Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4377/2022 21.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs qeyd edərək, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin anası 01 iyul 1935-ci il təvəllüdlü X4 08 aprel 2022-ci il tarixdə saat 11:00 radələrində yaşadıqları ünvanda vəfat etmişdir. Ərizəçinin mərhum anası uzun müddət idi ki, yataq xəstəsi idi, mütəmadi olaraq təcili yardım xidməti onun yanına gəlib. Ərizəçinin anası vəfat edərkən ərizəçi, onun ailə üzvləri, o cümlədən qonşular onun yanında olublar. Ərizəçi anası vəfat edəndən sonra təcili yardım briqadasının çağırılmalı olmasını bilməmişdir. O, mərhum anasını dəfn etmək üçün qonşuların iştirakı ilə Gəncə şəhərinə aparmış və anası dünyasını dəyişmiş yaxın qohumlarının (atası və qardaşlarının) yanında dəfn edilmişdir. Bundan sonra ərizəçi anasının ölümünə dair “Ölüm haqqında tibbi şəhadətnamə” almaq üçün ərazi aidiyyəti üzrə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X12 Ərazi Bölmələrini İdarəetmə Birliyi Bakı Baş Səhiyyə Mərkəzinin 27 №-li şəhər poliklinikasına müraciət etmişdir. Lakin ona anası Cəmilə Mehdiyevanın ölümü haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Bakı Baş Səhiyyə Mərkəzinin 27 №-li şəhər poliklinikasının rəhbərliyi imtinanın səbəbini ərizəçinin anasının vəfatından sonra hadisə yerinə təcili yardım briqadasının çağırmamaqları və polisə bu barədə məlumat verməməkləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda o, məhkəməyə bildirdi ki, ölüm faktının müəyyən edilməsi ona anasına aid ölüm haqqında şəhadətnamənin alınması və sonrakı sənədləşmə işlərinin aparılması üçün lazımdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında 5 saylı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli cavab məktubunda aşağıdakılar göstərilmişdir: “ ... 5 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi ananız X2 ölümünün qeydə alınması ilə bağlı xx.xx.2022-ci il tarixli ərizənizə cavab olaraq bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsd q edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölüm haqqında həkim şəhadətnaməsini təqdim etmədiyinizə görə ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyiniz məsləhət görülür”. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X12 Ərazi Bölmələrinin İdarəetmə Birliyinin Bakı Baş Səhiyyə Mərkəzinin “27 nömrəli şəhər poliklinikası”nın cavab məktubunda aşağıdakılar göstərilmişdir: “ ... ünvan 2 ünvanında yaşayan xx.xx.1935-ci il təvəllüdlü X4 xx.xx.2022-c il tarixində göstərilən ünvanda vəfat etmişdir. Lakin mərhumun ailə üzvləri Təcili yardım briqadası çağırmayıb və polis idarəsinə məlumat verməyiblər. Mərhumun qızı Ərizəçi poliklinikaya Ölüm haqqında şəhadətnamə almaq üçün mürciət etmişdir. Lakin ölümü təsdiq edən hər hansı bir sənəd olmadığı üçün poliklinika Ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir”. İş materiallarında olan mərhum X3 qonşuları X10 və X1 imzaları ilə təsdiq olunmuş ərizələrdən görünür ki, xx.xx.1935-ci il təvəllüdlü X4 xx.xx.2022-ci il tarixdə yaşadığı mənzildə və dəfn edilməsi üçün Gəncə şəhərinə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində məhkəməyə bildirdi ki, mərhum Cəmilə Mehdiya onun nənəsi idi. Nənəsi ərizəçi ilə birlikdə Bakı şəhərində yaşayırdı və xx.xx.2022-ci il tarixdə elə yaşadığı evdə vəfat etmişdir. Nənəsi yaşlı və xəstə idi, tez-tez evlərinə təcili yardım gəlirdi. Nənəsi öləndən sonra da təcili yardımın çağırılmalı olmasını bildmirdilər. Nənəsi Gəncə şəhərində dəfn edilib. Dəfn və yas mərasimlərində şəxsən iştirak edib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində məhkəməyə bildirdi ki, mərhum Cəmilə Mehdiya onun nənəsi idi. Nənəsi ərizəçi ilə birlikdə yaşayırdı və xx.xx.2022-ci il tarixdə elə yaşadığı evdə vəfat etmişdir. Nənəsi yaşlı və xəstə idi. Xəstəliyinə görə tez-tez təcili yardım çağırmağa zərurət yaranırdı. Nənəsi öləndən sonra da təcili yardımın çağırılmalı olmasını bildmirdilər. Nənəsi Gəncə şəhərində dəfn edilib. Dəfn və yas mərasimlərində şəxsən iştirak edib. Mülki Prosessual Məcəllənin 307.2.8-ci maddəsinə görə, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 309.1-ci maddəsinə əsasən isə, hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, “ ... Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir”. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1935-ci il tarixdə Gəncə şəhərində doğulmuş X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1935-ci il tarixdə Gəncə şəhərində doğulmuş X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-4377/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4377/2022
21.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver