Məhkəmə qərarları › İş №2(001)-4260/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4260/2020

29.07.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4260/2020 29.07.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rüstəmli Məhəmməd Əli oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak və pul tələbi barədə iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq müəyyən etdim: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak və pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AR-İ 775776 saylı, xx xxxxx 2019-cu il tarixli etibarnamə əsasında sonuncu göstərilən çıxarış RX seriyalı ******* nömrəli, qeydiyyat nömrəsi **********14-**********1 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 79,2 kv.m olan xüsusi mülkiyyətdəki əmlak - qeyri yaşayış sahəsi Daşınmaz əmlak üzərindəki hüquqla daşınmaz əmlakın dövlət reyestrində 132 nömrəli reyestr kitabının 12357 nömrəli vərəqində qeydiyyata alınmış əmlakın sonrakı alqı-satqıları etibarsız hesab edilərək ləğv edilməsi, ona çıxarış verilməsi, əldən çıxmış faydanın məbləği olan 7.500 manat vəsait cavabdehlərdən müştərək qaydada tutularaq ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün verilmədiyindən geri qaytarılmalıdır. Belə ki, AzərbaycanRespublikasıMülkiProsessualMəcəlləsinin: 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. İddia ərizəsindən və əlavə edilmiş sənədlərdən görünür ki, mübahisə predmeti olan daşınmaz əmlak Bakı şəhərinin Xətai rayonu ərazisində (ünvan 1) yerləşir və iddiaçının tələbi həmin əmlakın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi və həmin ev üzərində iddiaçının mülkiyyət (sahiblik, istifadə və sərəncam) hüquqlarının tanınması ilə bağlıdır. Bu cür tələblərə isə daşınmaz əmlakın yerləşdiyi yer üzrə məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd edilənlərə əsasən hesab edirəm ki, iş ərazi aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya hazırki iddia tələbi ilə bağlı daşınmaz əmlakın yerləşdiyi ərazi üzrə rayon məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessaul Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak və pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, o, hazırki iddia tələbi ilə bağlı daşınmaz əmlakın olduğu ərazi üzrə rayon məhkəməsin müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar