Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4105/2022 18.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə Ərizəçi xx.xx.1969-cu il təvəllüdlü X2 xx.xx.2022-ci il tarixdə ölməsi faktının müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Ərizəçi xx.xx.1969-cu il təvəllüdlü X2 xx.xx.2022-ci il tarixdə ölməsi faktının müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, əri xx.xx.1969-cu il təvəllüdlü X8 xx.xx.2022-ci il tarixdə yaşadıqları evdə vəfat etmiş və Mehdiabad qəbiristanlığında dəfn edilmişdir. Ölüm şəhadətnaməsinin alınması üçün 10 gün müddətində müraciət edilməli olduğu halda vaxt ötürüldüyü üçün şəhadətnamə alınmamışdır. O, ilk növbədə 38 saylı şəhər poliklinikasına, daha sonra isə 6 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsinə rəsmi ərizə ilə müraciət etmiş, lakin ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ölüm haqqında şəhadətnamə olmadan qanunvericiliklə müəyyənləşdirilmiş bir sıra prosessual hərəkətlər, o cümlədən vərəsəlik işinin açılması mümkün olmadığından şəhadətnaməni alınmasına zərurət yaranmışdır. Ona görə də, xx.xx.1969-cu il təvəllüdlü X2 xx.xx.2022-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1.şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Səadət Sarayı tərəfindən verilmiş AZ-İ № 108670 saylı xx.xx.2004-cü il tarixli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 ilə X3 xx.xx.2004-cü il tarixdə nikaha daxil olmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1402 saylı qeyd aparılmış, nikaha daxil olduqdan sonra arvada Eyvazova soyadı verilmişdir. 38 saylı Şəhər poliklinikasının xx.xx.2022-ci il tarixli 146 saylı məktubundan müəyyən olunur ki, ölüm haqqında tibbi şəhadətnamənin verilməsi qaydasına dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2015-ci il tarixli 52 saylı əmrinə əsasən ünvan 1 ünvanında yaşamış, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X4 ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı Ərizəçi bildirilmişdir. Bakı şəhəri Təcili və X1 Stansiyası PHŞ sahə həkiminin xəbərdarlıq vərəqəsindən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə saat 15:00 radələrində ünvan 1 ünvanına xx.xx.1969-cu il təvəllüdlü X2 adına çağırış daxil olmuş, çağırışa gedərkən həkim kişi meyidi aşkar etmişdir. Abşeron rayonu Mehdiabad Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 53 saylı arayışından müəyyən olunur ki, X8 xx.xx.2022-ci il tarixdə Mehdiabad qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid X7 ifadəsində göstərmişdir ki, qardaşı xx.xx.1969-cu il təvəllüdlü X8 xx.xx.2022-ci il tarixdə yaşadığı evdə ölmüş və Mehdiabad qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid X5 ifadəsində göstərmişdir ki, qardaşı xx.xx.1969-cu il təvəllüdlü X8 xx.xx.2022-ci il tarixdə yaşadığı evdə ölmüş və Mehdiabad qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid X6 ifadəsində göstərmişdir ki, qohumu xx.xx.1969-cu il təvəllüdlü X8 xx.xx.2022-ci il tarixdə yaşadığı evdə ölmüş və Mehdiabad qəbiristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 6 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli 05/Q- 709/15 saylı məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydasının 8.5-ci bəndinə əsasən ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktının məhkəmə tərəfindən müəyyən edildiyi, X2 adına ölüm haqqında tibbi şəhadətnaməni təqdim etmədiyinə görə ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi Ərizəçi bildirilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla xx.xx.1969-cu il təvəllüdlü X2 xx.xx.2022-ci il tarixdə ölməsi faktı müəyyən olunduğundan, ərinin ölümünü təsdiq edən sənədi ərizəçi başqa qaydada ala bilmədiyindən məhkəmə ərizəni əsaslı hesab edib təmin edir. Məhkəmə məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. xx.xx.1969-cu il təvəllüdlü X2 xx.xx.2022-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-4105/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4105/2022
18.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver