Məhkəmə qərarları › İş №2(001)-4097/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4097/2024

05.06.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4097/2024 05.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Ərizəçi2, Ərizəçi1 nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, onlarla Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə bağlanmış MŞB/13/2024-00527 saylı barışıq sazişinin təsdiq edilməsi və barışıq sazişinin məcburi icra edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Ərizəçilər ərizələrini onunla əsaslandırmışlar ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)-223/2024 saylı qətnaməsi ilə Ərizəçi1 Maraqlı şəxs qarşı “nikahın pozulması və uşaqların atanın himayəsində saxlanılması” tələbinə dair iddia ərizəsi təmin edilərək, Ərizəçi1 ilə Hümbətova (Ağadadaşova) Adilə İdris qızı arasında xx.xx.2011-ci il tarixdə 1515 nömrəli akt qeydi ilə Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 ataları Ərizəçi1 yanında saxlanılmaları qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmədiyi üçün, qanuni qüvvəsini almışdır. Məlumat üçün bildirir ki, məhkəməyə təqdim olunmuş Bakı şəhəri Binəqədi Rayonu İcra Hakimiyyətinin yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın rəyindən göründüyü kimi, Ərizəçi1 hazırda övladlarının maddi təminatının yüksək səviyyədə təşkil edilməsi üçün X3 Dubay şəhərində “Esteqlal Rent A CAR” şirkətində müddətli müqavilə üzrə rəsmi işçi olaraq, çalışmağa başlamışdır. Birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X4 isə Bakı şəhərində bibiləri Ərizəçi2 himayəsindədirlər. Ərizəçi2 uşaqlara daim qayğı göstərir, sevgi ilə yanaşır. Buna baxmayaraq, uşaqlar ataları üçün darıxırlar, onu tez bir zamanda görmək istədiklərini bildirirlər və Dubay şəhərinə səyahət edərək, istirahət etmək arzusundadırlar. Ataları Ərizəçi1 iş rejiminə görə, övladlarının yaşadığı Bakı şəhərinə tez-tez gəlib getməsi çətinlik yaradır. Uşaqlar yetkinlik yaşına çatmadıqlarına görə valideynsiz ölkədən çıxa bilmirlər və onları atalarının yanına aparmağı bibilərindən diləyirlər. Onu da qeyd edir ki, məsələ ilə bağlı Mediasiya Şurası Bakı 13 saylı Mediasiya Təşkilatının mediasiya sessiyasında iştirak etmişlər və Maraqlı şəxs ilə aralarında razılığa gələrək MŞB/13/2024-00527 saylı Barışıq sazişi imzalamışlar. Bu sazişə əsasən, birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2014cü il təvəllüdlü X1 ataları Ərizəçi1 və bibiləri Ərizəçi2 uşaqları ölkə hüdudlarından çıxarılmasına, uşaqların anası Maraqlı şəxs tərəfindən razılıq verməsi təsdiqlənmişdir. Həmin sazişi (6-cı bəndi) imzalandığı gündən 10(on) təqvim günü müddətində icra edilməsi göstərilsə də, indiyədək icra edilməmişdir. Buna görə, mövcud şəraitə hüquqi qiymət verilməsini vacib sayırlar. Hesab edirlər ki, uşaqların ölkə hüdudlarından kənara çıxarılması həm ataları ilə bağlarının zəifləməməsi, həm də onların gələcəkdə düzgün inkişafına, mənəvi və fiziki sağlamlığına müsbət təsir göstərməsi, qanuna və məntiqə uyğun olar. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, ərizəçilər barışıq Sazişinin təsdiq edilməsini xahiş edirlər. Həmin müqavilənin şərtlərinə görə o, övladları xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 ataları Ərizəçi1 və bibiləri Ərizəçi2 ilə ölkənin hüdüdlarından kənara çıxarılmasına razılıq vermişdir. Eyni zamanda danışıb razılaşmışlar ki, o, münasib olan vaxt notariusa gedib müvafiq etibarnamə versin. Etibarnamə vermək üçün dövlət rüsumunu ödəməyi onlar öz üzərinə götürmüşlər. Bundan sonra gözləmişdir ki, onlar ona zəng vuracaq və onlar notariusa gedəcəklər. Lakin, onlar zəng vurmadılar. Sonradan o və X7 bir neçə dəfə xanım Vəkil ilə danışmış və ona demişlər ki, onları gözləyir. Onlar üçün münasib vaxt şəxsiyyət vəsiqələrini götürüb notariusa getsinlər. Lakin, onlardan və vəkil xanımdan səs çıxmamışdır. Sonradan bildi ki, xanım vəkil sazişin təsdiqi üçün məhkəməyə müraciət etmişdir. Bildirir ki, məhkəməyə ehtiyac yoxdur. O, barışıq sazişini icra etməkdən və etibarnamə verməkdən qaçmır. Amma, dövlət rüsumunu onlar ödəməlidirlər. Razılaşdıqları kimi onlar üçün münasib vaxtda onlarla notariusa getməyə razıdır. Bu barədə xanım Vəkil demişdir. X7 vəkil xanıma izah etmişdir ki, bu halda barışıq sazişini təsdiq etmək üçün məhkəməyə verməyə ehtiyac yoxdur. Əgər o, sazişi icra etməkdən yayınsa onda MPM-nin 355-23-cü maddəsi ilə məhkəməyə verə bilər. Məhkəmə mübahisəyə baxan orqandır. Lakin, xanım vəkil bunlara əhəmiyyət vermir və əsassız olaraq məhkəməyə müraciət etmişdir. Xahiş edir ki, qanunun tələbləri xanım vəkilə izah edilsin və iddia tələbi rədd edilsin. İşlədiyinə görə hər dəfə məhkəməyə və ya digər orqana gedə bilmir. O, sözünün üstündə durur və etibarnamə verməyə hazırdır, yetər ki, onlar özləri sazişin şərtlərini yerinə yetirsinlər, notariusa gəlsinlər və dövlət rüsumunu ödəsinlər. Məhkəmə iclasında iştirak edən Ərizəçi2 ərizəni müdafiə edərək bildirdi ki, maraqlı şəxs mediasiya prosesində özü öz iradəsi ilə uşağın xarici ölkəyə aparılmasına razılığa gəlsə də, lakin sazişin icrası zamanı problemlər yaradır. Maraqlı şəxsin ərizədə qeyd etdikləri isə əsassızdır. Əgər maraqlı şəxs razılıq ərizəsini vaxtında versəydi, onlar məhkəməyə müraciət etməzdi. Ona görə də hazırda məhkəməyə müraciət etməli olmuşlar. Məhkəmə iclasında iştirak edən Ərizəçi1 nümayəndəsi (vəkili) ərizəni müdafiə edərək bildirdi ki, maraqlı şəxs qəsdən barışıq sazişini icra etmək istəmir. Maraqlı şəxs hər dəfə müxtəlif bəhanələrlə Ona görə də hazırda məhkəməyə müraciət etməli olmuşlar. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 223/2024 saylı qətnaməsinin surətindən görünür ki, Ərizəçi1 ilə Hümbətova (Ağadadaşova) Adilə İdris qızı arasında xx.xx.2011-ci il tarixdə 1515 nömrəli akt qeydi ilə Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2014cü il təvəllüdlü X1 ataları Ərizəçi1 yanında saxlanılmaları qət edilmişdir. xx.xx.2024-cü il tarixdə, Bakı 13 saylı Mediasiya təşkilatı vasitəsi ilə Ərizəçi1 və Ərizəçi2 ilə Maraqlı şəxs arasında bağlanmış barışıq sazişindən görünür ki: Tərəflər aşağıda göstərilən tələblər üzrə göstərilən şərtlərlə razılığa gəldilər.

