Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4187/2025 26.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyevs Yeganə Müslüm qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında bağlanmış X2 tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli MŞB/8/2024-02525 saylı barışıq sazişinin 2-ci və 3-cü bəndinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh Maraqlı şəxs ilə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Həmin nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X9 adlı övladları doğulmuşdur. X2 tərəfindən təsdiq olunmuş xx.xx.2024-cü il tarixli MŞB/8/2024-02525 saylı barışıq sazişinə əsasən maraqlı şəxslə azyaşlı uşaqların onun himayəsində olması, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün xx.xx.2024-cü il tarixdən etibarən hər ayın 20-dən 30-dək hər ay hər uşaq üçün 200 manat, cəmi 400 manat sabit pul şəklində alimentin ona ödənilməsi barədə razılaşmışlar. Həmin sazişin 6-cı bəndinə əsasən əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən saziş tərəflər üçün məcburidir. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə imzalandığı gündən 10 təqvim günü müddətində icra olunmalıdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxs məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2024-cü il tarixdə, Bakı 8 saylı Mediasiya təşkilatı vasitəsi ilə Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış barışıq sazişindən görünür ki:
1. Birinci tərəf: Ərizəçi Bu Sazişi imzaladıqdan sonra İkinci tərəf: həyat yoldaşı Maraqlı şəxs ilə Bakı şəhər Nərimanov rayon Qeydiyyat şöbəsində xx.xx.2012-ci il tarixdə № 965 qeydi ilə bağlanan nikahın (barışıq üçün əlavə vaxt verilmədən) pozulmasına (ləğv edilməsinə) razıdır.
2. Birinci tərəf: Ərizəçi İkinci tərəf: Maraqlı şəxs ilə faktiki nikahdan dünyaya gələn övladları xx.xx.2012-ci il təvəllüdlü X4 və birgə nikahdan dünyaya gələn övladları xx.xx.2013-cü il təvəllüdlü X3 onun (ananın) yanında (himayəsində) qalmalarına razıdır.
3. Birinci tərəf: Ərizəçi İkinci tərəf: Maraqlı şəxs ilə faktiki nikahdan dünyaya gələn övladları xx.xx.2012-ci il təvəllüdlü X4 və birgə nikahdan dünyaya gələn övladları xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İkinci tərəf: Maraqlı şəxs ona xx.xx.2024-cü il tarixdən etibarən hər ayın 20-dən 30-dək hər ay hər uşaq üçün 200 AZN olmaqla ümumilikdə 400 AN pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Bu vəsaitin İkinci tərəfə təqdim edəcəyi və ona məxsus olan bank kartına ödəniləcəyi ilə razıdır.
4. Birinci tərəf: Ərizəçi İkinci tərəf: Maraqlı şəxs ilə faktiki nikahdan dünyaya gələn övladları xx.xx.2012-ci il təvəllüdlü X8 və birgə nikahdan dünyaya gələn övladları xx.xx.2013-cü il təvəllüdlü X9 ilə (uşaqların mənafei nəzərə alınmaqla, ananın iştirakı olmadan) xx.xx.2024-cü il tarixdən etibarən ayda 4 dəfə olmaqla hər həftənin bazar günü (7-ci gün) səhər saat 11:00-dan axşam saat 19:00-dək İkinci tərəf: Maraqlı şəxs ilə ünsiyyətdə olmalarına şərait yaradacağına dair öz üzərinə öhdəlik götürür.
5. Birinci tərəf: Ərizəçi Bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. Nikahın pozulması (ləğv edilməsi) ilə bağlı aiddiyyəti məhkəməyə müraciıt edəcəyinə dair öhdəlik götürür.
1. İkinci tərəf: Maraqlı şəxs Bu Sazişi imzaladıqdan sonra Birinci tərəf həyat yoldaşı Ərizəçi ilə Bakı şəhər Nərimanov rayon Qeydiyyat şöbəsində xx.xx.2012-ci il tarixdə № 965 qeydi ilə bağlanan nikahın (barışıq üçün əlavə vaxt verilmədən) pozulmasına (ləğv edilməsinə) razıdır.
2. İkinci tərəf: Maraqlı şəxs Birinci tərəf: Ərizəçi ilə faktiki nikahdan dünyaya gələn övladları xx.xx.2012-ci il təvəllüdlü X4 və birgə nikahdan dünyaya gələn övladları xx.xx.2013-cü il təvəllüdlü X3 Birinci tərəf: Ərizəçi (ananın) yanında (himayəsində) qalmalarına razıdır.
3. İkinci tərəf: Maraqlı şəxs Birinci tərəf: Ərizəçi ilə faktiki nikahdan dünyaya gələn övladları xx.xx.2012-ci il təvəllüdlü X4 və birgə nikahdan dünyaya gələn övladları xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Birinci tərəf: Ərizəçi xx.xx.2024-cü il tarixdən etibarən hər ayın 20-dən 30-dək hər ay hər uşaq üçün 200 AZN olmaqla ümumilikdə 400 AN pul məbləğində aliment ödəyəcəyinə dair öhdəlik götürür. Bu aliment məbləğini birinci tərəfin ona təqdim edəcəyi bank hesabına (kartına) ödəyəcəyinə dair öhdəlik götürür.
4. İkinci tərəf: Maraqlı şəxs Birinci tərəf: Ərizəçi ilə faktiki nikahdan dünyaya gələn övladları xx.xx.2012-ci il təvəllüdlü X8 və birgə nikahdan dünyaya gələn övladları xx.xx.2013-cü il təvəllüdlü X9 ilə (uşaqların mənafei nəzərə alınmaqla, ananın iştirakı olmadan) xx.xx.2024-cü il tarixdən etibarən ayda 4 dəfə olmaqla hər həftənin bazar günü (7-ci gün) səhər saat 11:00-dan axşam saat 19:00-dək ünsiyyətdə olmalarına Birinci tərəf: Ərizəçi ona şərait yaradacağına dair öz üzərinə götürdüyü öhdəliklə razıdır.
5. İkinci tərəf: Maraqlı şəxs Bu mübahiəsnin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. Nikahın pozulması (ləğv edilməsi) ilə bağlı Birinci tərəfin aidiyyəti məhkəməyə müraciət edəcəyi ilə razıdır və buna etiraz etmir. AZ-İİ seriyalı 992932 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X4 atası Maraqlı şəxs, anası Ərizəçidır. AZ-İİİ seriyalı 238500 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X3 atası Maraqlı şəxs, anası Ərizəçidır. AZ-İ seriyalı 529401 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında olan nikah xx.xx.2025-ci il tarixdə ləğv edilmiş, nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2025-ci il tarixdə 199 nömrə ilə qeyd edilmişdir. xx.xx.2025-ci-cü il tarixli mədaxil qəbzindən görünür ki, hazırki ərizənin məhkəməyə verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.17-ci maddəsinə əsasən məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə işdə iştirak edən şəxslər tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli barışıq sazişini təhlil edərək və Mülki Prosessual Məcəllənin 355-26.1-ci göstərilən barışıq sazişinin təsdiq edilməsindən imtina olunması üçün əsasların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, maraqlı şəxs barışıq sazişi üzrə öhdəlikləri qanunla müəyyən edilmiş müddətdə könüllü olaraq icra etmədiyinə görə, barışıq sazişi məcburi icrasının təmin edilməsi məqsədilə barışıq sazişinin 2-ci və 3-cü bəndləri məhkəmə tərəfindən təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, hazırki ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qətetdi:
Ərizə təmin edilsin. xx.xx.2024-cü il tarixdə, Bakı 8 saylı Mediasiya təşkilatı vasitəsi ilə Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış MŞB/8/2024-02525 saylı barışıq sazişinin 2-ci və 3-cü bəndləri məcburi icra üçün təsdiq edilsin. Ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Sədrlik edən: Rəşad Qoşqarlı