Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4009/2025 16.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, Ərizəçi MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 Maraqlı şəxs qismində Maraqlı şəxs iştirakı ilə, Ərizəçi MMC-nin maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “mediasiya qaydasında bağlanmış barışıq sazişinin məcburi qaydada təsdiq edilməsinə” dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi MMC maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “mediasiya qaydasında bağlanmış barışıq sazişinin məcburi qaydada təsdiq edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, maraqlı şəxs X5 ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin aliment hissəsinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs Ərizəçi MMC-də satış nümayəndəsi vəzifəsində çalışmışdır. Cavabdehin fəaiyyəti yoxlanılarkən, müəssisəyə məxsus məhsulların satışı nəticəsində əldə olunmuş 9747,94 manat pul vəsaitini müəssisənin kassasına ödəməyərək mənimsədiyi və şəxsi ehtiyaclarına xərclədiyi aşkar olunmuşdur. Lakin cavabdeh Ərizəçi MMC-də vurduğu 9687,94 manat məbləğində zərərin əvəzini bu günədək ödəməmişdir. Ərizəçi MMC-nin etdiyi müraciət əsasında mediasiya reyestrində 00506 nömrəsi ilə qeydiyyatdan keçmiş X1 vasitəsilə Maraqlı şəxs ilə Ərizəçi MMC arasında xx.xx.2024-cü il tarixli barışıq Sazişi bağlanmışdır. Lakin Maraqlı şəxs Sazişdə göstərilən öhdəlikləri icra etmir. Belə ki, bugünədək cəmi 60 manat ödəniş etmişdir. Maraqlı şəxs üzərinə götürdüyü öhdəliyi könüllü şəkildə ödəmək niyyətində deyil. Ərizəçinin nümayəndəsi X4 ərizəni müdafiə edərək ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs verdiyi izahatında ərizəyə etirazı olmadığını, maddi vəziyyəti ilə bağlı ödəniş edə bilmədiyini bildirdi və ərizənin təmin edilməsinə etiraz etməmişdir. Məhkəmə işdə iştirak edən ərizəçinin nümayəndəsinin və maraqlı şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini mümkün hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 355-25.1-ci maddəsinə görə, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Mülki Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə müvafiq olaraq, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Mülki Prosessual Məcəllənin 355-25.3-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Mülki Prosessual Məcəllənin 355-26.1-ci maddəsinə görə, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Mülki Prosessual Məcəllənin 355-26.2-ci maddəsinə müvafiq olaraq, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə görə, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Beləliklə, iş materiallarından göründüyü kimi, Ərizəçi MMC ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə müvafiq olaraq, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23-355-26, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi MMC ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə bağlanmaqla mediator X3 tərəfindən təsdiq olunmuş barışıq sazişi təsdiq edilsin:
1. İş üzrə birinci tərəf olan Ərizəçi MMC iş üzrə ikinci tərəf olan Maraqlı şəxs qarşı irəli sürdüyü, əmək müqaviləsi, tam maddi məsuliyyət haqqında müqavilə və xx.xx.2024cü il tarixli, 123 saylı müştərilər üzrə borc qalıqlarının yoxlanılması və təhvil-təslim edilməsinə dair akta əsasən yaranmış 9747,94 manat borc məbləğindən 1047,94 manat güzəşt edərək, qalıq borc məbləği kimi 8700 manat pul məbləğinin borclu Maraqlı şəxs tərəfindən aşağıdakı şərtlərlə ödənilməsi razılaşdırıldı: - Tərəflərin razılaşmasına əsasən Maraqlı şəxs 8700 manat borc məbləğini xx.xx.2024-cü il tarixdən başalayaraq hər ay 350 manat olmaqla xx.xx.2026-cı il tarixədək tam şəkildə iş üzrə birinci tərəf olan Ərizəçi MMC-nin (**********) rəsmi hesabına ödəməyi öz öhdəsinə götürür. -İş üzrə ikinci tərəf olan Maraqlı şəxs 8700 manat borc məbləğini tam şəkildə qəbul edərək, qeyd olunan öhdəliklərin onun iradəsinə tam uyğun olduğunu bildirir və saziş üzrə şərtləşir. 100 (yüz) manat dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi MMC-yə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elnarə Vəliyeva