1. (uşaqların ölkə hüquqlarından çıxarılması tələbi) Tərəflər 1-ci tərəf Ərizəçi1 (uşaqların atası) və X6 (uşaqların bibisi) 2-ci tərəf Maraqlı şəxs xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 ölkə hüdudlarından çıxarılmasına razılıq verməsini tələb edir. 1.1 2-ci tərəf Maraqlı şəxs 1-ci tərəf Ərizəçi1 (uşaqların atası) və Ərizəçi2 (uşaqların bibisi) tələbini qəbul edir, xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 atası və bibisi ilə ölkə hüdüdlarından çıxarılmasına razılıq verir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, hazırki ərizənin məhkəməyə verilməsi üçün Ərizəçi1 nümayəndəsi (vəkili) tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər; 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir; 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir; 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır; 34.2-ci maddəsinə əsasən Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur; 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər; 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə işdə iştirak edən şəxslər tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli barışıq sazişini təhlil edərək və Mülki Prosessual Məcəllənin 355-26.1-ci göstərilən barışıq sazişinin təsdiq edilməsindən imtina olunması üçün əsasların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, maraqlı şəxs barışıq sazişi üzrə öhdəliyini qanunla müəyyən edilmiş müddətdə könüllü olaraq icra etmədiyinə görə, barışıq sazişinin məcburi icrasının təmin edilməsi məqsədilə məhkəmə tərəfindən təsdiq edilməlidir. Məhkəmə eyni zamanda xüsusilə vurğulamağı zəruri sayır ki, maraqlı şəxs məhkəməyə ünvanladığı ərizəsində hazırda notarial qaydada razılıq ərizəsi verməyə razı olduğunu və bu səbəbdən ərizənin rədd edilməsini xahiş etsə də, həmin valideynin daha sonra hüququndan sui-istifadə etməklə ərizə verməmək imkanının olması qarşı tərəfi müdafiəsiz qoymaqla, hüquqlarının pozulması ilə nəticələnə bilər. Barışıq Sazişi məhkəmə tərəfindən təsdiq edildiyi halda isə bu hal istisna olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir; Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, hazırki ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu Ərizəçi1 özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

Ərizə təmin edilsin. xx.xx.2024-cü il tarixdə, Bakı 13 saylı Mediasiya təşkilatı vasitəsi ilə Ərizəçi1 və Ərizəçi2 ilə Maraqlı şəxs arasında bağlanmış aşağıdakı şərtləri özündə əks etdirən MŞB/13/2024-00527 saylı barışıq sazişi məcburi icrası üçün təsdiq edilsin:

1. (uşaqların ölkə hüquqlarından çıxarılması tələbi) Tərəflər 1-ci tərəf Ərizəçi1 (uşaqların atası) və X6 (uşaqların bibisi) 2-ci tərəf Maraqlı şəxs xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 ölkə hüdudlarından çıxarılmasına razılıq verməsini tələb edir. 1.1 2-ci tərəf Maraqlı şəxs 1-ci tərəf Ərizəçi1 (uşaqların atası) və Ərizəçi2 (uşaqların bibisi) tələbini qəbul edir, xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 atası və bibisi ilə ölkə hüdudlarından çıxarılmasına razılıq verir. Ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu Ərizəçi1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar