Məhkəmə qərarları › İş №2(001)-4266/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4266/2022

25.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4266/2022 25.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, oğlu ünvan 1 ünvanında qeydiyyatda olmuş xx.xx.1974-cü il təvəllüdlü X1 xx.xx.2022-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum oğlu xx.xx.1974-cü il təvəllüdlü X2 xx.xx.2022-ci il tarixdə vəfat etmiş və həmin vaxt təcili tibbi yardım çağırılmışdır. Təcili və X5 Stansiyası tərəfindən ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir və xəbərdarlıq vərəqəsində həkiməqədər ölüm kişi cinsli meyit aşkar edilməsi göstərilmişdir. Mərhum X2 Bakı şəhəri Şərifzadə küçəsində yerləşən Dağüstü 1 qəbristanlığında dəfn edilib. Mərhumun həmin qəbristanlıqda xx.xx.2022-ci il tarixdə dəfn edilməsi barədə Yasamal Bələdiyyəsi tərəfindən 12 may 2022-ci il tarixdə arayış verilmişdir. Onun tərəfindən ölüm haqqında şəhadətnamə verilməsi ilə bağlı Maraqlı şəxsnə müraciət edilmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olmaması barədə cavab verilmişdir və ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. O, hüquqlarını bilmədiyindən oğlu vəfat edərkən vaxtında poliklinikaya müraciət etməmiş və bu səbəbdən də həkimin tibbi şəhadətnaməsinin alınması mümkün olmamışdır. Həmçinin Bakı Baş Səhiyyə Mərkəzi 10 nömrəli Şəhər Poliklinikasına həkimin ölüm haqqında tibbi şəhadətnaməsinin verilməsi ilə bağlı müraciət etmiş və ona xx.xx.1974-cü il təvəllüdlü X1 son müraciətinin xx.xx.2015-ci il tarixdə olması, sonrakı müddətdə poliklinikaya xəstəliklə əlaqədar müraciət etməməsi, ona görə də ölümün səbəbi məlum olmaması səbəbindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsinin imkan xaricində olması barədə 10 may 2022-ci il tarixdə cavab verilmişdir. Mərhum xx.xx.1974-cü il təvəllüdlü X2 həqiqətən xx.xx.2022-ci il tarixdə vəfat etməsini və dəfn edilməsini məhkəmədə şahidlər təsdiq edə bilər. Mərhum oğlunun ölüm faktını təsdiq edəcək sənədi başqa qaydada almaq imkanı yoxdur və ona görə də bu fakt məhkəmə qaydasında təsdiq edilməlidir. Ölüm faktının təsdiq edilməsi onun hüquqlarının həyata keçirilməsi üçün vacibdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin Maraqlı şəxs məhkəməyə ərizə göndərərək ərizənin təmin edilməsinə etiraz etmədiklərini, işin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını qeyd etmişlər. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin məhkəməyə gəlməsini məcburi hesab etməmiş və işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatına, şahidlərin ifadələrinə, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə vermiş X3 ifadəsində bildirmişdir ki, o, Ərizəçi gəlnidir. X2 xx.xx.2022-ci ildə ünvan 1 ünvanında qəflətən ölmüşdür. O, təzyiq xəstəliyindən əziyyət çəkirdi və çox içki içirdi, həmin gün də içki içmişdi. Mərhumu Bakı şəhəri Şərifzadə küçəsində yerləşən Dağüstü 1 qəbristanlığında dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X4 ifadəsində bildirmişdir ki, o, Ərizəçi qapı qonşusudur. xx.xx.2022-ci il tarixdə ərizəçinin oğlunun vəziyyəti pisləşmiş və ərizəçi onların qapısını döyərək, təcili tibbi yardım çağırmaqlarını xahiş etmişdir. Onlar təcili tibbi yardımı çağırmışlar, lakin təcili tibbi yardım gələnədək, X2 ölmüşdür. Mərhumu Bakı şəhəri Şərifzadə küçəsində yerləşən Dağüstü 1 qəbristanlığında dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X8 ifadəsində bildirmişdir ki, o, mərhum X2 ilə dost olmuşdur. X2 xx.xx.2022-ci ildə ünvan 1 ünvanında qəflətən ölmüş və onu Bakı şəhəri Şərifzadə küçəsində yerləşən Dağüstü 1 qəbristanlığında dəfn etmişlər. O,dəfn mərasimində iştirak etmişdir. İş materiallarında olan AZE seriyalı 09992973 №-li Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X2 xx.xx.1974-cü ildə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan Bakı şəhəri Təcili və X5 Stansiyasının 08 may 2022-ci il tarixli Ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, həmin günü saat 12:03-də ünvan 1 ünvana X2 adına çağırış olmuş və çağırış yerinə gələndə, çağırış ünvanında kişi cinsli meyit aşkar olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Yasamal rayonu Bələdiyyəsi tərəfindən verilmiş 12 may 2022-ci il tarixli arayışdan görünür ki, X2 Şərifzadə küçəsində yerləşən Dağüstü 1 qəbiristanlığında 08 may 2022-ci il tarixdə Ərizəçi tərəfindən dəfn olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələri üzrə İdarəetmə Birliyi” Publik Hüquqi şəxs 10 №-li Şəhər Poliklinikasının 10 may 2022-ci il tarixli 107 №-li məktubundan görünür ki, ünvan 4 ünvanda qeydiyyatda olmuş və yaşamış xx.xx.2022-ci il tarixdə həmin ünvanda vəfat etmiş xx.xx.1974-cü il təvəllüdlü X1 Binəqədi rayonu 10 №-li Şəhər Poliklinikasına son müraciəti xx.xx.2015-ci ildə olmuşdur. Diaqnoz “praktiki sağlamdır”. Sonrakı müddətdə poliklinikaya heç bir xəstəliklə əlaqədar müraciət etməmiş, ölümün səbəbi məlum deyil. Bu səbəbdən ölüm haqqında tibbi şəhadətnamənin poliklinika tərəfindən verilməsi mümkün deyildir. İş materiallarında olan Maraqlı şəxsndən verilmiş 12 may 2022-ci il tarixli məktubdan görünür ki, Ərizəçi ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün X1 ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə hesab edir ki, 12 may 1974-cü il təvəllüdlü X1 08 may 2022-ci il tarixdə, Bakı şəhərində vəfat etməsi faktı təqdim olunmuş sübutlarla tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd, ərizəçiyə sənədləşmə işləri üçün tələb olunur və qeyd olunanlara əsasən ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. 12 may 1974-cü il təvəllüdlü X1 08 may 2022-ci ildə Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Qətnamə 12 may 1974-cü il təvəllüdlü X1 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar