Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4256/2022 20.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X6 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, X2 14 may 2022-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək qardaşı X2 14 may 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, qardaşı X5 eplepsiya xəstəliyindən əziyyət çəkmiş, ani qıcolmalar yaşamışdır. 14 may 2022-ci il tarixdə yaşadıqları evdə heç kim olmayan zaman qardaşının bədənində qıcolma baş vermiş, yıxılaraq vəfat etmişdir. X9 gələndə artıq qardaşı vəfat etmişdir. Bu barədə onlara xəbərdarlıq vərəqəsi verilmişdir. Mərhum qardaşı səhəri gün Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yerləşən Şəhriyar adına qəbirstanlıqda dəfn olunmuşdur. O, ölüm haqqında şəhadətnamənin alınması üçün müvafiq qeydiyyat şöbəsinə müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina olunmuşdur. Buna görə də o, hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Sonda Ərizəçi məhkəmədən göstərilənləri nəzərə alıb ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclaslarının vaxtı və yeri barədə müvafiq bildiriş göndərilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, habelə onlar tərəfindən ərizəyə yazılı münasibət bildirilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, mərhum onun qaynı olmuşdur. Qaynı eplepsiyadan əziyyət çəkmiş, bədənində ara-ara qıcolmalar baş vermişdir. Vəfat etdiyi gün evdə tək olmuş, qıcolma səbəbi ilə yerə yıxılmış və vəfat etmişdir. Vəfatından sonra Razin adlanan yerdə dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 digər şahidin ifadəsinə uyğun ifadə verdi. Mülki iş materiallarında olan: - doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, Ərizəçi X2 qardaşıdır. - ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 14 may 2022-ci il tarixdə, saat 16:11-də ünvan 1 ünvanında 58 yaşlı X2 meyiti aşkar edilmişdir. - 21 may 2022-ci il tarixli aktdan görünür ki, X5 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yerləşən Şəhriyar adına qəbirstanlıqda 15 may 2022-ci il tarixdə dəfn edilmişdir. - Bakı Baş Səhiyyə X8 Şəxs “9 nömrəli poliklinika” tərəfindən verilmiş məktubda göstərilmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olmuş 1964-cü il təvəllüdlü X5 1990-cı ildən poliklinikada qeydiyyatda olub. xx.xx.2006-cı il tarixdə “Eplepsiya” diaqnozu ilə ona ikinci qrup əlillik dərəcəsi təyin edilmişdir. Mərhumun poliklinikaya axırıncı dəfə müraciəti 15 sentyabr 2003-cü ildə “Neyro infeksiyanın qalıq əlamətləri. Eplepsiya tutmaları ilə” diaqnozu ilə olmuşdur. Ölüm haqqında tibbi şəhadətnamə ölümə səbəb olan xəstəlikdən olmadığı üçün poliklinika tərəfindən ona ölüm haqqında şəhadətnamə verilməmişdir. - Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”-nın 8.5-ci bəndlərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. X2 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında şəhadətnamə verilməsi mümkün deyildir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçinin izahatından, həmçinin mülki iş materiallarından məlum olur ki, X5 ölüm faktının müəyyən edən sənədin başqa qaydada alınması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.8-ci maddələrinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, Ərizəçi qardaşı X2 14 may 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktını təqdim etdiyi sənədlərlə sübuta yetirə bildiyinə görə ərizəçinin xahişi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi ərizəsi təmin edilsin. 30 yanvar 1964-cü il tarixdə doğulmuş X2 14 may 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsinə dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-4256/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4256/2022
20.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver