Məhkəmə qərarları › İş №2(001)-4040/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4040/2023

18.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4040/2023 18.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 katibliyi, Ərizəçi iştirakı ilə, X3 20 may 2023-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə 18 iyul 2023-cü il tarixdə açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 19 iyun 1945-ci il tarixdə doğulmuş anası X3 20 may 2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, mərhum anası ankoloji xəstəlikdən əziyyət çəkirdi. Müalicələr almışdır. O, anası ilə birlikdə ünvan 1 ünvanında yaşayırdı. 20 may 2023-cü il tarixdə gecə saatlarında anasının qəfil vəziyyəti pisləşmiş, o dərhal təcili yardım çağırsa da, həkimlər gələnədək anası vəfat etmiş, səhərigün Xırdalan qəbirstanlığında dəfn olunmuşdur. Yas mərasimlərindən sonra o, anasının ölümü ilə bağlı müvafiq şəhadətnamə almaq üçün qeydiyyat şöbəsinə müraciət etsə də, ondan ölüm haqqında tibbi şəhadətnamə tələb olunmuşdur. Lakin, 9 nömrəli şəhər poliklinikası ölüm haqqında tibbi şəhadətnamə verməkdən imtina etmişdir. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, o, ərizəçinin oğludur, mərhum Ərizəçi onun nənəsi olmuşdur. 2023-cü ilin 19 maydan 20 maya keçən gecəsi anası ona zəng vuraraq nənəsinin vəziyyətinin yaxşı olmadığını bildirmiş, o, dərhal evə gəlmiş, təcili tibbi yardım çağırsalar da, nənəsi rəhmətə getmişdir. Səhəri gün, yəni 20 may 2023-cü il tarixdə onlar mərhumu Xırdalan qəbirstanlığında dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 və X7 digər şahid digər şahid Anar Rəfibəylinin ifadəsinə uyğun ifadə verdilər. Mülki iş materiallarında olan: - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi X1r. - Xırdalan Bələdiyyəsi tərəfindən verilmiş arayışdan görünür ki, X4 20 may 2023-cü il tarixdə Xırdalan Qəbirstanlığında dəfn olunmuşdur. - Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlandırılmış 24 may 2023-cü il tarixli məktubda göstərilmişdir ki, “ananızın adına ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir.” - Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxs “9 nömrəli şəhər Poliklinikası” tərəfindən Ərizəçi ünvanlandırılmış 30 may 2023-cü il tarixli məktubda göstərilmişdir ki, “ünvan 3 ünvanında rəhmətə gedən X3 poliklinikaya müraciəti və ölümə səbəb olan heç bir diaqnozla dispanser qeydiyyatı olmadığı üçün onun ölüm haqqında tibbi şəhadətnamənin verilməsi “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli Kollegiyasının “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə 05 saylı qərarına uyğun deyil.” Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçinin izahatından, həmçinin mülki iş materiallarından məlum olur ki, X3 ölüm faktının müəyyən edən sənədin başqa qaydada alınması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.8-ci maddələrinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, Ərizəçi anası X3 20 may 2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktını təqdim etdiyi sənədlərlə sübuta yetirə bildiyinə görə ərizəçinin xahişi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi ərizəsi təmin edilsin. 19 iyun 1945-ci il tarixdə doğulmuş X3 20 may 2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsinə dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar