Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4411/2022 14.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə Ərizəçi xx.xx.1948-ci il təvəllüdlü X4 xx.xx.2016-cı il tarixdə ölməsi faktının müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Ərizəçi xx.xx.1937-ci il təvəllüdlü X4 xx.xx.2016-cı il tarixdə ölməsi faktının müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X9 ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, uzun sürən xəstəlikdən əziyyət çəkən atası xx.xx.1948-ci il təvəllüdlü X10 xx.xx.2016-cı il tarixdə yaşadıqları fərdi evdə vəfat etmişdir. Atasının vəfat etdiyi gün Təcili tibbi yardım xidmətinə məlumat verilmiş, Təcili və Təxirəsalınmaz tibbi yardım stansiyasının 5 saylı yardımçı Stansiyasının həkimləri atasının vəfat etməsini bildirmiş və bu barədə onlara ölüm haqqında xəbərdarlıq vərəqəsi təqdim etmişlər. xx.xx.2016-cı il tarixdə atası X10 doğulduğu Tovuz rayonu Alakol kəndinin kənd qəbiristanlığında dəfn edilmişdir. Dəfn mərasiminin Tovuz rayonunda olması, habelə həftə sonuna təsadüf etməsi səbəbindən 3 gün müddətində ölüm haqqında Binəqədi rayonu qeydiyyat şöbəsinə məlumat verilməmişdir. Daha sonra o, Tovuz rayonunda qeydiyyatda olduğundan, qardaşı isə işi ilə bağlı faktiki olaraq Bakı şəhərində yaşamadığından vaxtında məhkəməyə müraciət edə bilməmişlər. Hazırda atasının ölüm faktının müəyyən edilməsi miras əmlakın qəbul edilməsinin sənədləşdirilməsi, mərhumun qeydiyyatdan çıxarılması üçün tələb olunur. Ona görə də, atası xx.xx.1948-ci il təvəllüdlü X4 xx.xx.2016-cı il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1.şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Bakı şəhəri Binəqədi rayonu nikah evi tərəfindən verilmiş XVİİ-JQ № 419092 saylı xx.xx.1993-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.1974-cü il təvəllüdlü Ərizəçi atası X10, anası X1r. Bakı şəhəri Binəqədi rayonu nikah evi tərəfindən verilmiş Xİ-JQ № 321594 saylı xx.xx.1985-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.1974-cü il təvəllüdlü X5 atası X10, anası X1r. Təcili və Təxirəsalınmaz tibbi yardım stansiyasının 5 saylı yardımçı Stansiyasının xx.xx.2016-cı il tarixli 061423 saylı ölüm haqqında xəbərdarlıq vərəqəsindən müəyyən olunur ki, Binəqədi rayonu 9-cu mikrorayon M.Cəlal küçəsi 127 saylı evin 81 saylı mənzili üzrə X3 adına daxil olan çağırış üzrə həkimlər ünvana gələrək kişi meydi aşkar etmişlər. ünvan 1 İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi A.Əsgərovun 316 saylı xx.xx.2022ci il tarixli arayışından müəyyən olunur ki, X10 xx.xx.2016-cı ildə Tovuz rayonu Alakol kənd qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid X6 ifadəsində göstərmişdir ki, uzun müddət ürək xəstəsi olan qardaşı xx.xx.1948-ci il təvəllüdlü X10 xx.xx.2016-cı il tarixdə yaşadığı evdə ölmüş, Tovuz rayonu Alakol kənd qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid X7 ifadəsində göstərmişdir ki, uzun müddət ürək xəstəsi olan əmisi xx.xx.1948-ci il təvəllüdlü X10 xx.xx.2016-cı il tarixdə yaşadığı evdə ölmüş, Tovuz rayonu Alakol kənd qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid X8 ifadəsində göstərmişdir ki, uzun müddət ürək xəstəsi olan həyat yoldaşının qardaşı xx.xx.1948-ci il təvəllüdlü X10 xx.xx.2016-cı il tarixdə yaşadığı evdə ölmüş, Tovuz rayonu Alakol kənd qəbristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bakı şəhəri Maraqlı şəxs xx.xx.2022-ci il tarixli 05/9-1125/13 saylı məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. X4 adına ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı X2 bildirilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla xx.xx.1948-ci il təvəllüdlü X4 xx.xx.2016-cı il tarixdə ölməsi faktı müəyyən olunduğundan, ərizəçi bu barədə sənədi başqa qaydada ala bilmədiyindən məhkəmə ərizəni əsaslı hesab edib təmin edir. Məhkəmə məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. xx.xx.1948-ci il təvəllüdlü X4 xx.xx.2016-cı il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-4411/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4411/2022
14.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver