Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4467/2025 30.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, X12 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi (Maraqlı şəxs qismində cəlb edilməklə) “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, bacısı,xx.xx.1958-ci ildə anadan olmuş X3 xx.xx.1995-ci ildə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, bacısı, X5 xx.xx.1958-ci ildə ünvan 1 ünvanında anadan olmuş, xx.xx.1987-ci ildə qədər həmin ünvanda qeydiyyatda olmuşdu. 1987-ci ildə ünvan 2 ünvana yeni mənzilə ailəliklə köçmüşlər və yeni ünvana qeydiyyata alınmışlar. xx.xx.1995-ci ildə bacısı xəstəlikdən vəfat etmişdir. Binəqədi qəsəbəsi ərazisində yerləşən kən qəbirstanlığında dəfn edilmişdir. Hal-hazıradək bacısına ölüm haqqında şəhadətnamə almamışlar. Bildirirlər ki, bacısının adına tətib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün onlar vərəsəliklə bağlı sənədləşdimə işləini həyata keçirə bilmirlər. Buna görə də, məhkəmə qaydasında bacısının ölüm faktının müəyyən edilməsi zəruridir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəsini müdafiə edərək təmin olunmasını xahiş etmiş və izahatında bildirmişdir ki, bacısı X5 1958-ci ildə doğulmuş, xx.xx.1995-ci ildə isə vəfat etmişdir. Bacısı evli olmuş, lakin övladı olmamışdır. Bacısı bağırsağında olan xərçəng xəstəliyi səbəbindən ölmüşdür. Bacısı, ölməmişdən 1 həftə əvvəl yaşadıqları, atalarına məxsus Binəqədi rayonunda yerləşən evə gəlmişdir. Bir müddət yataq xəstəsi olmuş və burada ölmüşdür. Bacısı öləndən sonra hesab etmişlər ki, onun əri ölüm haqqında şəhadətnamə almış, lakin əri Gürcüstan Respublikasına çıxıb getmiş və halhazıradək bacısının ölümü ilə bağlı ölüm şəhadətnaməsi alınmamışdır. Hazırda atasından qalmış evin vərəsəlik qaydasında rəsmiləşdirilməsi üçün bacısının ölüm haqqında şəhadətnaməsi lazımdır. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində bildirmişdir ki, o, ərizəçinin bacısıdır. Onların Nigar adlı bacıları olumuş və xx.xx.1995-ci ilə ölmüşdür. X8 rayonunda yerləşən qəbirsanlıqda dəfn olunmuşdur. Bacısının onkoloji xəstəliyi olmuş və bu xəstəlikdən əziyyət çəkmişdir. Buna görə əməliyyat olunmuş və bundan sonra yaşadıqları evə gətirmişlər. Bir müddət sonra bacısının halı pisləşmişdir. Onlar təcili yardım çağırmışlar, lakin təcili yardım gələnə kimi bacısı artıq ölmüşdür. Lakin bacısının ölümü ilə bağlı şəhadətnamə almamışlar. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -AZ-İİİ eriyalı, 083063 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi, xx.xx.1956-cı ildə doğulmuş, atası X2, anası isə X6r. - “Bakı şəhər Baş Səhiyyə Mərkəzi” Publik hüquqi şəxsin 35 nömrəli şəhər poliklinikası tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 329 nömrəli məktubundan görünür ki, xx.xx.1995-ci ildə vəfat etmiş xx.xx.1958-ci il təvəllüdlü Bakı şəhəri, Binəqədi rayonu, 3cü mədən, korpus 104 ünvanında qeydiyyatda olan X1 rayonu 35 N-li şəhər poliklinikasına heç bir müraciəti olmadığına görə, ölüm səbəbi məlum olmadığı üçün “Ölüm haqqında tibbi şəhadətnamə” verməkləri mümkün deyil. -Maraqlı şəxs tərəfindən ərizəçiyə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubun mətnində göstərilir: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”-nın 8.5-ci bəndlərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Bacısının adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizəsini hazırda təmin edə bilmirlər. - Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, xx.xx.1958-ci ildə anadan olmuş X3 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. -Bakı şəhəri Təcili və təxirəsalınmaz Tibbi Yardım stansiyası tərəfindən verilmiş 27479 nömrəli, xx.xx.1998-ci il tarixli arayışından görünür ki, xx.xx.1995-ci il tarixdə saat 19:25-də Binəqədi rayonu, İİİ mədən, korpus 104 ünvana X5 adına çağırış olmuşdur. Çağırış yerinə gələn 16 saylı k/-nin həkimi Ə.Tağıyev “qadın cinsli meyid” aşkar etmişdir. -1 ədəd fotoşəkildən görünür ki, bu şəkildə üzərində qadın şəkli, “X5, xx.xx.1958 xx.xx.1995, qardaşlarından yadigardır” sözləri olan qəbir daşı əks olunmuşdur. İşin hallarından müəyyən olunur ki, ərizənin mahiyyəti hüquqi əhəmiyyəti olan faktın, yəni şəxsin müəyyən vaxtda vəfat etməsi faktının müəyyən edilməsindən ibarətdir. Belə ki, ərizəçi, mərhum bacısının ölümü ilə bağlı tibbi şəhadətnamənin əldə edilməsinin mümkünsüzlüyünə görə ölüm haqqında şəhadətnamə ala bilmir. Hansı ki, həmin şəhadətnamə ona atasından miras qalmış əmlakın vərəsəlik qaydasında sənədləşmə işləri üçün lazımdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: -307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; -307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; -308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; -309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; -311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla və işin halları ilə müəyyən edilir ki, ölüm faktı müəyyən edilməsi xahiş edilən X5, Ərizəçi bacısıdır. X3 xx.xx.1995-ci il tarixində ölməsi həm həkimə qədər ölüm halını təsdiq edən arayış, həm şahid ifadəsi ilə, həm də iş materialları müəyyən edilir. Mərhumun ölümünün hansı şəraitdə baş verməsi ilə bağlı isə şahid ətraflı məlumat vermiş və məhkəmə həmin ifadəni mötəbər sübut kimi qəbul etmişdir. Odur ki, xx.xx.1958-ci il təvəllüdlü X3 xx.xx.1995-ci il tarixdə Bakı şəhərində vəfat etməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından və ərizəçinin müəyyən edilməsini xahiş etdiyi bu fakt hüquqi əhəmiyyətli olduğundan ərizə əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307- 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi barədə” ərizəsi təmin edilsin. xx.xx.1958-ci il təvəllüdlü X3 xx.xx.1995-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-4467/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4467/2025
30.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver