüm haqqında şəhadətnamə almaq mümkün olmamışdır. Əlavə olaraq qeyd etmək istəyir ki, vərəsəliklə bağlı gələcəkdə ölüm haqqında şəhadətnamənin olması məcburiyyəti yarandığından məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ölüm haqqında şəhadətnamə alınması üçün atasının qeydiyyatda olduğu Maraqlı şəxsnə rnüraciət etmişdir. Həmin qurumdan ona bildirilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edimiş “Vətəndaşlıq vəziyyəti aktiarının qeydiyatı” qaydalarının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssissinin müvafiq sənədi ilə təsdiq edilməlidir və atası X7 adına ölüm haqqında tibbi şəhadətnamə olmadığına görə həmin fakt məhkəm tərəfindən müəyyən edilməlidir.
II. Ərizəçi və maraqlı şəxsin mövqeyi:
3. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizəni müdafiə etdiyini bildirdi və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.
5. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir.
III. Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. - 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası” - Bənd 4.1. “ölüm haqqında tibbi şəhadətnamə”' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. - 4.2. Ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və X4 Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni bu qaydanın 4.1-ci bəndində qeyd olunan tibb müəssisələrinə təqdim etmək üçün doldurur (2 nömrəli əlavə) və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına məlumat verir. - 4.3. Ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir.
8. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, “ ... Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir”.
İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. İş materiallarında olan seriya AZE 16992425 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1966-cı il tarixdə Ermənistan SSR-nin Yexeqnadzor rayonunda doğulmuşdur.
10. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs 14 may 2024-cü il tarixli cavab məktubundan görünür ki, X3 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığına görə ölümün qeydə alınmasından imtina edilmişdir.
11. İş materiallarında olan Abşeron rayonu Mehdiabad Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 47 nömrəli arayışından görünür ki, X6 xx.xx.2024-cü il tarixdə vəfat etmiş və Abşeron rayonu Mehdiabad ərazisindəki qəbirstanlıqda dəfn edilmiş, dəfn xərcləri əmisi oğlu X11 tərəfindən çəkilmişdir.
12. İş materiallarında olan Təcili və X4 Stansiyasının 17 saylı bölməsinin xx.xx.2024-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, həmin tarixdə ünvan 2 ünvanından saat 00:40 radələrində X3 adına çağırış edilmiş və həkimə qədər ölüm, kişi cinsli meyid aşkar olunmuşdur.
13. İş materiallarında olan Azərbaycan Dəmir Yolları QSC-nin Həkim-Sanitar Xidməti 2 Saylı Bakı Dəmir Yolu Poliklinikasının xx.xx.2024-cü il tarixli 61 nömrəli məktubundan müəyyən edilir ki, xx.xx.1966-cı il təvəllüdlü X6 02 Saylı Bakı Dəmir Yolu Poliklinikasında dispanser qeydiyyatında olmamış və müraciət etməmişdir.
14. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində məhkəməyə bildirmişdir ki, ərizəçinin dayısıdır. X1 onun əmisi oğludur. xx.xx.2024-cü il tarixdə gecə saatlarında Vəzir Məmmədovun ölüm xəbərini almış və həmin ünvana getmişdir. Vəzir Məmmədov xx.xx.2024-cü il tarixdə Bakı şəhərində yaşadığı evində vəfat etmiş və Abşeron rayonu Mehdiabad ərazisindəki qəbirstanlıqda dəfn edilmişdir. Dəfn mərasiminə başı qarışdığı üçün vaxtında tibbi şəhadətnamənin alınması üçün müvafiq orqana müraciət edə bilməmişlər.
15. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində məhkəməyə bildirdi ki, ərizəçinin qonşusudur. X6 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində evində vəfat etmiş və Abşeron rayonu Mehdiabad ərazisindəki qəbirstanlıqda dəfn edilmişdir. Yas mərasimində iştirak etmişdir.
16. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1966-cı il tarixdə Ermənistan SSR-nin Yexeqnadzor rayonunda doğulmuş X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan, faktın digər yolla müəyyən edilməsi mümkün olmadığından həmin hüquqi fakt təsdiq edilməlidir.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinin tələbinə görə xüsusi icraat qaydasında baxılan iş üzrə ərizələrdən 100 manat dövlət rüsumu tutulur.
21. Məhkəmə həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir.
IV. Nəticə: Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. xx.xx.1966-cı il tarixdə Ermənistan SSR-nin Yexeqnadzor rayonunda doğulmuş X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. X3 ölüm faktının qeydə alınması üçün əsasdır. Ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elnarə Vəliyeva