Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4126/2022 27.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, atası Həsrətov Hacıqulu (Hacqulu) Abdulla oğlunun xx.xx.1987-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, ərizəçinin atası xx.xx.1987-ci ildə Xaçmaz rayonunun Dədəli kəndində vəfat etmiş və xx.xx.1987-ci il tarixdə Dədəli kəndi qəbirstanlığında dəfn olunmuşdur. Ərizəçi mərhum atasının ölüm haqqında şəhadətnaməsinin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmişdir, lakin xx.xx.2022-ci il tarixli 220 saylı məktubla ona rədd cavabı verilmiş, X1 ölüm faktının qeydə alınmadığı bildirilmişdir.Ölüm haqqında şəhadətnamənin başqa qaydada alınması qeyri-mümkün olduğundan ərizəçi məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizədə göstərilən tələbi müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şahid ifadələrini, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - ******* saylı doğum haqqında şəhadətnaməyə əsasən, Ərizəçi xx.xx.1968-ci il tarixdə anadan olmuş, ata qrafasında Həsrətov Hacıqulu (Hacqulu) Abdulla oğlu qeyd olunmuşdur. - “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, 540 nömrəli məktubunda qeyd olunur ki, Xaçmaz rayonu, Dədəli kənd sakini olmuş 1928-ci il təvəllüdlü X1 1987-ci il tarixdə vəfatı barədə “Ölüm haqqında tibbi şəhadətnamənin” verilməsi haqqında heç bir məlumat yoxdur. - Maraqlı şəxs 17 may 2022-ci il tarixli, 220 saylı məktubunda qeyd olunur ki, X2 barəsində Ümumrespublika elektron məlumatından yoxlanılmış xx.xx.1945 -xx.xx.2022-ci illər üzrə ölüm akt qeydi aşkar olunmamışdır. - Xaçmaz Rayon İcra Hakimiyyətinin Dədəli İnzibati Ərazi Vahidi üzrə nümayəndəsi R.R.Qasımovun iştirakı ilə xx.xx.2022-ci ildə kənd sakinləri tərəfindən tərtib edilmiş aktda qeyd olunur və iştirakçıların imzası ilə təsdiq edilir ki, həqiqətən də, mərhum X2 1987-ci ilin fevral ayında Xaçmaz rayonunun Dədəli kəndində vəfat etmiş və Dədəli kənd qəbirstanlığında dəfn olunmuşdur Məhkəmənin iclasında iştirak edən şahidlər X5 və X4 eyni məzmunlu izahat verərək, X1 xx.xx.1987-ci ildə vəfat etdiyini təsdiq etdilər. Məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndini, MPM-nin 307.1, 307.2.8 və 308-ci maddələrini nəzərə alaraq qeyd edir ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki işin materiallarından da görünür ki, ərizəçi H.Həsrətovun ölümünün qeydə alınması üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin H.Həsrətovun ölüm faktı müvafiq sənəd ilə təsdiq olunmadığına görə ona ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Buna görə də ərizəçi ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmçinin qeyd olunmalıdır ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədikdə məhkəmə o zaman hüquqi əhəmiyyəti olan faktları müəyyən edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, ölüm haqqında akt qeydini aparmalı olan yeganə orqan qeydiyyat şöbəsi Həsrətov Hacıqulu (Hacqulu) Abdulla oğlunun ölüm haqqında akt qeydini aparmaqdan və ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, Həsrətov Hacıqulu (Hacqulu) Abdulla oğlunun ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin Həsrətov Hacıqulu (Hacqulu) Abdulla oğlunun ölüm haqqında akt qeydinin aparılmasından imtina etməsi nəticəsində ərizəçi H.Həsrətovun ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə Həsrətov Hacıqulu(Hacqulu) Abdulla oğlunun xx.xx.1987-ci il tarixdə ölməsi ərizəçinin izahatı, şahidlərin ifadəsi və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən ərizə əsaslıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikaı MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 1928-ci il tarixdə Xaçmaz rayonunun Dədəli kəndində anadan olmuş Həsrətov Hacıqulu(Hacqulu) Abdulla oğlunun xx.xx.1987-ci il tarixdə ölməsi (vəfat etməsi) barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-4126/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4126/2022
27.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver