Məhkəmə qərarları › İş №2(001)-4187/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4187/2020

25.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4187/2020 25.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi, Ərizəçi, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi Hacı X3 onun ata tərəfdən babası olması və Hacı X3 1932-ci ildə ölməsinin qeyd edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs qeyd etməklə, Hacı X3 onun ata tərəfdən babası olması və Hacı X3 1932-ci ildə ölməsinin qeyd edilməsi faktının müəyyən edilməsi barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X7 xx.xx.1943-cü ildə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində anadan olmuş, atası İsmayıl Nəzərəli oğlu isə xx.xx.1903-cü ildə Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsində anadan olmuş və xx.xx.1978-ci ildə vəfat etmişdir. Ərizəçinin atasının atası, yəni babası Nəzərəli Nəcəfəli oğlu 1958-ci ildə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində vəfat etmiş və Biləcəri qəsəbə qəbirstanlığında dəfn edilmişdir. Ərizəçinin sahibliyində olan və yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Abdin (köhnə Kolxoz küçəsi) küçəsində yerləşən 0.1452.2 ha torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş 2 saylı fərdi yaşayış evi ərizəçinin babası Nəzərəli Nəcəfəli oğluna məxsus olmuşdur. Bakı şəhəri Kirov rayon X11 İcraiyyə Komitəsinin xx xxxxxxx 1989-cu il tarixli, 58/532 saylı Qərarına əsasən, vəfat edən (ərizəçinin babası) Nəzərəli Nəcəfəli oğluna məxsus Biləcəri qəsəbəsi, Kolxoz küçəsində 1900-cü ildə tikilmiş, 1452,2 kv.m. torpaq sahəsində yerləşən ümumi yaşayış sahəsi 25.8 kv.m., köməkçi sahəsi 89.3 kv. m. olan, sarayın sahəsi - 109,2 kv. m., qaraj - 20,2 kv m., olan 2 saylı evi qeydiyyata salmağa icazə verilmiş, bütün sonradan tikilən tikililərin, mülkin sahibinin nəvəsi – Ərizəçi tərəfindən həyata keçirildiyi, TİB və BİK-dən hazırki mülkin inventarizasiyasının aparılması və texniki pasporta dəyişikliklə edilməsi qərarda qeyd edilmişdir. Bundan sonra ümumi və köməkçi sahəsi 347,4 kv.m., yaşayış sahəsi 149,8 kv.m. olan, 1452.2 kv.m. torpaq sahəsində tikilmiş Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Abdin (köhnə Kolxoz küçəsi) küçəsində yerləşən 2 saylı fərdi yaşayış evi Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasporta əsasən ərizəçinin adına sahiblik və istifadə hüququ ilə qeydiyyata alınmışdır. Ərizəçi 1452.2 kv.m. torpaq sahəsində tikilmiş, ümumi və köməkçi sahəsi 347,4 kv.m., yaşayış sahəsi 149,8 kv.m. olan, sahiblik hüququ ilə ərizəçiyə məxsus olan və yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Abdin (köhnə Kolxoz) küçəsində yerləşən 2 saylı fərdi yaşayış evini və evin yerləşdiyi 1452,2 kv metr torpaq sahəsini Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata aldırmaq üçün müraciət etdikdə ərizəçiyə bildirilmişdir ki, fərdi yaşayış evi ərizəçinin sahibliyində olsa da, evin yerləşdiyi 1452,2 kv.m. torpaq sahəsi ərizəçinin babası Nəzərəli Nəcəfəli oğlunun adındaqalmışdır. Ona görə də 1452,2 kv.m. torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə almalıdır. Lakin ərizəçinin babası Nəzərəli Nəcəfəli oğlunun ölümü haqqında şəhadətnamə və onun ərizəçinin babası olması barədə rəsmi sənədlər olmadığına görə ərizəçi vərəsəlik hüququnu həyata keçirə bilmir. Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Ərizəçinin nümayəndəsi eyni zamanda məhkəməyə bildirdi ki, Hacı X6 1932-ci ildə vəfat etdiyindən, onun ölümünə dair qeydin bərpa edilməsi mümkün deyil. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi xx.xx.1943-cü il tarixdə doğulmuş, atası İsmayıl Nəzərəli oğlu, anası isə X9r. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, İsmayıl Nəzərəli oğlu xx.xx.1978-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin xx.xx.2020-ci il tarixli arayışında aşağıdakılar göstərilmişdir: “ ... Azərbaycan Respublikası Dövlət Tarix Arxivi üzrə Biləcəri kənd məscidinin sənədlərində X4 doğum tarixinə dair məlumat aşkar olunmuşdur. Doğum tarixi: xx xxxxxx 1903-cü il, valideynləri: atası - Hacı X6, anası - Gülbacı (sənəddə olduğu kimi)”. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs xx.xx.2020-ci il tarixli cavab məktubundan görünür ki, Ərizəçi babası Nəzərəli Nəcəfəli oğlunun ölüm haqqında şəhadətnaməsinin alınması üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin Nəzərəli Nəcəfəli oğlunun adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün, ölüm haqqında şəhadətnamə verilməmişdir. İş materiallarında olan Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli cavab məktubundan görünür ki, Hacı X6 1846-cı ildə doğulub və 1932-ci ildə vəfat etmiş, Biləcəri qəsəbəsinin qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan fotoşəkildən görünür ki, qəbir daşının üzərində Hacı X3 1846cı ildə doğulub və 1932-ci ildə vəfat etməsi qeyd edilib. İş materiallarında olan Bakı şəhəri Kirov rayon X11 İcraiyyə Komitəsinin xx xxxxxxx 1989-cu il tarixli qərarından görünür ki, vəfat edən Nəzərəli Nəcəfəli oğluna məxsus Biləcəri qəsəbəsi, Kolxoz küçəsində 1900-cü ildə tikilmiş, 1452,2 kv.m. torpaq sahəsində yerləşən ümumi yaşayış sahəsi 25.8 kv.m., köməkçi sahəsi 89.3 kv. m. olan, sarayın sahəsi - 109,2 kv. m., qaraj - 20,2 kv m., olan 2 saylı evi hüquqi qeydiyyatdan keçirməyə icazə verilmiş, bütün sonradan tikilən tikililərin, mülkün sahibinin nəvəsi – Ərizəçi tərəfindən həyata keçirildiyi nəzərə alınmışdır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş arayışda göstərilmişdir ki, Nəzərəli Nəcəfəli oğlunun ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” X1 sisteminə xx.xx.2020-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X8ifadəsində göstərdi ki, Hacı X6 onun ulu babası – yəni atasının babasıdır. O, 1932-ci ildə ölüb və Biləcəri qəbirstanlığında dəfn olunmuşdur. Ulu babasının beş oğlu olub. Məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadəsində göstərdi ki, Hacı X6 Ərizəçi babasıdır. 1932-1937-ci illərdə ölməsi barədə məlumatı var. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində göstərdi ki, Hacı X6 Ərizəçi babasıdır. 1932-ci ildə vəfat etmiş və Biləcəri qəbirstanlığında dəfn olunmuşdur Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Mülki Prosessual Məcəllənin 307.2.1-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarında aşağıdakılar göstərilmişdir: “ ... Məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur”. Mülki Prosessual Məcəllənin 307.2.3-cü maddəsinə görə,məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndində qeyd edilmişdir ki, “ ... Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər”. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Hacı X3 Ərizəçi ata tərəfdən babası olması və 1846-cı ildə doğulmuş Hacı X3 1932-ci ildə ölməsinin qeyd edilməsi faktı müəyyən edilməlidir. Belə ki, hazırkı işdə qohumluq münasibətləri faktının müəyyən edilməsi hüquqi nəticələrə səbəb olacaq və ərizəçi vərəsə kimi hüquqlarını realizə etmək hüququnu əldə etmiş olacaq. Eyni zamanda iş materialları ilə təsdiq olunur ki, 1932-ci ildə ölmüş Hacı X3 ölüm qeydi yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. Hacı X3 Ərizəçi ata tərəfdən babası olması və 1846-cı ildə doğulmuş Hacı X3 1932ci ildə ölməsinin qeyd edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar