Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4167/2024 16.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Məhərrəmli Vüsal İbadullah oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, X4 (1985-ci il tarixdə) vəfat etməsi faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X1 (1985-ci ildə) ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, babası X7 17 fevral 1985-ci il tarixdə İsmayıllı rayonu, Təzəkənd kəndində rəhmətə getmiş və orada dəfn edilmişdir. X1 ölümü rəsmi qeydə alınmamışdır. X6 24 dekabr 2023-cü il tarixdə ölmüşdür. Hazırda onlar vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etdikdə X1 ölüm haqqında şəhadətnaməsi tələb edilir və bildirilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2003-cii il tarixli, 145 saylı qərarı ilə təsdiq edimiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyatı» qaydalarının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir və ölüm haqqında tibbi şəhadətnamə olmadığına görə həmin fakt məhkəmə tərəfindən müəyyən edilməlidir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edib, izahatında göstərmişdir ki, atası dekabr ayında rəhmətə gedib, ondan miras əmlak avtomobil qalıb. Həmin mirası qəbul edə bilmir. Vərəsə kimi babası və nənəsi çıxır. Nənəsi qardaşının xeyrinə imtina edir, lakin babasının ölüm haqqında şəhadətnaməsi olmadığından bu məsələ həll oluna bilmir. Qardaşı hal-hazırda hərbi xidmətdədir və onun adından ona etibarnamə verilmişdir. Göstərdiklərini nəzərə alaraq X1 (1985-ci ildə) ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, mərhum X7 onun əmisi olub. O, 1985-ci ilin dekbr ayında rəhmətə gedib. Dəfnində qar yağdığından iştirak edə bilməmiş, lakin sonradan iştirak etmişdir. Onun iki nəvəsi var və onları tanıyır. Ərizəçi mərhum əmisi Həmid Ağayevin nəvəsidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, mərhum Həmid Ağayev onun yoldaşının əmisidir. O, əvvəllər Rusiyada yaşayıb, sonra Bakıya köçərək Əmircan kəndində yaşayırdı. Ağır xəstə olduğu üçün İsmayıllı rayonunun, Təzəkənd kəndində yaşayan bacısı gildə bir müddət yaşadıqdan sonra, 1985-ci ilin dekbr ayında rəhmətə gedib. Mülki iş materiallarında olan: - X3 surətindən görünür ki, X12 25 aprel 2002-ci il tarixdə anadan olmuş, şəhadətnamənin ata qrafasında X10, ana qrafasında X8 qeyd edilmişdir. - X3 surətindən görünür ki, Ərizəçi xx xxxxxxxx 2004-cü il tarixdə anadan olmuş, şəhadətnamənin ata qrafasında X10, ana qrafasında X8 qeyd edilmişdir. - İsmayıllı RİHB-nın Təzəkənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 228 nömrəli arayışından görünür ki, X7 17 fevral 1985-ci il tarixdə, İsmayıllı rayonu, Təzəkənd kəndində vəfat etmiş və Təzəkənd kəndində dəfn edilmişdir. - Ölüm haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2023-cü il tarixdə ölmüşdür. - İşə əlavə edilmiş məzar daşını əks etdirən iki ədəd fotoşəkildən görünür ki, X7 1940-cı ildə anadan olmuş, 1985-ci ildə vəfat etmişdir. - İşə əlavə edilmiş 1 saylı Bakı “ASAN Xidmət” X2 10 may 2024-cü il tarixli məktubundan görünür ki, vəfat etmiş X5 ölümünün qeydiyyata alınması barədə müraciətə baxılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edlmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”- nın 8.5 bəndlərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında tibbi şəhadətnamə, ölüm haqqında feldşer arayışı) ilə təsdiq edilməlidir. Ölüm haqqında tibbi şəhadətnamə tərəfinizdən şöbəmizə təqdim edilmədiyi üçün ərizənizin təmin edilməsi imkanımız xaricindədir. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bununla əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçinin izahatından, həmçinin mülki iş materiallarından məlum olur ki, X4 ölüm faktının müəyyən edən sənədin başqa qaydada alınması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.8-ci maddələrinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Bundan başqa “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndində əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.” Məhkəmə hesab edir ki, Ərizəçi X1 vəfat etməsi faktını təqdim etdiyi sənədlərlə sübuta yetirə bildiyinə görə ərizəçinin xahişi təmin edilməli və X4 (1985-ci ildə) ölməsinə dair hüquqi fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X4 (1985-ci ildə) ölməsinə dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-4167/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4167/2024
16.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver