Məhkəmə qərarları › İş №2(001)-4054/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4054/2022

26.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4054/2022 26.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs qeyd edərək, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında məhkəməyə bildirdi ki, Arifə onun qızıdır. 17 yaşı olanda xəstələndi və müəyyən elədilər ki, onda "ağ qan qırmızı qanı yeyir". Xəstəliyin nə olduğunu dəqiq bilmir. Yemək yemirdi. Həkimlər dedilər ki, qan köçürülməlidir. Lakin qan köçürməyə çatmadılar – qızı elə Bakı şəhərində yaşadıqları evdə vəfat etdi. Həmin vaxt hələ öldüyünü bilmirdilər və götürüb apardılar xəstəxanaya. Xəstəxanada onlara dedilər ki, nahaq gətiriblər, qızları artıq evdə ölmüşdür. Yadındadır ki, nəsə sənəd verdilər onlara, amma həmin vaxt buna əhəmiyyət vermədi. Belə ki, qızını aparıb Masallı rayonunun Təklə kəndində basdırmalı idi və başı ona qarışmışdır. Bu müddət ərzində hər hansı sənədləşmə işlərinin aparılmasına zərurət olmadığına görə, ölüm haqqında şəhadətnamənin alınması üçün müraciət etməmişdir. Lakin indi adlarına olan pay torpaqlarının sənədləşməsi məsələsi ortaya çıxıb, mərhum isə hələ də onun ailə üzvü kimi qeydiyyatdadır. Qızı xx.xx.2000-ci il tarixdə vəfat edib. Torpağa xx.xx.2000-ci il tarixdə tapşırıldığına görə, Masallı rayon İcra Hakimiyyəti Başçısının Təklə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışda həmin tarix göstərilmişdir. İddia ərizəsini də tərtib edən şəxs tarixi arayışa uyğunlaşdırıb yazıb. Qeyd olunanlara əsasən, qızı X4 xx.xx.2000-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi vaxtın məhkəmə tərəfindən müəyyən edilməsi zəruridir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1982-ci il təvəllüdlü X4 anası X2, atası isə X8r. İş materiallarında olan Masallı rayon İcra Hakimiyyət Başçısının Təklə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2022-ci il tarixli, 335 saylı arayışından görünür ki, X7 xx.xx.2000-ci il tarixdə vəfat etmiş və Təklə kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş arayışdan görünür ki, X7 barəsəində Bakı şəhəri Maraqlı şəxsndə ölüm haqqında akt qeydi aşkar olunmadı. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs xx.xx.2022-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, “ ... ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. X1 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizənizi hazırda təmin edə bilmirik”. İş materiallarında olan foto şəkildən görünür ki, qəbir daşının üzərində X4 xx.xx.2000-ci il tarixdə ölməsi qeyd olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində məhkəməyə bildirdi ki, o, ərizəçinin baldızının gəlinidir. Bilir ki, ərizəçinin qızı Arifə xx.xx.2000-ci il tarixdə Bakı şəhərində yaşadıqları evdə vəfat etmiş və xx.xx.2000-ci il tarixdə Masallı rayonunun Təklə kəndində dəfn edilmişdir. Arifə Cəfərovanın ölümünün səbəbi barədə onu bilir ki, qız xəstə idi və ölümünə səbəb də xəstəliyi olmuşdur. Xəstəliyin nə olduğunu dəqiq bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində məhkəməyə bildirdi ki, mərhum Arifə Cəfərova onun ögəy qızı olmuşdur. Arifə xx.xx.2000-ci il tarixdə Bakı şəhərində yaşadıqları evdə xəstəlikdən vəfat etmiş və xx.xx.2000-ci il tarixdə Masallı rayonunun Təklə kəndində dəfn edilmişdir. Mülki Prosessual Məcəllənin 307.2.8-ci maddəsinə görə, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 309.1-ci maddəsinə əsasən isə, hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, “ ... Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir”. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməli, xx.xx.1982-ci il tarixdə Masallı rayonunun Təklə kəndində doğulmuş X4 xx.xx.2000-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə qismən təmin edilsin. xx.xx.1982-ci il tarixdə Masallı rayonunun Təklə kəndində doğulmuş X4 xx.xx.2000-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar