Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4191/2024 21.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə məhkəmənin açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə, daha sonra ərizəyə dəqiqləşdirmə ilə məhkəməyə müraciət edərək, xx.xx.1956-cı ildə Ağdam şəhərində doğulmuş, Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, İzlivnoy küçəsi, 312 saylı evdə müvəqqəti qeydiyyatda olan X2nun xx.xx.2024cü il tarixdə ev şəraitində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X2 14 may 2024-cü il tarixində ev şəraitində vəfat etmişdir. Atasının dəfn mərasimi ilə bağlı tədbirlərlə məşğul olduğu üçün bu günə kimi ölüm haqqında şəhadətnamə ala bilməmişdir. X2 14 may 2024-cü il tarixində Qaradağan rayonu, Müşfiqabad qəbirstanlığında dəfn olunmuşdur. Bundan başqa Müşfiqabad bələdiyyəsindən verilən arayışa əsasən həmin ünvanda yerləşən qəbirstanlıqda dəfn olunması barədə arayış təqdim edilmişdir. Atasının ölməsi barədə tibbi arayış olmadığından bu günə kimi atasının ölməsi barədə ölüm haqqında şəhadətnamə almaq mümkün olmamışdır. Əlavə olaraq qeyd edir ki, vərəsəliklə bağlı gələcəkdə ölüm haqqında şəhadətnaməsi olması məcburiyyəti yarandığından məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ölüm haqqında şəhadətnamə alınması üçün atasının qeydiyyatda olduğu Maraqlı şəxsnə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəsini müdafiə edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdir. İş üzrə maraqlı şəxs qanunla müəyyən edilmiş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X12 ifadəsində göstərdi ki, ərizəçi onun qardaşıdır. X2 14 may 2024-cü il tarixdə Bakıda evdə vəfat etmişdir. Məhkəmədə şahid X6 ifadəsində göstərdi ki, ərizəçi onun oğludur. X4 Bakıda evdə vəfat etmişdir, onu Müşfiqabad qəsəbəsində dəfn etmişdirlər. Məhkəmə ərizəçinin izahatını və şahidləri dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verib belə hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: X-ЖГ seriyalı 366057 nömrəli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, 13.09.184-cü il təvəllüdlü Ərizəçi X2, anası isə X3r. Azərbaycan Respublikası “TƏBİB” PHŞ “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ 13 nömrəli Şəhər Poliklinikasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Binəqədi rayonu 28 May qəsəbəsi İzlivnoy küçəsi ev 312-də yaşayan xx.xx.1956-cı il təvəllüdlü mərhum X7 13 nömrəli Şəhər Poliklinikası tərəfindən “Ölüm haqqın Tibbi Şəhadətnamə” verilməsinə imtina edilmişdir. Səbəb: mərhumun ölümə səbəb olacaq xəstəliklə poliklinikaya müraciət etməməsi, həmçinin ölümə səbəb olacaq xəstəlik barədə tibbi sənəd təqdim edilməmişdir. Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ölüm haqqında şəhadətnamə almaq barədə müraciətinə baxılmış, X2nun adına ölüm haqqında tibbi şəhadətnamə olmadığından, ərizəsi təmin edilməmişdir. AZE seriyalı 07618246 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 xx.xx.1956-cı il tarixdə, Ağdam şəhərində anadan olmuşdur. İİ- ЖГ seriyalı 467716 nömrəli “Nikahın bağlanması haqqında şəhadətnamə”nin surətindən görünür ki, X11 ilə X10 arasında olan nikah xx.xx.1982-ci il tarixdə bağlanmış və 5 nömrə ilə qeyd olunmaqla, sonuncuya “İbrahimova” soyadı verilmişdir. Qaradağ rayonu Müşfiqabad Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görüür ki, X11 xx.xx.2024-cü il tarixində rəhmətə getmiş və Müşfiqabad qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. Təcili və X9 Stansiyasının “ölüm haqqında xx.xx.2024-cü il tarixli xəbərdarlıq vərəqəsi”ndən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 06:47-də Binəqədi rayonu, 28 May qəsəbəsində yaşayan X5 adına çağırış daxil olmuşdur. Briqada verilən ünvana çatdıqda X5 meyidini aşkar etmişdir. Qəbirdaşının fotoşəklindən müəyyən olunur ki, X1 qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. AA seriyalı 156826 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Ərizəçi məcburi köçkündür. Məhkəmə araşdırması zamanı ərizəçinin, şahidlərin izahatı və işin materialları ilə həqiqətən xx.xx.1956-cı il təvəllüdlü X5 xx.xx.2024-cü il tarixdə vəfat etməsi faktı sübut olunur. Lakin Bakı şəhəri Maraqlı şəxs məktubla ölüm haqqında qeydiyyat aparmaqdan imtina etdiyindən ölüm faktını təsdiq edən lazımi sənədləri başqa qaydada almaq mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. 307.2.8-ci maddəsinə əsasən, icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. 309.1-ci maddəsinə görə hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.3 və 9.4-cü bəndlərində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Şərh edilənləri məhkəmə hesab edir ki, xx.xx.1956-cı ildə Ağdam şəhərində doğulmuş, Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, İzlivnoy küçəsi, 312 saylı evdə müvəqqəti qeydiyyatda olan X5 xx.xx.2024-cü il tarixdə ev şəraitində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.1.20-ci maddələrinə əsasən məcburi köçkünlər dövlət rüsumu ödəməkdən azad olunurlar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.1956-cı ildə Ağdam şəhərində doğulmuş, Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, İzlivnoy küçəsi, 312 saylı evdə müvəqqəti qeydiyyatda olan X5 xx.xx.2024cü il tarixdə ev şəraitində ölməsi faktı müəyyən edilsin. Qətnamə ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-4191/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4191/2024
21.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver