Məhkəmə qərarları › İş №2(001)-4312/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4312/2022

17.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4312/2022 17.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, Ərizəçi Azərbaycan Respublikasının Müdafiə Nazirliyini maraqlı şəxs qismində cəlb etdiyi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi”nə dair ərizəsini və əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək hərbi-həkim komissiyası tərəfindən döyüşdə yaralanması barədə 27 aprel 1994-cü il tarixdə verilmiş arayışın; 16 mart 1992-ci ildən N saylı hərbi hissədə qulluq etməsi və iş yerində vəzifəsi və əmək haqqının saxlanması barədə N saylı hərbi hissə komandiri tərəfindən verilmiş 12 iyun 1992-ci il tarixli arayışın; 16 mart 1992-ci ildən 10 iyul 1992-ci ilədək Azərbaycan silahlı qüvvələri sıralarında qulluq etməsi, Nazirlər Kabinetinin 131 saylı qərarında göstərilmiş bütün imtiyazlarına şamil edilməsi barədə N saylı hərbi hissə komandiri tərəfindən verilmiş arayışın; aldığı baş-beyin silkələnməsi ilə əlaqədar hərbi hospitala göndərilməsi barədə N saylı hərbi hissə tərəfindən verilmiş N iyun 1992-ci il tarixli ezamiyyət vəsiqəsinin ona, yəni xx xxxx 1961-ci il tarixdə doğulmuş Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın təsdiq edilməsini xahiş etmişdir. Ərizəni ona əlavə edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, ərizənin icraata qəbul olunmasından imtina olunmalıdır. Belə ki, iş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)-3423/2020 nömrəli qətnaməsindən görünür ki, Ərizəçi ərizəsi təmin edilərək Azərbaycan SSR Bakı şəhəri Nərimanov rayonu Hərbi Komissarlığı tərəfindən xx.xx.1979cu il tarixdə verilmiş, H3 ******* nömrəli hərbi biletin xx.xx.1961-ci il təvəllüdlü Ərizəçi məxsus olması; xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi hospitalında müaliə alması və hərbi hospital tərəfindən xx.xx.1992-ci il tarixdə 45 saylı xəstəlik barədə şəhadətnamənin xx.xx.1961-ci il təvəllüdlü Ərizəçi məxsus olması faktı müəyyən edilmişdir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.6-cı bəndinə əsasən Məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Ərizədən belə müəyyən olunur ki, ərizəçi veteran adı və stasusu almaq üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə Müraciət etmiş, sonuncu “Müharibə veteranı” vəsiqəsinin verilməsi üçün döyüşlərdə iştirakını təsdiq edən sənədləri (hərbi biletin birinci səhifəsi notarial qaydada təsdiq olunmuş, qalan səhifələrinin yalnız surətini, şəxsiyyət vəsiqəsinin surətini, yaralanma haqqında sənədi, əgər varsa hərbi xidməti haqqında arxiv arayışı və s. sənədləri) hansı hərbi hissələrdə, nə vaxt xidmət etməsini qeyd etməklə ətraflı ərizəni Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya göndərildiyi təqdirdə komissiyanın iclasında baxılaraq müvafiq qərar qəbul oluna biləcəyi əsası ilə müraciətdən imtina etmişdir. Göründüyü kimi ərizəçinin hərbi biletinin və xx.xx.1992-ci il tarixli 45 saylı xəstəlik barədə şəhadətnamənin ona məxsus olması faktına dair Məhkəmə qətnaməsi mövcud olduğu halda yenidən ərizədə göstərilən arayışların ona məxsus olması faktının müəyyən edilməsi ilə bağlı müraciət etməsi analşılan deyil. Belə ki, ərizəçi veteran adının və stasunun verilməsi ilə bağlı zəruri sənədləri Azərbaycan Respublikası Müdafiə Nazirliyinə təqdim etməli, onun müraciətindən imtina olunduğu halda isə inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətlərindən (hərəkətsizliyi) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində müəyyən edilmiş aidiyyəti iddia ilə inzibati məhkəmyə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 153.2 və 153.2.1-ci maddəsinə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. - 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmçinin, ərizəyə əlavə edilmiş “dövlət rüsumunun ödənilməsi barədə” qəbzdən görünür ki, hazırki ərizənin verilməsi ilə bağlı Ərizəçi tərəfindən 30 may 2022-ci il tarixdə “Expresspay” ödəniş sistemi vasitəsi ilə “Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi” təyinatı üzrə 100 manat məbləğində dövlət rüsumu ödənilmiş, qəbzin nömrəsi 910854247-dir. Lakin, həmin qəbz “Elektron məhkəmə” sistemində yoxlanılarkən müəyyən edilmişdir ki, ödəniş məhkəmədə 2(001)-4101/2022 sıra nömrəsi ilə qeydiyata alınmış mülki iş üzrə istifadə edilmişdir. Yəni, hazırki ərizə üzrə ərizəçi dövlət rüsumu ödəməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1, 152.1.5-ci, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməli, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübut əlavə edilməlidir, əks halda hakim ərizəni geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ М: Ərizəçi Azərbaycan Respublikasının Müdafiə Nazirliyini maraqlı şəxs qismində cəlb etdiyi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi”nə dair ərizəsinin icraata qəbulundan imtina edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar