Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4130/2025 22.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Məhərrəmli Vüsal İbadullah oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Məmmədova (İbrahimova) Aynurə Elçin qızı maraqlı şəxs qismində cəlb olunmaqla “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Məmmədova (İbrahimova) Aynurə Elçin qızı ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/2/2024-00602 saylı "Barışıq sazişinin" təsdiq edilməsi və alimentin xx.xx.2024-cü il tarixdən hesablanması baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-4269 saylı qatnamasi ilə aralarındakı nikah pozulmuşdur.Tərəflərin rəsmi nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X5 doğulmuşdur. Aralarında münasibətlər pozulduğuna görə uşaqların ərizəçinin yanında saxlanması üçün maraqlı şəxsdən hər uşağa görə 200 manat olmaqla, ümumilikdə 400 manat məblağində pulun aliment şəklində ödənilməsinə dair "Barışıq Sazişi" bağlanmışdır. Lakin saziş qarşı tərəfdən icra edilmir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, onunla maraqlı şəxs arasında nikah pozulduqdan sonra, birgə nikahdan doğulmuş uşaqların onun yanında qalmaları müəyyən edilmiş və bağlanmış barışıq sazişinə əsasən maraqlı şəxs ona hər uşağa 200 manat olmaqla, ümumilikdə hər ay 400 manat məbləğində aliment ödəməyi öhdəsinə götürmüşdür. Lakin Maraqlı şəxs uşaqların məktəbə aparılıb-gətirilməsi üçün servis pulu, eləcə də uşaqların məktəbdə hazırlıq pulunu bir müddət ödəsə də, sonradan həmin ödənişləri də dayandırmışdır. Hazırda isə ümumiyyətlə barışıq sazişində göstərilən məbləğdə tam olaraq ödənişlər edilməmişdir. O, həmçinin qeyd etdi ki, o, uşaqlara anaları ilə görüşmələrinə maneə yaratmır, hətta bir gün analarının yanında qalmaqlarına da, icazə verib. Göstərdiklərinin nəzərə alınaraq ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs Məmmədova (İbrahimova) Aynurə Elçin qızı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını təqdim edilmiş sübutlar əsasında araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Ərizəyə əlavə edilmiş 05 iyun 2024-cü il tarixli, MŞB/2/2024-00602 nömrəli barışıq sazişindən görünür ki;
1. Tərəflər – nikahın davam etdirilməsi barədə razılıq əldə etməlidirlər və 07 fevral 2014-cü ildə Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsində bağlanmış və 84 nömrə ilə qeydə alınmış nikahın məhkəmə qaydasında pozulmasına razılaşdılar.
2. Tərəflər razılaşdılar ki, birgə nikahdan anadan olmuş - xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X6 ataları Ərizəçi himayəsində saxlanılsınlar.
3. Tərəflər razılaşdılar ki, nikahın pozulması barədə qətnamə qəbul edildikdən sonra ana Maraqlı şəxs birgə nikahdan anadan olmuş övladları xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X1 çün ata Ərizəçi hər ay hər uşaq üçün 200 manat olmaqla, ümumilikdə 400 manat aliment ödəyəcək.
4. Ata Ərizəçi öhdəlik götürür ki, ana Maraqlı şəxs uşaqları ilə ünsiyyətinə heç bir maneə yaratmayacaq və uşaqlar üçün uyğun olduğu vaxtlarda anaları ilə gecə qalmalarına mane olmayacaq. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: - 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; - 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. İşin hallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-4269/2024 saylı qətnaməsi ilə tərəflər arasında xx.xx.2014-cü il tarixdə, Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsində akt qeydləri kitabında 84 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur. Həmçinin müəyyən edilmişdir ki, Məmmədova (İbrahimova) Aynurə Elçin qızı 05 iyun 2024-cü il tarixli, MŞB/2/2024-00602 nömrəli “Barışıq Sazişi” üzrə götürdüyü öhdəliyi icra etməyərək, aliment ödənişlərinin ödənilməsindən boyun qaçırmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin edilməli və 05 iyun 2024-cü il tarixli, MŞB/2/2024-00602 nömrəli “Barışıq Sazişi”təsdiq edilməlidir. Məhkəmə həmçinin barışıq sazişi üzrə alimentin hansı tarixdən tutulması ilə bağlı qeyd edir ki, həm ərizədən, həm də ərizəçinin izahatı ilə müəyyən edilmişdir ki, maraqlı şəxs Məmmədova (İbrahimova) Aynurə Elçin qızı 05 iyun 2024-cü il tarixdən barışıq sazişi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməkdən boyun qaçırmışdır. Məhkəmə, 05 iyun 2024-cü il tarixli, MŞB/2/2024-00602 nömrəli “Barışıq Sazişi” üzrə aliment ödənişlərinin maraqlı şəxs tərəfindən 05 iyun 2024-cü il tarixdən ödənilməsindən boyun qaçırdığını nəzərə alaraq hesab edir ki, alimentin tutulmasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Məmmədova (İbrahimova) Aynurə Elçin qızı arasında bağlanmış 05 iyun 2024-cü il tarixli, MŞB/2/2024-00602 nömrəli “Barışıq Sazişi” təsdiq edilməli, alimentin tutulmasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizə təmin edildiyindən məhkəmə hesab edir ki, ərizənin verilməsi üçün ödənilməli olan 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən dövlət nəfinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307 və 355-23 - 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
Ərizə təmin edilsin. Ərizəçi ilə Məmmədova (İbrahimova) Aynurə Elçin qızı arasında bağlanmış 05 iyun 2024-cü il tarixli, MŞB/2/2024-00602 nömrəli “Barışıq Sazişi”təsdiq edilsin.
1. Tərəflər – nikahın davam etdirilməsi barədə razılıq əldə etməlidirlər və 07 fevral 2014-cü ildə Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsində bağlanmış və 84 nömrə ilə qeydə alınmış nikahın məhkəmə qaydasında pozulmasına razılaşdılar.
2. Tərəflər razılaşdılar ki, birgə nikahdan anadan olmuş - xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X6 ataları Ərizəçi himayəsində saxlanılsınlar.
3. Tərəflər razılaşdılar ki, nikahın pozulması barədə qətnamə qəbul edildikdən sonra ana Maraqlı şəxs birgə nikahdan anadan olmuş övladları xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X1 çün ata Ərizəçi hər ay hər uşaq üçün 200 manat olmaqla, ümumilikdə 400 manat aliment ödəyəcək.
4. Ata Ərizəçi öhdəlik götürür ki, ana Maraqlı şəxs uşaqları ilə ünsiyyətinə heç bir maneə yaratmayacaq və uşaqlar üçün uyğun olduğu vaxtlarda anaları ilə gecə qalmalarına mane olmayacaq. Barışıq sazişi üzrə alimentin tutulmasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Etibar Mustafayev