Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4395/2023 10.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimova Aynurə Şirzad qızının katibliyi ilə Ərizəçi əri xx.xx.1947-ci il təvəllüdlü X8 Abasoviçin xx.xx.2021-ci il tarixdə X4 Respublikasında ölməsi faktının müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Ərizəçi əri xx.xx.1947-ci il təvəllüdlü X8 Abasoviçin xx.xx.2021-ci il tarixdə X4 Respublikasında ölməsi faktının müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılır ki, Ərizəçi xx.xx.2016-cı il tarixdən X8 Abasoviç ilə nikaha daxil olmuşdur. X8 Abasoviç xx.xx.2021-ci il tarixdə Krımda vəfat etmiş, Krımın Evpatoriya şəhərində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Bu barədə Evpatoriya şəhərinin vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyyatı departamenti tərəfindən xx.xx.2022-ci il tarixli arayış verilmişdir. Həmçinin Krım Respublikasının Ədliyyə Nazirliyinin VVADQ departamentinin Evpatoriya şəhər VVADŞ tərəfindən ölüm haqqında şəhadətnamə tərtib edilmişdir. Həmin şəhadətnamə Azərbayan Resuplikası vətəndaşlıq vəziyyəti dövlət qediyyatı orqanları tərəfindən qəbul edilmir. Çünkü Azərbaycan Respublikası Krımı Ukrayna ərazisi kimi tanıyır. Qeyd etmək zəruridir ki, ölüm Azərbaycan Respublikasında baş vermədiyi üçün ölüm haqqında tibbi sənədlər mövcud deyildir. Eyni zamanda X8 Abasoviç Azərbaycan Respublikası vətəndaşı olmadığına görə heç bir poliklinkada qeydiyyata olmamışdır. Hazırda isə ölüm şəhadətnaməsi Azərbaycan Respublikasının vətəndaşlıq vəziyyəti orqanları tərəfindən qəbul edilmədiyinə görə Ərizəçi nikahda olan şəxs hesab olunur. Ərizəçi mülkiyyətində olan əmlakı özgəninkiləşdirmək istədikdə həyat yoldaşının razılığını tələb edilir. Ərizəçi nümayəndəsi X8 Abasoviçin ölümü haqqında şəhadətnaməni əldə etmək üçün Azərbaycan Respublikası Ədliyə Nazirliyi 1 saylı ASAN xidmət mərkəzində qeydiyyat şöbəsinə müraciət etmişdir. Azərbaycan Respublikasının Ədliyə Nazirliyi 1 saylı ASAN xidmət mərkəzində qeydiyyat şöbəsinin təqdim etdiyi xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd olunur ki, ölümün qeydə alınması qeydiyyat şöbəsində mümkün olmamış, ölüm faktının təsdiq edilməsi məhkəmə tərəfindən müəyyən olunur. Ona görə də Ərizəçi əri xx.xx.1947-ci il təvəllüdlü X8 Abasoviçin xx.xx.2021-ci il tarixdə X4 Respublikasında ölməsi faktının müəyyən olunmasına dair qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında Ərizəçi vəkili və nümayəndəsi Vəkil ərizəsini müdafiə edib, ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verib əlavə olaraq izahatında göstərmişdir ki, mərhum X5 xx.xx.2021-ci ildə Krımda vəfat etmiş, Krım Respublikasının Evpatoriya şəhərində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Həmin şəhərin vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı departmaneti tərəfindən də xx.xx.2022-ci il tarixli dəfn olunması barədə arayış və ölüm haqqında şəhadətnamə tərtib olunaraq Krım Respublikasından göndərilmişdir. Lakin Azərbaycan Respublikası Krım Respublikasını tanımadığı üçün Krımdan göndərilmiş sənədləri qəbul edilmir. Problem isə ondan ibarətdir ki, Ərizəçi 2016cı ildən X5 ilə nikahda olduğuna görə hazırda ailə vəziyyəti kimi evli görünür. Ərizəçi mülkiyyətində olan əmlakı özgəninkiləşdirmək istəyir və bunun üçün ona həyat yoldaşının razılığı tələb olunur. Hazırda Ərizəçi subay olmasına baxmayaraq şəxsiyyət vəsiqəsini dəyişdirə bilmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də ərizənin təmin edilməsini xahiş edir. Maraqlı şəxs 1 saylı Bakı ASAN xidmət mərkəzində qeydiyyat şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, maraqlı şəxs 1 saylı Bakı ASAN xidmət mərkəzində qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə maraqlı şəxs 1 saylı Bakı ASAN xidmət mərkəzində qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1.şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; 1 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli AZ-İİ № 165038 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 Abasoviç ilə Ərizəçi xx.xx.2016-cı il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2106 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Xəlilova soyadı verilmişdir. 128 saylı Moskva VVAQ orqanı Moskva şəhər Svernıy dairəvi əhəmiyyətli inzibati dairəsinin dövlət xidmətlərinin göstərilməsi üzrə çoxfunksiyalı mərkəzin ölüm haqqında A- 00808 saylı arayışından müəyyən olunur ki, xx.xx.1947-ci il təvəllüdlü Bakı şəhərində anadan olmuş Rusiya Federasiyası vətəndaşı X8 Abasoviç xx.xx.2021-ci il tarixdə Krımda ölmüşdür. Məhkəmə iclasında şahid X1 ifadəsində göstərmişdir ki, Ərizəçi onun qardaşı Kamilin həyat yoldaşıdır. Onların daimi yaşayış yeri Bakı şəhəri olmuş, Elmira Kamil ilə Krıma qardaşıgilə gəzməyə getmiş, pandemiya vaxtında Kamil Krımda ürək tutmasından dünyasını dəyişmiş və Krımda dəfn olunmuşdur. Məhkəmə iclasında şahid X2 ifadəsində göstərmişdir ki, o, X3 bir məhəllədə böyümüş, qonşu, həm də dost olmuşlar. Kamil həyat yoldaşı ilə Krıma getmiş, Krımda vəfat etmiş və orda da dəfn olunubdur. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 1 saylı Bakı ASAN xidmət mərkəzində qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 737/69 saylı məktubundan müəyyən olunur ki, vəfat etmiş X8 Abasoviçin ölümünün qeydiyyata alınması barədə xx.xx.2023-cü il tarixli müraciətinə baxılaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Vəfat edənin ölüm haqqında tibbi şəhadətnaməsi təqdim etmədiyinə görə ərizənin təmin edilməsinin imkan xaricində olması Ərizəçi nümayəndəsi Vəkil bildirilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla xx.xx.1947-ci il tarixdə Bakı şəhərində anadan olmuş X8 Abasoviçin xx.xx.2021-ci il tarixdə X4 Respublikasında ölməsi faktı müəyyən olunduğundan, ərizəçinin bu barədə sənədi başqa qaydada ala bilmədiyindən məhkəmə ərizəni əsaslı hesab edib təmin edir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. xx.xx.1947-ci ildə Bakı şəhərində anadan olmuş X8 Abasoviçin xx.xx.2021-ci il tarixdə X4 Respublikasında ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-4395/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4395/2023
10.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver