Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4217/2024 08.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Bayramov Tural Ural oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, xx.xx.1947-ci il təvəllüdlü mərhum anası X3 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Həmin vaxt çağırılmış Təcili və X6 Stansiyası tərəfindən ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Xəbərdarlıqda qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 13:20 radələrində 76 yaşlı X2 məxsus qadın cinsli meyid ünvan 1 ünvanında aşkarlanmışdır. O, ərazi üzrə 35 saylı şəhər Poliklinikasına tibbi şəhadətnamənin alınması üçün müraciət etsə də, ölüm haqqında tibbi şəhadətnaməni almaq mümkün olmamışdır. Səbəb kimi anasının poliklinikada qeydiyyatda olmaması göstərilmiş və bu səbəbdən də, ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Anası, yəni X1 ölməsini təsdiq edən sənəd hər bir halda hansısa orqan tərəfindən tələb olunacaqdır. Bu səbəbdən ölüm faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Eyni zamanda o, anasının ölümünün qeydə alınması məqsədi ilə ərazi qeydiyyat şöbəsinə rəsmi ərizə ilə müraciət etmişdir. Lakin ona qeydiyyat şöbəsindən bildirimişdir ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Ölüm haqqında şəhadətnamənin başqa qaydada alınması qeyri-mümkün olduğundan, o, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ərizəçi yuxarıda göstərilənləri nəzərə alaraq, xx.xx.1947-ci il təvəllüdlü mərhum X1 xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etməklə yanaşı, ərizədə göstərilən xüsusatları təsdiq etmiş və ölüm faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatına və iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZE seriyalı 03894306 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1947-ci il tarixdə Qazax rayonunun Yenikənd kəndində doğulmuşdur. İş materiallarında olan “Bakı şəhər Baş Səhiyyə Mərkəzi” X10 35 nömrəli Şəhər Poliklinikası tərəfindən Ərizəçi ünvanlanmış 31 may 2024-cü il tarixli, 3 saylı məktubdan görünür ki, 35 nömrəli Şəhər Poliklinikasında heç bir müraciət qeydə alınmadığına görə mərhum X3 barəsində ölüm haqqında şəhadətnamənin təqdim olunması mümkün deyildir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 30 may 2024-cü il tarixli 3-16-5/7-13-907/24 saylı məktubdan görünür ki, Ərizəçi xx.xx.2024cü il tarixdə vəfat etmiş anası X3 üçün ölüm haqqında şəhadətnamənin alınması barədə müraciətinə baxılmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibbi müəssisənin müvafiq sənədi ilə təsdiq edilməli olduğundan, anasının adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamənin olmaması səbəbindən ərizə təmin edilməmişdir. İş materiallarında olan Təcili və X6 Stansiyası tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 07 may 2024-cü il tarixdə X3 üçün çağırış edilmiş, həmin gün saat 13:20-də həkimə qədər ölüm, qadın cinsli meyit aşkar olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ərizəçinin yaxın qohumu olmaqla yanaşı, xx.xx.1947-ci il təvəllüdlü X1 07 may 2024-cü il tarixdə vəfat etməsi faktını təsdiq etmiş və Ağstafa rayonunda dəfn edildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ərizəçinin yaxın qohumu olmaqla yanaşı, xx.xx.1947-ci il təvəllüdlü X1 07 may 2024-cü il tarixdə vəfat etməsi faktını təsdiq etmiş və Ağstafa rayonunda dəfn edildiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyin normalarını rəhbər tutaraq hesab edir ki, xx.xx.1947-ci il təvəllüdlü X1 07 may 2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış və ərizəçi düzgün olaraq məhkəməyə müraciət etdiyindən, ərizə təmin edilməli, xx.xx.1947-ci il təvəllüdlü X1 ölüm faktı müəyyən olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1947-ci il təvəllüdlü X1 07 may 2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X1 adına ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №2(001)-4217/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4217/2024
08.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver