Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4011/2025 14.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Ərizəçi Maqsudova (Bəkirli) İlhamə Qəzənfər qızının iştirakı ilə, Ərizəçi Maqsudova (Bəkirli) İlhamə Qəzənfər qızının (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi Maqsudova (Bəkirli) İlhamə Qəzənfər qızı ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 13 saylı Mediasiya Təşkilatının mediatorunun vasitəçiliyi ilə onunla Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin 3-cü bəndinin təsdiq edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş edirəm. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri 13 saylı Mediasiya Təşkilatının mediatorunun vasitəçiliyi ilə onunla Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişində nəzərdə tutulmuş şərtlərdən biri də ondan ibarət idi ki, Maraqlı şəxs ilə birgə nikahlarından dünyaya gəlmiş xx.xx.2018-ci il təvəllüdlü X2 üçün cari ilin oktyabr ayının 15-dən başlayaraq hər ayın 15-20-si aralığında 220 (iki yüz iyirmi) manat məbləğində alimenti onun kart hesabına ödəyəcəkdir. Lakin Maraqlı şəxs 2025-ci ilin fevral ayından etibarən aliment məbləğini ödəməyərək barışıq sazişinin göstərilən şərtinin könüllü icrasından imtina etmişdir. Məhkəmə iclasında ərizəçi Maqsudova (Bəkirli) İlhamə Qəzənfər qızı ərizəni müdafiə edərək, ərizədə yazılanlara uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. Həmçinin əlavə olaraq bildirdi ki, barışıq sazişinin digər hissələri icra edildiyi üçün, barışıq sazişinin yalnız aliment hissəsində təsdiq edilməsini istəyir. Maraqlı şəxslər Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən proses iştirakçısının izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZ- İV seriyalı 124295 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X3 atası Maraqlı şəxs, anası Maqsudova (Bəkirli) İlhamə Qəzənfər qızıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-813/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs arasında olan 5 saylı Bakı “ASAN Xidmət” X5 xx.xx.2015-ci il tarixdə bağlanmış və 1245 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. xx.xx.2023-cü il tarixdə mediator X4 tərəfindən təsdiq edilmiş tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən: Ərizəçi - birinci tərəf, Maraqlı şəxs - ikinci tərəf
1. Tərəflər, 16 oktyabr 2015-ci il tarixində bağlanmış nikahın pozulmasına, həmçinin məhkəmədən barışıq üçün vaxt verilməməsinə dair razılığa gəlirlər.
2. Tərəflər razılığa gəlirlər ki, birgə nikahlarından dünyaya gəlmiş xx.xx.2018-ci il təvəllüdlü X7 anası Ərizəçi himayəsində saxlanılır.
3. Tərəflər razılaşır ki, ikinci tərəf Maraqlı şəxs birgə nikahlarından dünyaya gəlmiş xx.xx.2018-ci il təvəllüdlü X1 üçün birinci tərəf Ərizəçi cari ilin oktyabr ayının 15dən başlayaraq hər ayın 15-20-si aralığında 220 manat məbləğində alimentin xanımın şəxsi hesabına ödəməyi öhdəsinə götürür.
4. Tərəflər razılaşır ki, Maraqlı şəxs birgə nikahlarından dünyaya gəlmiş xx.xx.2018ci il təvəllüdlü X7 ilə həftə ərzində 3 gün Maraqlı şəxs və Ərizəçi aralarında müəyyən etdikləri günlərdə ünsiyyətdə olacaq. 03 may 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, hazırki ərizənin məhkəməyə verilməsi üçün ərizəçi tərəfindən cəmi 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər; 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir; 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir; 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır; 34.2-ci maddəsinə əsasən Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur; 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər; 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə işdə iştirak edən şəxslər tərəfindən imzalanmış 08 sentyabr 2023-cü il tarixli barışıq sazişinin mübahisələndirilən hissəsinin müddəalarını təhlil edərək və Mülki Prosessual Məcəllənin 355-26.1-ci göstərilən barışıq sazişinin təsdiq edilməsindən imtina olunması üçün əsasların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, Maraqlı şəxs barışıq sazişinin alimentin ödənilməsi hissəsi üzrə öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə könüllü olaraq icra etmədiyinə görə, sazişin məcburi icrasının təmin edilməsi məqsədilə barışıq sazişinin həmin hissəsi məcburi icrası üçün məhkəmə tərəfindən təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir; Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, hazırki ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qətetdi:
Ərizə təmin edilsin. 08 sentyabr 2023-cü il tarixdə mediator X4 vasitəsi ilə Maqsudova (Bəkirli) İlhamə Qəzənfər qızı ilə Maraqlı şəxs arasında bağlanmış barışıq sazişinin aşağıda göstərilən hissəsi məcburi icrası üçün təsdiq edilsin: -Tərəflər razılaşır ki, ikinci tərəf Maraqlı şəxs birgə nikahlarından dünyaya gəlmiş xx.xx.2018-ci il təvəllüdlü X1 üçün cari ilin oktyabr ayının 15-dən başlayaraq hər ayın 15- 20-si aralığında 220 (iki yüz iyirmi) manat məbləğində alimenti birinci tərəf Ərizəçi şəxsi hesabına ödəməyi öhdəsinə götürür. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Fərid Hətəmzadə