Məhkəmə qərarları › İş №2(001)-4185/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4185/2025

30.05.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4185/2025 30.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Məmmədov Əli İlham oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixində mediasiya qaydasında bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırılması: O, Maraqlı şəxs qarşı “nikahın pozulması, uşaqların ananın yanında saxlanılması, daşınmaz əmlak və uşaqların ölkə xaricinə çıxarılmasına dair” tələblə mediasiyaya müraciət etmiş, 13 saylı mediasiya təşkilatında aralarında barışıq sazişi bağlanmışdır. Maraqlı şəxs barışıq sazişinin 4 və 5-ci bəndləri ilə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən yayınır. Məhkəmə iclasında iştirak edən ərizəçi izahatında bildirmişdir ki, aralarında razılığa görə uşaqlar onda qalacaq və evdə onlara veriləcək. Cavabdeh evdən onların xeyrinə imtina etməli, özü isə adında olan maşından cavabdehin xeyrinə imtina etməli idi. Uşaqların birinə çatan alimentdən evə görə də imtina edib. Hazırda avtomobildən imtina ilə bağlı mübahisə yoxdur. Barışıq sazişini razılıqla bağlasalar da, cavabdeh rayondan gələndə fikri dəyişdi. Maşını 1 il qabaq alsalar da, maşını görə bilmir. Halbuki, Astara da H.Əliyev prtində cərimə yazılıb. Kreditlər ödəməkdən, əmlakı ilə maraqlana bilmir. Qarşı tərəf deyir gah evdə qalacaq, gah pay alacaq evdən. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs izahatında bildirmişdir ki, evi həyət evlərini satıb almışlar. Ərizəçi iddia edir ki, ona xəyanət edib, amma sübut yoxdur. Evi o şərtlə verirdi ki, uşaqlarını görə biləcək, evdə gəlib 2-3 gün qalacaq. Barışıq sazişini məcburiyyət qarşısında imzalayıb. Evi bir şərtlə verir xanıma ki, uşağın adına rəsmiləşdirilməli, satılmamalıdır. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib, belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki, Ərizəçi (birinci tərəf) ilə Maraqlı şəxs (ikinci tərəf) arasında mediasiya prosesində bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi aşağıdakı şərtləri özündə ehtiva edir:

1. Tərəflər, 1-ci tərəf Ərizəçi 2-ci tərəf Maraqlı şəxs ilə 18 May 2011-ci il tarixində, İİ Nügədi icra nümayəndəliyində bağladıqları, 49 sayı ilə qeydə alınan nikahlarını məhkəmədə 3 ay barışıq müddəti vermədən pozulması barədə razılaşdılar.

2. Tərəflər, 1-ci tərəf Ərizəçi 2-ci tərəf Maraqlı şəxs ilə birgə nikahdan anadan olan övladları xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər 1-ci tərəf Ərizəçi yanında, himayəsində saxlanılmasına razılaşdılar.

3. Tərəflər, 1-ci tərəf Ərizəçi 2-ci tərəf Maraqlı şəxs ilə birgə nikahdan anadan olan övladları xx.xx.2017-ci il təvəllüdlü X1 üçün 2025-ci ilin may ayndan başlayaraq hər ayın 20-30-u aralığında 200 (iki yüz) manat məbləğində alimentin 2-ci tərəf Maraqlı şəxs tərəfindən 1-ci tərəf Ərizəçi ödənilməsi barədə razılaşdılar.

4. Tərəflər, 1-ci tərəf Ərizəçi 2-ci tərəf Maraqlı şəxs ilə birgə nikah dövründə, birgə vəsait hesabına əldə etdikləri 1-ci tərəf Ərizəçi adına rəsmi qeydiyyatda olan 2014-cü il buraxılış ili, ** LO *** dövlət qeydiyyat nişanlı, MİTSUBİSHİ ATTRAGE minik markalı avtomobilə olan pay hüququndan 1-ci tərəf Ərizəçi 2-ci tərəf Maraqlı şəxs xeyrinə imtina edərək onun adına rəsmiləşdirməsi barədə razılaşdılar.

5. Tərəflər, 1-ci tərəf Ərizəçi 2-ci tərəf Maraqlı şəxs ilə birgə nikah dövründə, birgə vəsait hesabına əldə etdikləri 1-ci tərəf Ərizəçi adına rəsmi qeydiyyatda olan, ünvan 1 ünvanında yerləşən mənzilə olan ½ pay hüququndan 2-ci tərəf Maraqlı şəxs 1-ci tərəf Ərizəçi xeyrinə imtina etməsi barədə razılaşdılar.

6. Tərəflər, 1-ci tərəf Ərizəçi 2-ci tərəf Maraqlı şəxs ilə birgə nikahdan anadan olan övladları xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 ölkə xaricinə sərbəst surətdə giriş-çıxışına dair 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs bir-birilərinə müvafiq razılıqların verilməsi barədə razılaşdılar. Göründüyü kimi, tərəflər arasında ailə mübahisəsinin həlli ilə bağlı (aliment, uşaqların yaşayış yeri, əmlak bölgüsü, və s.) mediasiya prosesində xx.xx.2025-ci il tarixli barışıq sazişi imzalanmışdır. Sazişin 5-ci bəndinə görə İİ tərəf Şahqubatov X4 rayonu, Mehdiabad qəsəbəsi, 28 May küçəsi, Kotanlı MTK, bina 1, mənzil 52 ünvanında yerləşən mənzilə olan ½ pay hüququndan 1-ci tərəf Ərizəçi xeyrinə imtina edəcək. Lakin barışıq sazişinin həmin bəndinin icrası təmin edilmir. Odur ki, mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədiyindən Ərizəçi mediasiya prosesində bağlanmış barışıq sazişinin pay hüququndan imtina hissəsində məcburi icrasi üçün təsdiq edilməsi barədə ərizəsi aşağıda qeyd edilən normalara görə əsaslı hesab edilməklə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsaəsn iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in, 217-ci, 355-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. Ərizəçi (birinci tərəf) ilə Maraqlı şəxs (ikinci tərəf) arasında mediasiya prosesində bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/13/2025-00413 nömrəli barışıq sazişinin beşinci bəndi təsdiq edilsin, (birinci tərəf) Ərizəçi (ikinci tərəf) Maraqlı şəxs ilə birgə nikah dövründə, birgə vəsait hesabına əldə etdikləri (birinci tərəf) Ərizəçi adına rəsmi qeydiyyatda olan, ünvan 1 ünvanında yerləşən mənzilə olan ½ pay hüququndan (ikinci tərəf) Maraqlı şəxs (birinci tərəf)Ərizəçi xeyrinə imtina etməsi hissəsində məcburi icraya yönəldilsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar