Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4327/2023 20.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi mərhum qardaşı X3 ölüm faktının müəyyən edilməsi barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında məhkəməyə bildirdi ki, qardaşı – xx.xx.1978-ci il təvəllüdlü X8 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində yerləşən bağlarında ölmüş, qardaşı öləndə tərəflərindən təcili tibbi yardım çağırılmış, qardaşı Mehdiabad qəbirstanlığında dəfn olunmuşdur. Hal-hazırda ölüm haqqında şəhadətnamənin alınması qardaşının uşaqlarının təhsil müəssisələrinin ödənişlərində güzəşt almaları üçün zəruridir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.1978-ci il təvəllüdlü X8 və xx.xx.1979-cu il təvəllüdlü X1 ataları X7, anaları isə X4r. İş materiallarında olan olan Abşeron rayonu Mehdiabad Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 73 saylı arayışından görünür ki, X8 xx.xx.2023-cü il tarixdə Mehdiabad qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Təcili və X2 Stansiyasının Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə X3 adına Xəzər rayonu, Tükran qəsəbəsində yerləşən bağ evinə çağırış edilmiş və həmin ünvanda həkimə qədər ölüm, kişi cinsli meyid aşkar edilmişdir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Ərizəçi qardaşına aid ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olmaması izah edilmişdir. İş materiallarında olan məzar daşının fotoşəklindən görünür ki, X8 xx.xx.1978-ci il tarixdə doğulmuş və xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində məhkəməyə bildirdi ki, o, mərhum X3 həyat yoldaşıdır. Həyat yoldaşı ürək xəstəsi idi. xx.xx.2023-cü il tarixdə bağ evlərində vəfat etmiş, Mehdiabad qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində məhkəməyə bildirdi ki, X8 onun yaxın dostu idi. Elman xx.xx.2023-cü il tarixdə bağ evlərində vəfat etmiş, Mehdiabad qəbirstanlığında dəfn edilmişdir. Özü dəfn və yas mərasimində iştirak etmişdir. Mülki Prosessual Məcəllənin 307.2.8-ci maddəsinə görə, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 309.1-ci maddəsinə əsasən isə, hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, “ ... Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir”. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1978-ci il təvəllüdlü X3 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1978-ci il təvəllüdlü X3 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ev şaritində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-4327/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4327/2023
20.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver