Məhkəmə qərarları › İş №2(001)-4015/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4015/2025

14.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4015/2025 14.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, XX.XX.1927-ci təvəllüdlü X1 xx.xx.2000-ci tarixdə Bakı şəhərində ölməsi faktının təsdiq edilməsinə dair qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, nənəsi X12 xx.xx.2000-ci ildə Bakı şəhərində vəfat edib. Nənəsi onun atasının anasıdır. X4 2024-cü ildə vəfat edib. Atasının doğum haqqında şəhadətnaməsini X5 AQİS-dən elektron variatda əldə etmişdir. Nənəsinin ölümündən uzun müddət keçdiyindən VVADQ şöbəsindən imtina almışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. X1 ölüm haqqında şəhadətnaməsi atasının adına olan avtomobilin adına rəsmiləşdirilməsindən ötrü ona lazımdır. Həmçinin nənəsinin doğum tarixi 1927-ci ildir. Məhkəmə iclasında iştirak edən Ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə ünvanlanmış məktubda iddiaya etiraz etmədiklərini və işin həllinin məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirdi ki, ərizəçi onun qardaşının böyük oğludur. O, 1946-cı il tarixdə anadan olub, Səkinə Ağayeva isə onun anasıdır. X24 1927-ci il tarixdə anadan olmuş və 25 aprel 2000-ci ildə yaşadığı Rəsulzadə qəsəbəsindəki mənzilində vəfat edib. Anasının təzyiqi həmişə yüksək olub. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, Ərizəçi onun böyük oğludur. Səkinə Ağayeva isə qaynanası olub. Qaynanası 25 aprel 2000-ci il tarixdə yaşadığı Rəsulzadə qəsəbəsindəki mənzilində vəfat edib. Füzuli rayonu Kürdmahmudlu kəndində dəfn edilib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində bildirdi ki, ərizəçi onun qardaşıdır, mərhum Səkinə Ağayeva isə onun nənəsi olub. Nənəsi 25 aprel 2000-ci il tarixdə yaşadığı Rəsulzadə qəsəbəsindəki mənzilində vəfat edib. Füzuli rayonu Kürdmahmudlu kəndində dəfn edilib. İş materiallarında olan: V-ЖГ-369581 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 1977-ci il təvəlldlü Ərizəçi X4, anası X3r. Vİ-ЖГ-430937 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 11 oktyabr 1979-cu il təvəlldlü X9 X4, anası X3r. «Elektron notariat » Avtomatlaşdırılmış İnformasiya sistemi vasitəsilə «X5» AQİS-dən Çıxarışdan görünür ki, xx.xx.1952-ci il təvəllüdlü X10 atası X14, anası isə X11r. AZ-İİ seriyalı 478050 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X16 xx.xx.2024-cü il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2024-cü ilin 12-ci ayının 24 günündə 1244 № ilə qeyd edilmişdir. Füzuli Rayon İcra Hakimiyyətinin Füzuli şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 01 aprel 2025-ci il tarixli arayışdan görünür ki, X16 2019-cu ilin aprel ayından xx.xx.2024-cü il tarixədək (vəfat edənə qədər) ünvan 2 ünvanında məcburi köçkün kimi ailə üzvləri ilə birlikdə yaşamış və onun ailə üzvləri; həyat yoldaşı – X8, oğlanları – Ərizəçi, X17 və X15r. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini X31” X20 10 nömrəli şəhər polinklinikası tərəfindən 03 iyun 2025-ci il tarixdə məhkəməyə ünvanlanmış cavab məktubdan görünür ki, Binəqədi rayonu Rəsulzadə qəsəbəsi İll Dəmiryol küçəsində yerləşən yataqxanada məskunlaşmış Füzuli rayonu məcburi köçkün və xx.xx.2000-ci il tarixdə vəfat etmiş xx.xx.1927-ci il təvəllüdlü X2 rayonu 10 nömrəli şəhər poliklinikasında qeydiyyatda olmamış və heç bir xəstəliklə bağlı müraciət etməmişdir. Ölümünün səbəbi onlara məlum deyil. Mərhumun ölümündən sonra ölüm haqqında tibbi şəhadətnamə alınması üçün mərhumun ailə üzvləri və ya yaxın qohumları poliklinikaya heç bir müraciət etməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 02 oktyabr 2001-ci il tarixli 100 nömrəli əmrinə əsasən “Ölüm haqqında tibbi Şəhadətnamə AZS 106” polikiinika tərəfindən yazılması və verilməsi ölümündən sonra 3 ( üç ) gün müddətində nəzərdə tutulmuşdur. Mərhumun ölümündən 25 (iyirmi beş) il müddət keçdiyinə görə ölüm haqqında tibbi şəhadətnamə poliklinika tərəfindən təmin edilmir. Məzar daşını əks etdirən 2 ədəd fotoşəkildən görünür ki, X12 1927-ci ildə anadan olmuş, 2000-ci ildə vəfat etmişdir. Füzuli Rayon İcra Hakimiyyəti Başçısının Kürdmahmudlu kənd İcra Nümayəndəliyi tərəfindən Ərizəçi verilmiş 10 iyun 2025-ci il tarixli arayışdan görünür ki, mərhum nənəsi X12 xx.xx.2000-ci il tarixində Füzuli rayonu, Yuxarıda Kürdmahmudlu kənd qəbiristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.3 və 9.4-cü bəndlərində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, ərizəçinin nənəsi – XX.XX.1927-ci il təvəllüdlü X12 xx.xx.2000-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində vəfat etmiş, lakin ərizəçinin bu faktı təsdiq edə biləcək sənədi məhkəməyə müraciət etmədən əldə etməsi mümkün olmamışdır. Buna görə də məhkəmə iş üzrə toplanmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, XX.XX.1927-ci il təvəllüdlü X12 xx.xx.2000-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. XX.XX.1927-ci il təvəllüdlü X6 xx.xx.2000-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar