Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4345/2023 04.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 28 dekabr 1942-ci il təvəllüdlü X4 18 sentyabr 2020-ci il tarixdə ölməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 28 dekabr 1942-ci il təvəllüdlü X5 18 sentyabr 2020-ci ildə vəfat etmiş və həmin vaxt tərəflərindən təcili tibbi yardım çağırılmamışdır. Bu səbəbdən də təcili tibbi yardımın xəbərdarlıq vərəqəsinin alınması mümkün olmamışdır. Mərhum X2 rayonu Qaraqurdlu kənd qəbirstanlığında dəfn edilmişdir. Bu barədə Xaçmaz rayonu Qaraqurdlu bələdiyyəsi tərəfindən xx.xx.2023-cü il tarixdə arayış verilmişdir. 27 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş cavabda tibbi sənədlər olmadığı üçün mərhuma ölüm haqqında tibbi şəhadətnamə verilməsinin mümkün olmaması göstərilmişdir. Tərəfindən ölüm haqqında şəhadətnamə verilməsi ilə bağlı Maraqlı şəxsnə müraciət edilmişdir, lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olmaması barədə xx.xx.2023-cü il tarixdə cavab verilmişdir və ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Maraqlı şəxs tərəfindən xx.xx.2023-cü il tarixli arayışda ölüm haqqında akt qeydinin aşkar edilmədiyi göstərilmişdir. O, hüquqlarını bilmədiyindən vaxtında poliklinikaya müraciət etməmiş və bu səbəbdən də həkimin tibbi şəhadətnaməsinin alınması mümkün olmamışdır. X1 həqiqətən xx.xx.2020-ci il tarixdə vəfat etməsini və dəfn edilməsini məhkəmədə şahidlər təsdiq edə bilər. X1 ölüm faktını təsdiq edəcək bu sənədi başqa qaydada almaq imkanı yoxdur və ona görə də bu fakt məhkəmə qaydasında təsdiq edilməlidir. Ölüm faktının təsdiq edilməsi onun hüquqlarının həyata keçirilməsi üçün vacibdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etmişdir. Eyni zamanda suallara cavab olaraq bildirmişdir ki, mərhum anası X5 18 sentyabr 2020-ci ildə Xaçmaz rayonunda vəfat etmişdir və hazırki faktın müəyyən edilməsi sənədləşdirmə işləri üçün lazımdır. Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin Maraqlı şəxs məhkəməyə ərizə göndərərək ərizənin təmin edilməsinə etiraz etmədiklərini, işin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını qeyd etmişlər. Məhkəmə, maraqlı şəxsin nümayəndəsinin məhkəməyə gəlməsini məcburi hesab etməmiş və işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatına, şahidlərin ifadələrinə, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə vermiş X11 ifadəsində bildirmişdir ki, X3 onun nənəsidir. Nənəsi xəstə idi və 18 sentyabr 2020-ci ildə Xaçmaz rayonunda olarkən ölmüş və onu Xaçmaz rayonu Qaraqurdlu kənd qəbirstanlığında dəfn etmişlər. O, dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X12 ifadəsində bildirmişdir ki, o, Ərizəçi ilə qonşu olmuşdur. X3 xəstə olmuş və ona Ərizəçi qulluq etmişdir. X3 18 sentyabr 2020-ci ildə Xaçmaz rayonunda olarkən ölmüş və o, Xaçmaz rayonu Qaraqurdlu kənd qəbristanlığında dəfn edilmişdir. O, yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X9 ifadəsində bildirmişdir ki, X3 onun nənəsidir. Nənəsi X3 18 sentyabr 2020-ci il tarixdə Xaçmaz rayonunda olarkən rəhmətə getmişdir. Onu Xaçmaz rayonu Qaraqurdlu kənd qəbristanlığında dəfn etmişlər. O, dəfn və yas mərasimlərində iştirak etmişdir. İş materiallarında olan AZE seriyalı 13299590 №-li Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1942-ci ildə Quba rayonunda anadan olmuşdur və yaşayış yeri ünvan 1 ünvanıdır. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri üzrə İdarəetmə Birliyi” Bakı Baş Səhiyyə Mərkəzi 27 №-li Şəhər Poliklinikasının 12 may 2023cü il tarixli Arayışından görünür ki, X6 ünvan 2 ünvanında yaşayan anası X5 xx.xx.2020-ci il tarixində vəfat etmişdir. Lakin ölümü təsdiq edən sənəd olmadığı üçün 27 saylı şəhər poliklinikası mərhuma “Ölüm haqqında” tibbi şəhadətnamə verə bilməmişdir. İş materiallarında olan Xaçmaz rayonu Qaraqurdlu bələdiyyəsi tərəfindən verilmiş 15 may 2023-cü il tarixli 25 №-li Arayışdan görünür ki, X5 xx.xx.2020-ci il tarixdə vəfat etmiş və Xaçmaz rayonu Qaraqurdlu kənd qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş 17 may 2023cü il tarixli 3-16—5/8-69-388/2023 №-li Arayışdan görünür ki, X5 barəsində Bakı şəhəri Maraqlı şəxsndə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş 17 may 2023cü il tarixli məktubdan görünür ki, ölüm haqqında tibbi şəhadətnaməsi olmadığı üçün X4 ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə hesab edir ki, 28 dekabr 1942-ci il təvəllüdlü X4 18 sentyabr 2020-ci il tarixdə, Xaçmaz rayonunda vəfat etməsi faktı təqdim olunmuş sübutlarla tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd, ərizəçiyə sənədləşmə işləri üçün tələb olunur və qeyd olunanlara əsasən ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 28 dekabr 1942-ci il təvəllüdlü X4 18 sentyabr 2020-ci ildə Xaçmaz rayonunda ev şəraitində ölməsi faktı müəyyən edilsin. Qətnamə 28 dekabr 1942-ci il təvəllüdlü X4 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-4345/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4345/2023
04.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver