Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4505/2021 11.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, X2 30 aprel 2021-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə 11 iyun 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək anası X2 30 aprel 2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən olunmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, mərhum anası, 04 sentyabr 1950-ci il təvəllüdlü X5 30 aprel 2021-ci il tarixdə evdə vəfat etmişdir və həmin vaxt ərizəçi tərəfindən təcili tibbi yardım çağırılmışdır. Təcili və X3 Stansiyası tərəfindən ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir və xəbərdarlıq vərəqəsində həkiməqədər ölüm, qadın cinsli meyit aşkar edilməsi göstərilmişdir. Mərhum anası X5 Zaqatala rayonu Qımır kənd qəbirsanlığında dəfn edilib. Bu barədə Çobankol Bələdiyyəsi tərəfindən 06.05.2021-ci il tarixdə arayış verilmişdir. Ərizəçi tərəfindən ölüm haqqında şəhadətnamə verilməsi ilə bağlı Qeydiyyat Şöbəsinə müraciət edilmişdir, lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olmaması barədə cavab verilmişdir və ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. O, hüquqlarını bilmədiyindən anası vəfat edərkən vaxtında poliklinikaya müraciət etməmiş və bu səbəbdən də həkimin tibbi şəhadətnaməsinin alınması mümkün olmamışdır. Bakı şəhəri 10 saylı şəhər Polilinikası tərəfindən verilmiş arayışda ölümün səbəbinin məlum olmadığı və mərhumun hər hansı bir xəstəliklə əlaqədarpoliklinikaya müraciəti olmadığı üçün ölüm arayışının verilməsindən imtina edilmişdir. Mərhum anasının ölüm faktını təsdiq edəcək sənədi başqa qaydada almaq imkanım yoxdur və ona görə də bu fakt məhkəmə qaydasında təsdiq edilməlidir. Sonda Ərizəçi məhkəmədən göstərilənləri nəzərə alıb ərizənin təmin olunması barədə qətnamə çıxarımasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaraxanov Elnur Eldar oğlu izahatında göstərdi ki, Ərizəçi onun qardaşıdır. Anası vəfat edən günü orda idi, təcili yardımı qardaşı ilə birlikdə çağırmışlar. Mərhum anası X5 Zaqatala rayonu Qımır kənd qəbirsanlığında dəfn etmişlər. Mülki iş materiallarında olan: - doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi X1r. - Zaqatala rayon Çobankol bələdiyyəsinin 06 may 2021-ci il tarixli, 91 saylı arayışından görünür ki, X5 Zaqatala rayon Qımır kəndi ərazisindəki qəbirstanlığında dəfn olunmuşdur. - Bakı şəhəri Maraqlı şəxs 07.05.2021-ci il tarixli məktubundan görünür ki, X2 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm faktının məhkəmə qaydasında müəyyən edilməsi tövsiyyə edilmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin, eləcə də şahidin izahatını, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Belə ki, Azərbayacan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçinin izahatından, həmçinin mülki iş materiallarından məlum olur ki, X2 ölüm faktının müəyyən edən sənədin başqa qaydada alınması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.8-ci maddələrinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, Ərizəçi anası X2 30 aprel 2021-ci il tarixdə vəfat etməsi faktını təqdim etdiyi sənədlərlə sübuta yetirə bildiyinə görə ərizəçinin xahişi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. 04 sentyabr 1950-ci təvəllüdlü X2 30 aprel 2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsinə dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-4505/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4505/2021
11.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver