Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4512/2021 13.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Əhmədli Fərid Elçin oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, İddiaçı nümayəndəsi (vəkili) X3, Cavabdeh nümayəndəsi (vəkili) X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən B bloku (6-cı blok, №323) 58.5 kv.m.-lik 270 №-li mənzilin alğı-satqısına dair Cavabdeh ilə "xxxx" Fərdi Firması arasında bağlanmış 99/2018 №-li alğı-satqı müqaviləsinin etibarsız hesab olunması və həmin müqavilə əsasında mənzilə verilmiş çıxarışın ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbləri belə əsaslandırılmışdır ki, İddiaçı əri X5 "xxxx" Fərdi Firmasından ünvan 1 ünvanında yerləşən B bloku (6-cı blok, №323) 58.5 kv.m.-lik 270 nömrəli mənzili almış və həmin mənzilin dəyərini tam olaraq ödəmişdir. Sonradan həmin mənzil İddiaçı adına qeydiyyata alınmışdır. Cavabdeh əsassız olaraq İkram Əliyevin guya ki, ona qarşı dələduzluq etdiyini, onun etibarından sui-istifadə edərək 85.000 manat məbləğində pulunu mənimsədiyi ilə əlaqədar Binəqədi Rayon Polis İdarəsinə şikayət etmiş, həmin idarənin İstintaq Şöbəsinin müstəntiqi Elnur Məmmədov tərəfindən İkram Əliyev qanunsuz və əsassız olaraq şübhəli şəxs qismində tutulmuş və 48 saat müddətində qanunsuz saxlanılmış, 12.07.2018-ci il tarixdə isə ona AR Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Bundan sonra müstəntiq və Cavabdeh İddiaçı adına olan ünvan 1 ünvanında yerləşən B bloku (6cı blok, №323) 58.5 kv.m-lik 270 №-li mənzili Cavabdeh verilməsi üçün İkram Əliyevə saxlanıldığı müddət ərzində dəfələrlə hədə-qorxu etmiş, təzyiqlər göstərmiş, o, da bu təzyiqlərə dözməyərək naməlum sənədləri imzalamağa məcbur olmuşdur. Onlar nəinki çarəsiz vəziyyətdə olan İkram Əliyevə, hətta həyat yoldaşı İddiaçı və ailənin digər üzvlərinə də hədə-qorxu, təhdidlər etmiş, sözügedən mənzili Kamilə satmaqları tələb olunmuşdur. İddiaçı da hədə-qorxu, təzyiq və təhdidlər altında naməlum sənədlər imzalatdırılmışdır. Zorla imzalatdırılmış həmin sənədlər əsasında da "xxxx" Fərdi Firması ilə Cavabdeh mənzilin alqı-satqısına dair 99/2018 №-li müqavilə imzalamış və İddiaçı mənzilini mənimsəmişdir. Bununla da, İddiaçı mənzili qanunsuz olaraq, zorla əlindən alınmış və onun mülkiyyət toxunulmazlığı, mənzil hüququ kobud surətdə pozulmuşdur. Mənzil Cavabdeh adına keçdikdən sonra İkram Əliyev sərbəst buraxılmış və o, 85.000 manat məbləğində pulu Kamilə tam olaraq qaytarmışdır. Bu səbəbdən də Cavabdeh Binəqədi Rayon İstintaq Şöbəsinə 19.07.2018-ci il tarixdə ərizə ilə müraciət edərək borc məbləğinin tam olaraq ödənildiyi və buna görə də heç bir tələb, şikayətinin olmadığını bildirmişdir. Sonradan, yəni 30.03.2021-ci il tarixdə cinayət işi materialları ilə tanış olarkən məlum olmuşdur ki, İkram Əliyev barəsində qəbul olunmuş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar kifayət qədər əsaslar olmadan qəbul edildiyi, müstəntiq tərəfindən yalnız zərəçəkmiş şəxsin (Cavabdeh) ifadəsinin nəzərə alındığı, İ.Əliyevin göstərdiyi dəlillərin isə gözardı edildiyi, həmçinin İ.Əliyev tərəfindən Cavabdeh pul məbləği tam ödənildiyi üçün onun tələb və şikayətinin olmamasına dair cinayət işi materiallarına əlavə olunmuş ərizə nəzərə alınmış və əməldə cinayət tərkibi olmadığı üçün cinayət işi üzrə icraata xitam verilmişdir. Qeyd olunanlardan da açıq-aydın görünür ki, ünvan 2 ünvanında yerləşən B bloku (6-cı blok, №323) 58.5 kv.m-lik 270 №-li mənzilin Cavabdeh verilməsinə dair ərizə, sənədlər hədə-qorxu, təhdid, təzyiq altında imzalandığı üçün həmin ərizə əsasında Cavabdehla "xxxx" Fərdi Firması arasında bağlanmış 99/2018 №-li mənzilin alğı-satqısına dair müqavilə etibarsız hesab olunmalı və həmin müqavilə əsasında mənzilə verilmiş çıxarış ləğv olunmalıdır. Məhkəmə iclasında İddiaçı nümayəndələri (vəkili) X6 və X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) X7 iddia ərizəsinə etiraz təqdim edərək, iddia tələbinin əsassız olduğunu bildirib, onun rədd edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişlər ki, iddiaçı iddia ərizəsində göstərmişdir ki, “həyat yoldaşı X5 "xxxx" Fərdi Firmasından mənzili almış və həmin mənzilin dəyərini tam olaraq ödəmişdir. Sonradan həmin mənzil İddiaçı adına qeydiyyata alınmışdır”. İddiaçı mənzilin ilkin olaraq həyat yoldaşının adına olmasını qeyd etsə də, həmin əmlakın hansı səbəbdən iddiaçının adına keçirilməsini izah etməmişdir. Bu aydındır, çünki həqiqətin bilinməsi ona sərf etmir. Qeyd olunan məsələyə toxunulsa aydın olar ki, iddiaçının həyat yoldaşı cavabdehdən aldığı pulun tələb etməyi halında, olası tələbin əmlaka yönəldilməsi ehtimalının qarşısını almaq məqsədilə bu addımı atmışdır. Belə ki, İkram Əliyev cavabdehin etibarından sui-istifadə edərək ondan 85.000 manat iş görmək adı ilə pul almış, daha sonra həmin pulu qaytarmaqdan boyun qaçıraraq hər dəfə müxtəlif bəhanələrlə onu aldatmışdır. Daha sonra, ümumiyyətlə telefonlarına cavab verməmişdir. Hüquqlarının qorunması məqsədilə hər bir sadə vətəndaş kimi cavabdeh də ilk öncə asayişin keşikçisi olan polis orqanlarına müraciət etmişdir. Təbii ki, bu onun real haqqıdır və o, bu hüququndan istifadə etmişdir. Burada hər hansı bir qəbahət yoxdur və ola da bilməz. Digər tərəfdən cavabdehin iddiaçıya və həyat yoldaşına guya hədə qorxu gəlməyi, təzyiqlər göstərməyi ilə bağlı qeyd edilənlər tamamilə cəfəngiyatdır. Üstəgəl bu təzyiqlərə dözməyərək iddiaçının və həyat yoldaşının naməlum sənədləri imzalamağa məcbur olması isə gülüncdür. Hansı dövlətdə, hansı dövrdə yaşayırıq ki, kimsə kiməsə hədə qorxu gəlsin, təzyiq göstərsin. Bu quru və yalan dolu ittihamlar əvəzinə əsl həqiqətin bildirilməsi daha doğru olardı. Belə ki, iddiaçı könüllü olaraq həyat yoldaşının cavabdehə verilməli olan pulun və onun üstünə 20.000 (iyirmi min) manat müqabilində mübahisəli mənzilin cavabdehə satılmasını təklif etmiş və qarşılıqlı razılıq əldə edilmişdir. Bununla bağlı, iddiaçı hansısa naməlum sənədi deyil, notarial qaydada təsdiq edilmiş ərizə vermişdir. Həmin ərizəni də məcburi deyil, könüllü olaraq 19 saylı notariat kontorunun xüsusi notariusu Hafiz Hacızadənin yanında imzalamışdır. Üstəgəl bütün bu işlərdə onunla birlikdə qardaşı polis əməkdaşı olan Fariz adlı şəxs, habelə həyat yoldaşının qardaşı Vasif Əliyev də iştirak etmişdir. Polis əməkdaşının yanında kiməsə hədə qorxu gəlmək, özü də Azərbaycanda, bu iddiaçının utopiyasından başqa bir şey deyildir. Mübahisəli mənzilə dair çıxarış olmadığından mənzilin cavabdehin adına rəsmiləşdirilməsi üçün "xxxx" Fərdi firması tərəfindən razılıq ərizəsi tələb olunurdu. Həmin ərizədə iddiaçı mənzillə bağlı gələcəkdə heç bir iddiasının olmayacağını da bəyan etmişdir. Təbii ki, iddiaçının mənzilin cavabdehə satılması ilə bağlı təklifi anlaşılandır. Belə ki, birgə nikahları dövründə həmin pul həyat yoldaşı tərəfindən alınmış və həmin pulun tələb edilməsi halında birgə cavabdehlər qismində çıxış edəcəklərdi. Bütün bunların qarşısını almaq, eləcə də əlavə olaraq 20.000 manat əvəzində belə bir sövdələşməyə getmək məntiqli bir addımdır. Beləliklə, qarşılıqlı razılıq əsasında mənzilin ümumi dəyəri 105.000 (yüz beş min) manat müəyyən edilmiş, ondan 85.000 manatı birgə nikah dövründə iddiaçının həyat yoldaşı tərəfindən cavabdehdən alınmış pulun əvəzinə, yerdə qalan 20.000 manatı isə iddiaçıya onun qardaşı Farizin, habelə İkram Əliyevin qardaşı Vasif Əliyevin və atası Fazil Kərimovun yanında "xxxx" Fərdi firmasının ofisində iddiaçıya vermişdir. Eyni zamanda, aralarında olan razılaşma könüllülük əsasında olmuşdur. Bunun əyani sübutu kimi mənzilin adına sənədləşdirilməsindən xeyli müddət sonra (təqribən 3-4 ay sonra) mənzilə dair əvvəlki dövrə aid kommunal borcun iddiaçının həyat yoldaşı İkram Əliyevin göstərişi ilə qardaşı Vasif Əliyev tərəfindən (2018-ci ilin yanvar-iyul ayları üçün 140 manat) "xxxx" Fərdi firmasına, habelə mənzilə dair onlar yaşadığı dövrə dair elektrik enerjisinə görə olan borcun (24 manat) ödənilməsini, üstəgəl su istifadəsinə görə yaranmış borcun ödənilməsi məqsədilə sayğac göstəricilərinin cavabdehdən istəməsini göstərə bilərik. Göründüyü kimi, əgər iddiaçının dediyi kimi həmin sənədlər hədə qorxu, təzyiq altında imzalanmış olsaydı, könüllü olmasaydı ondan xeyli müddət sonra iddiaçının həyat yoldaşı İkram Əliyevi sadalanan ödənişləri etməsini nə vadar edirdi? Bunun 2 izahı ola bilər: ya həyat yoldaşı iddiaçını aldadır, ondan bunları gizlədir ki, bu məntiqsizdir; ya da hər şey könüllük əsasında olmuşdur. Göz qabağındadır ki, ikinci hal məntiqə daha uyğundur və bu reallıqdır. Bundan əlavə, həmin mənzili aldıqdan sonra əşyaların çıxardılması ilə bağlı iddiaçı və həyat yoldaşı cavabdehdən vaxt istəmiş, bununla bağlı cavabdeh tərəfindən 1 aylıq müddətə vaxt da verilmişdir. Gələk indi hazırkı iddianın indi verilməsinin əsl səbəblərinə. İlk öncə sual olunur əgər hədə qorxu ilə təzyiqlə sənədlər imzaladılmışdırsa, niyə dərhal sonra deyil məhz hadisədən təqribən 3 il sonra belə bir iddia qaldırılmışdır? Bunun da məntiqi izahını belədir ki, İkram Əliyev cavabdehdən aldığı pulu iş görmək məqsədilə Türkiyə Respublikasının vətəndaşı X1 verdiyini bildirirdi. Həmin şəxslə bağlı Nərimanov RPİ-də qaldırılmış ********* saylı cinayət işi üzrə icraata xitam verilməsi haqqında 17 mart 2021-ci il tarixli qərar verilmiş və həmin qərarda İkram Əliyevin dediklərinin həqiqətə uyğun olmadığı göstərilmiş və Alettin Uluçun əməlində cinayət tərkibinin olmadığı bildirilmişdir. Bundan sonra İkram Əliyev öz yalanlarının boşa çıxdığını görmüş və iddiaçının əli ilə belə bir iddianı qaldırmağı qərara almışdır. Beləliklə, göründüyü kimi mübahisə edilən mənzil qarşılıqlı razılıq əsasında könüllü olaraq cavabdehə satılmış, mənzilin dəyəri tam ödənilmişdir. İddiaçının iddia ərizəsində göstərdiyi digər fikirlər isə tamamilə əsassızdır. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq idarə, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə həmin proses iştirakçısının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, "xxxx" Fərdi Firmasından məhkəməyə göndərilmiş 24.09.2021-ci il tarixli 19 saylı məktubdan görünür ki, "xxxx" Fərdi Firması ilə İddiaçı arasında bağlanmış olan ünvan 3 ünvanında yerləşən binanın B bloku (6-cı blok, № 323), 270 saylı mənzilin alqısatqısına dair 94/2017 nömrəli 27.11.2017-cı il tarixli müqaviləyə İddiaçı 19.07.2018-ci il tarixli və həyat yoldaşı X2 19.07.2018-ci il tarixli ərizələrinə əsasən xitam verilmiş və İddiaçı ərizəsində qeyd olunduğu kimi Cavabdeh ilə firma arasında 99/2018 nömrəli 19.07.2018-ci il tarixli Yasamal rayonu, Şəfaət Mehdiyev (Ə.Ələkbərov) küçəsi 1054-cü məhəllə ünvanında yerləşən binanın B bloku (6-cı blok, №323), 270 saylı mənzilin alğısatqısına dair yeni müqavilə bağlanılmışdır. Həmin məktuba əlavə edilmiş sənədlərdən aydın olur ki, İddiaçı ilə "xxxx" Fərdi Firması arasında ünvan 3 ünvanında inşa edilən binanın B bloku. 6 (altı) (323), 16 mərtəbə, 1 otaqlı ümumi sahəsi 58,5 kv.m-dən ibarət 270 saylı mənzilinə dair 27.11.2017cı il tarixdə 94/2017 nömrəli müqavilə bağlanmış, həmin müqavilədə mənzilin hər kv.m 940,17 ABŞ dolları olmaqla ümumi dəyəri 55000 ABŞ dolları olaraq qeyd edilmiş, 2.5-ci bənddə isə mənzilin dəyərinin 100 faizinin ödənildiyi göstərilmişdir. Həmin sənədlərdən həmçinin aydın olur ki, İddiaçı Bakı şəhəri 19 saylı notariat kontorunda təsdiq edilmiş 19.07.2018-ci il tarixli ərizəsində adına olan ünvan 3də inşa olunan binanın B bloku. 6 (altı) (323), 16 mərtəbədə, 1 otaqlı, ümumi sahəsi 58,5 kv.m olan 270 saylı mənzilin müqaviləsinin Cavabdeh adına keçirilməsinə heç bir etirazının olmadığını və gələcəkdə həmin mənzillə bağlı "xxxx" Fərdi Firmasına qarşı heç bir iddiasının olmayacağını firmanın direktoruna bildirmişdir; eyni zamanda iddiaçının əri X5 da eyni tarixli ərizə ilə "xxxx" Fərdi Firmasının direktoru V.X.Qurbanova müaciət edərək, həmin mənzildən imtina etdiyini və mənzilin satılmasına heç bir etirazının olmadığını bildirmişdir. İş materiallarından aydın olur ki, həmin ərizələrlə eyni tarixdə (19.07.2018-ci il) "xxxx" Fərdi Firması ilə Cavabdeh arasında ünvan 3 ünvanında inşa edilən binanın B bloku. 6 (altı) (323), 16 mərtəbə, 1 otaqlı ümumi sahəsi 58,5 kv.m-dən ibarət 270 saylı mənzilin alğı-satqısına dair 99/2018 nömrəli müqavilə bağlanmış, həmin müqavilədə də mənzilin hər kv.m 940,17 ABŞ dolları olmaqla ümumi dəyəri 55000 ABŞ dolları olaraq qeyd edilmiş, 2.5-ci bənddə isə mənzilin dəyərinin 100 faizinin ödənildiyi göstərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəmənin sorğusu əsasında əldə edilmiş 01 oktyabr 2021-ci il tarixli məktubunda göstərilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin arxiv materiallarına əsasən ünvan 4 ünvanında yerləşən 270 saylı mənzil "xxxx" Fərdi Firmasının 19.07.2018-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən 30.12.2020ci il tarixdə Cavabdeh adına ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Mülki işin materiallarından və tərəflərin izahatlarından aydın olur ki, Cavabdeh “X2 ona binalarda quraşdırılması üçün lift alıb-satmaqla yaxşı qazanc verəcəyini yalandan vəd edib, iki dəfəyə ümumilikdə 50000 ABŞ dolları pulunu ələ keçirməsi” barədə ərizəsi Binəqədi RPİ-də araşdırılaraq idarənin 27.06.2018-ci il tarixli qərarı ilə onun barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılmış, 12.07.2018-ci il tarixli qərarla isə X5 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan olunmuşdur. Cavabdeh Binəqədi RPİ-nə ünvanladığı 19.07.2018-ci il tarixli ərizəsinin surətindən görünür ki, təqsirləndirilən şəxs X5 ona dəymiş 85.000 manat ziyanı ödədiyi üçün heç bir şikayəti və maddi tələbi yoxdur. İş materiallarından həmçinin aydın olur ki, Binəqədi rayon prokurorluğunun 22.10.2018-ci il tarixli qərarı ilə X2 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında 12.07.2018-ci il tarixli qərarı əsassız və qanunsuz olduğuna görə ləğv edilmiş, cinayət işi istintaqın davam etdirilməsi üçün Binəqədi RPİ İŞ-ə göndərilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Hazırkı mübahisə üzrə isə "xxxx" Fərdi Firması ilə Cavabdeh arasında bağlanmış müqavilənin etibarlılığını şübhə altına alan belə bir hal müəyyən edilməmişdir. Əksinə mülki işin materiallarından iddiaçının notarial qaydada təsdiq edilmiş 19.07.2018-ci il tarixli ərizə ilə "xxxx" Fərdi Firmasının direktoruna müaciət edərək, adına olan ünvan 3də inşa olunan binanın B bloku. 6 (altı) (323), 16 mərtəbədə, 1 otaqlı, ümumi sahəsi 58,5 kv.m olan 270 saylı mənzilin müqaviləsinin Cavabdeh adına keçirilməsinə heç bir etirazının olmadığını və gələcəkdə həmin mənzillə bağlı firmaya qarşı heç bir iddiasının olmayacağını bildirdiyi, o cümlədən onun əri X2 da adı çəkilən firmaya ünvanladığı eyni tarixli ərizə ilə həmin mənzildən imtina etdiyi və mənzilin satılmasına heç bir etirazının olmadığını göstərdiyi, mübahisələndirilən müqavilənin də həmin ərizələrin əsasında və elə həmin tarixdə (19.07.2018-ci il) bağlanmış olduğu müəyyən edilmişdir. Mənzilin iddiaçı və əri X5 tərəfindən boşaldılaraq cavabdehə təhvil verildiyi də mübahisə mövzusu deyildir. Digər tərəfdən məhkəmə qeyd edir ki, yuxarıda göstərilən ərizələr və müqavilə ilə eyni tarixdə hazırkı işdə cavabdeh olan Cavabdeh da Binəqədi RPİ-nə ərizə ilə müraciət edərək, təqsirləndirilən şəxs X2 (iddiaçının ərinin) ona dəymiş 85000 manat ziyanı ödədiyi üçün heç bir şikayətinin və maddi tələbinin olmadığını bilməsi ilə bağlı işin faktiki halı da iddiaçının (o cümlədən onun ərinin) mənzildən məhz cavabdehə vurulan ziyanın ödənilməsi niyyəti ilə imtina etdikləri qənaətinə gəlməyə əsas verir. Bütün bunlar isə, həmin müqavilənin məhz iddiaçının iradə bəyanına müvafiq olaraq bağlandığını göstərməklə, onun müqavilənin zorakılıq, hədə təsiri altında bağlandığına dair irəli sürdüyü arqumentlərin də əsassız olduğu mənasına gəlir. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müvafiq iddianın irəli sürülməsi üçün qanunla nəzərdə tutulmuş müddət də ötürülmüşdür. Belə ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Qeyd olunan maddənin hüquqi mahiyyəti ilə əlaqədar məhkəmə qeyd edir ki, etibarsız əqdlər üzrə müddətlər qanunvericilik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. Belə ki, hər hansı əqdin zorakılıq və ya hədə təsiri altında bağlandığını iddia edən şəxs həmin əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir, bu müddət keçdikdən sonra isə müvafiq hüququnu itirir. Göründüyü kimi qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur və müddətin keçməsi məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Bu mənada məhkəmə hesab edir ki, hər bir halda iddiaçının müvafiq müddət ərzində iddia qaldırmadığı qənaətinə gəlinməlidir. Belə ki, iddiaçı, cavabdehin şikayəti əsasında əri X5 barəsində başlanılan cinayət işi üzrə ərinin tutulduğu müddət ərzində müstəntiq və cavabdeh tərəfindən mübahisəli mənzilin sonuncuya verilməsi yönündə hədə-qorxuya və təzyiqlərə məruz qaldığını iddia edərək hazırkı iddia tələbini irəli sürməkdədir. Mülki işin materiallarından isə, iddiaçının əri X2 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında 12.07.2018-ci il tarixli qərarın Binəqədi rayon prokurorluğunun 22.10.2018-ci il tarixli qərarı ilə ləğv edilmiş olduğu, bununla belə iddiaçının hazırkı iddia ərizəsi ilə yalnız 08.05.2021-ci il tarixdə məhkəməyə müraciət etdiyi müəyyən edilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi də analoji hüquqi mövqedən çıxış edərək, “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Gəldiyi qənaətə uyğun olaraq məhkəmə, iddiaçının “mübahisəli mənzilə verilmiş çıxarışın ləğv olunması” tələbi üzrə əlavə əsaslandırma aparılmasına zərurət olmadığını vurğulayır. Çünkü “99/2018 №-li alğı-satqı müqaviləsinin etibarsız hesab olunması” tələbinin təmin edilməməsi, bu tələbdən irəli gələn digər tələblərin də dispozitiv şərtlərini istisna edir. Beləliklə, məhkəmə hesab edir ki, əqdin etibarsız hesab edilməsinə səbəb olan qanunda göstərilmiş əsaslar müəyyən edilmədiyindən İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi” barədə iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir. Məhkəmə həmçinin nəzərə almışdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Bu mənada məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınmalı olduğundan, iddianın təmin edilməməsi nəzərə alınaraq məhkəmə xərcləri iddiaçının özünə aid ediməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbi barədə iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik еdən: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-4512/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4512/2021
13.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver