Məhkəmə qərarları › İş №2(001)-4020/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4020/2023

01.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4020/2023 01.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə Ərizəçi xx.xx.1936-cı il təvəllüdlü X1 xx.xx.1999-cu il tarixdə ölməsi faktının müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Ərizəçi xx.xx.1936-cı il təvəllüdlü X1 xx.xx.1999-cu il tarixdə ölməsi faktının müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılır ki, Ərizəçi atası xx.xx.1936-cı il təvəllüdlü X4 xx.xx.1999cu il tarixdə ölmüş, lakin ərizəçi bu günədək ölümü təsdiq edən sənədi almamışdır. Bu barədə ərizəçi 15 nömrəli Şəhər Poliklinikasına və Qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmiş, lakin ona ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilərək məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ona görə də, xx.xx.1936-cı il təvəllüdlü X1 xx.xx.1999-cu il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edib, ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verib əlavə olaraq izahatında göstərmişdir ki, atası xx.xx.1936-cı il təvəllüdlü X4 xx.xx.1999-cu il tarixdə vəfat etmiş, Biləcəri qəbirstanlığında dəfn olunmuşdur. Atası vəfat edərkən yaşı az olduğu üçün sənədləşmə işləri ilə vaxtında məşğul ola bilməmişdir. Hal-hazırda yaşadıqları evi sənədləşdirmək üçün atasının ölüm haqqında şəhadətnaməsi tələb olunur. Ona görə də ərizənin təmin edilməsini xahiş edir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1.şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Sovet Sosialis Respublikaları İttifaqı vətəndaşının xx.xx.1980-ci il tarixli XV-JQ 519815 saylı pasportunun surətindən müəyyən olunur ki, X4 xx.xx.1999-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli AZ-İ № 754611 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1971ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 76 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X4, anası X2r. Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsinin 15 nömrəli şəhər poliklinikasının xx.xx.2023-cü il tarixli 141 saylı məktubundan müəyyən olunur ki, xx.xx.1936-cı il təvəllüdlü və xx.xx.1999-cu ildə vəfat etmiş X1 15 nömrəli şəhər poliklinikasına müraciəti qeydə alınmamış və adına tibbi karta açılmamışdır. Bu səbəbdən ölüm haqqında sənədin verilməsi imkan xaricindədir. BŞT və TTYS xx.xx.1999-cu il tarixli 202 saylı arayışından müəyyən olunur ki, xx.xx.1999-cu il tarixdə saat 05:15 radələrində 1936-cı il təvəllüdlü X1 adına çağırış daxil olmuş, çağırışa gələn 17 saylı k/s həkimi kişi cinsli meyit aşkarlamışdır. Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 04/518 saylı xx.xx.2023-cü il tarixli arayışından müəyyən olunur ki, X4 xx.xx.1999-cu il tarixdə vəfat etmiş və Binəqədi rayonu Biləcəri qəsəbəsi 2 saylı qəbristanlıqda dəfn olunmuşdur. Məhkəmə iclasında şahid X5 ifadəsində göstərmişdir ki, atası X4 xx.xx.1999-cu il tarixdə vəfat etmiş və Biləcəri qəbristanlıqda dəfn olunmuşdur. Məhkəmə iclasında şahid X3 ifadəsində göstərmişdir ki, qonşusu X4 1999-cu ildə vəfat etmiş və Biləcəri qəbristanlıqda dəfn olunmuşdur. Məhkəmə iclasında şahid X6 ifadəsində göstərmişdir ki, babası X4 xx.xx.1999-cu il tarixdə vəfat etmiş və Biləcəri qəbristanlıqda dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bakı şəhəri Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 3-16-5/7-13-924/23 saylı məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Atasının adına ölüm haqqında tibbi şəhadətnaməni təqdim etmədiyinə ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı Ərizəçi bildirilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla xx.xx.1936-cı il təvəllüdlü X1 xx.xx.1999-cu il tarixdə ölməsi faktı müəyyən olunduğundan, ərizəçinin bu barədə sənədi başqa qaydada ala bilmədiyindən məhkəmə ərizəni əsaslı hesab edib təmin edir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. xx.xx.1936-cı il təvəllüdlü X1 xx.xx.1999-cu il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar