Məhkəmə qərarları › İş №2(001)-4167/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4167/2022

26.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4167/2022 26.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə) ölüm faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 05 fevral 1923-cü il tarixdə Ağdam rayonunda anadan olmuş X3 05 mart 2010-cu il tarixdə ev şəraitində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, anası X4 1923-cü ildə Ağdam rayonunda anadan olmuşdur. Mərhum anası 06 mart 2010-cu ildə ev şəraitində vəfat etmişdir. Anasının dəfn mərasimi ilə bağlı tədbirlərlə məşğul olduğu üçün ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Daha sonralar hüquqi savadı olmadığından ölüm haqqında şəhadətnaməni almamışdır. Hazırda mərhum anası əri Nümayəndə məxsus ünvan 1 ünvanında qeydiyyatda olmuşdur. Anasının qeydiyyatdan çıxarılmasını aidiyyatı qurumlara bildirdikdə onlar ondan ölüm haqqında şəhadətnaməni tələb etmişlər. Anası X1 qəsəbəsi 1 saylı qəbirstanlığında dəfn olunmuşdur. Mərhuma yas mərasimləri keçirilmiş və bütün qohum, qonşular yas mərasimində iştirak etmişlər. Bu faktla əlaqədar qohumlar və qonşular akt tərtib etmişlər və məhkəmədə bu faktı bir daha təsdiq edə bilərlər. Anasının ölməsi barədə tibbi arayış olmadığından bügünə kimi onun ölməsi barədə ölüm haqqında şəhadətnamə almaq mümkün olmamışdır. Ölüm haqqında şəhadətnamə alınması üçün Maraqlı şəxsnə müraciət etmişdir. Həmin qurumdan ona bildirilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edimiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyatı» qaydalarının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir və X2nın adına ölüm haqqında tibbi şəhadətnamə olmadığına görə həmin fakt məhkəmə tərəfindən müəyyən edilməlidir. Məhkəmə iclasında iştirak edən ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, həmin faktın müəyyən edilməsi mərhumun pasport qeydiyyatından çıxarılması üçün vacibdir. Belə ki, mərhumun ölüm haqqında şəhadətnaməsinin olmaması daşınmaz əmlak üzərində sərəncam verilməsində onlara maneə törədir. Mərhum axşam saatlarında vəfat etdiyi üçün növbəti gün dəfn edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə ünvanlanmış məktubda iddiaya etiraz etmədiklərini və işin həllinin məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X13 verdiyi ifadəsində bildirmişdir ki, mərhum X7 onun nənəsidir. Nənəsi şəkər xəstəliyindən əziyyət çəkirdi. Nənəsi onlarla bir evdə yaşayırdılar. 05 mart 2010-cu il tarixdə axşam saatlarında nənəsinin halı pisləşmiş və qəflətən vəfat etmişdir. O, yas və dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 verdiyi ifadəsində bildirmişdir ki, mərhum X7 isə qaynanasıdır. Onlar bir evdə yaşayırdılar. Qaynanası şəkər xəstəliyindən əziyyət çəkirdi. 05 mart 2010-cu il tarixdə axşam saatlarında nənəsinin halı pisləşmiş və qəflətən vəfat etmişdir. O, yas və dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 verdiyi ifadəsində bildirmişdir ki, o, ərizəçinin qohumudur və qonşuluqda yaşayır. 05 mart 2010-cu il tarixdə axşam saatlarında səs-küyə mərhumun yaşadığı evə getmiş, həmin vaxt görmüşdür ki, Əntiqə Musayeva artıq vəfat etmişdir. O, həm yas həm də dəfn mərasimində iştirak etmişdir. İş materiallarında olan: AZE seriyalı, 02805394 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 05 fevral 1923-cü il tarixdə Ağdam rayonunda doğulmuş, yaşayış yeri Bakı şəhəri, 8 mkr, Azadlıq prospekti, ev 196, mənzil 150-dir; AZ-T 208918 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 atası X20, anası isə X5r; Bakı şəhəri Maraqlı şəxs tərəfindən ərizəçiyə ünvanlanmış 31 may 2022-ci il tarixli məktubdan görünür ki, onun vəfat edən X2 üçün ölüm haqqında şəhadətnamə almaq barədə müraciətinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”-nın 8.5 bəndlərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. X3 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizəni təmin edə bilmirlər; 10 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş 31 may 2022-ci il tarixli məktubdan görünür ki, X7 poliklinikada endokrinoloqun dispanser qeydiyyatında olmuşdur. Ölümündən sonra mərhumun yaxınları tərəfindən ölüm haqqında tibbi şəhadətnamə alınmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2020-ci il tarixli 100-cü əmrinə və Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli qərarına əsasən ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün deyil; X15, X9, X11 və X10 tərəfindən tərtib edilmiş və imzaları ilə təsdiq edilmiş aktdan görünür ki, həqiqətən də qonşuluq və yaxın qohumluq münasibətlərində olduqları X7 05 mart 2010-cu il tarixdə vəfat etmişdir. Mərhum Bakı şəhərində 06 mart 2010-cu il tarixdə Biləcəri qəsəbəsi qəbrstanlığında dəfn olunmuşdur; Bakı şəhəri Biləcəri Bələdiyyəsi tərəfindən verilmiş 01 iyun 2022-ci il tarixli arayışdan görünür ki, X1 qəsəbəsi 1 saylı qəbrstanlıqda 06 mart 2010-cu il tarixdə dəfn olunmuşdur. 08 iyun 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, hazırki ərizənin məhkəməyə verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.3 və 9.4-cü bəndlərində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçinin X2 05 mart 2010-cu il tarixdə Bakı şəhərində, ev şəraitində vəfat etmiş, lakin ərizəçinin anasının ölüm faktını təsdiq edə biləcək sənədi məhkəməyə müraciət etmədən əldə etməsi mümkün olmamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 05 fevral 1923-cü il təvəllüdlü X3 05 mart 2010-cu il tarixdə Bakı şəhərində, ev şəraitində vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, hazırki ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 05 fevral 1923-cü il təvəllüdlü X3 05 mart 2010-cu il tarixdə Bakı şəhərində, ev şəraitində vəfat etməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar