Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-4265/2025 23.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Fərəcova Gülşən Sabit qızı, İddiaçı, Cavabdeh qarşı “xx.xx.2024 tarixli borc mübaviləsinin hüquqi etibarsız sayılması”, “Borcun faktiki verilməməsi nəzərə alınaraq öhdəliyin etibardan salınması”, “Edilmiş 2700 AZN ödənişin tanınması və borc məbləğinin azaldılması”, “Cavabdehin əsassız zənginləşmə mövcudluğunun tanınması”, məhkəmə xərclərinin cavabdehin üzərinə qoyulması. tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı, Cavabdeh qarşı “xx.xx.2024 tarixli borc mübaviləsinin hüquqi etibarsız sayılması”, “borcun faktiki verilməməsi nəzərə alınaraq öhdəliyin etibardan salınması”, “edilmiş 2700 AZN ödənişin tanınması və borc məbləğinin azaldılması”, “cavabdehin əsassız zənginləşmə mövcudluğunun tanınması”, məhkəmə xərclərinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qarşı “xx.xx.2024 tarixli borc mübaviləsinin hüquqi etibarsız sayılması”, “borcun faktiki verilməməsi nəzərə alınaraq öhdəliyin etibardan salınması”, “edilmiş 2700 AZN ödənişin tanınması və borc məbləğinin azaldılması”, “cavabdehin əsassız zənginləşmə mövcudluğunun tanınması”, tələbləri irəli sürərək Cavabdeh ilə xx.xx.2024-cü il tarixində notariat qaydasında tərtib olunmuş "borc mùqaviləsi" əsasında mübahisənin məhkəmə qaydasında həll edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152-ci maddəsində nəzərdə tutulmuş qaydaya riayət edilmədən verildiyindən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan tələb irəli sürməklə, məhkəməyə müraciət etmişdir. İlk öncə qeyd edilməlidir ki, iddiaçı tərəfindən cavabdehə qarşı yönəlmiş iddia tələbinin nədən ibarət olması dəqiq olaraq qeyd edilməmişdir. Digər tərəfdən göründüyü kimi, irəli sürülmüş tələblər mahiyyət etibarı ilə bir-biri ilə əlaqəsi olmayan və müxtəlif hüquqi nəticə doğuran tələblərdir. Belə ki, iddiaçı bir tərəfdən müqavilənin qanuniliyini mübahisələndirməklə, onun etibarsızlığını, digər tərəfdən edilmiş 2700 AZN ödənişin tanınması və borc məbləğinin azaldılması və s. tələb edir. Eyni zamanda iddiaçı tərəfdən məhkəməyə xx.xx.2025-ci il tarixdə ünvanlanmış elektron ərizədə bir tək “ məhkəmədən xahiş edirəm ki, borcun təsdiqlənməsi ilə bağlı iddiaya baxasınız ” cümləsi göstərilmişdir. İddiaçının xx.xx.2025-ci il tarixli ərizəsində idda tələbini artırılması, azaldılması və ya dəqiqləşdirilməsi ilə bağlı heç bir qeyd aparılmamışdır. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə qeyd edir ki, mahiyyət etibarı ilə bir-biri ilə bağlılığı olmayan və yalnız iddiaçının maraqlarına görə bir icraatda birləşdirilmiş iddia tələblərinə bir icraatda baxılması mülki prosessual qanunvericiliyin tələblərinə əsasən yolverilməz olduğundan, iddia ərizəsi geri qaytarılmaqla, iddiaçıya cavabdehə qarşı ayrı-ayrılıqda iddia tələbi irəli sürməklə, məhkəməyə ümumi qaydada yenidən müraciət etmək hüququnun olması izah edilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçinin xx.xx.2025-ci il tarixli ərizəsinə əlavə etdiyi dövlət rüsumunun ödənilməsi barədə qəbzi daha əvvəl, xx.xx.2025-ci il tarixdə məhkəməyə ünvanladığı ərizəyə əlavə etdiyi qəbzlə eynidir (hər ikisinin nömrəsi **********). Qeyd olunan qəbzdə göstərilən rüsum isə Nəsimi Rayon Məhkəməsinin № 2(006)-4177/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadında geri qaytarılması nəzərdə tutulmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı, Cavabdeh qarşı “xx.xx.2024 tarixli borc mübaviləsinin hüquqi etibarsız sayılması”, “borcun faktiki verilməməsi nəzərə alınaraq öhdəliyin etibardan salınması”, “edilmiş 2700 AZN ödənişin tanınması və borc məbləğinin azaldılması”, “cavabdehin əsassız zənginləşmə mövcudluğunun tanınması”, məhkəmə xərclərinin cavabdehin üzərinə qoyulması. tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, o, hazırki iddia tələbləri ilə bağlı ayrı-ayrılıqda məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülşən Fərəcova
Məhkəmə qərarları › İş №e-2(006)-4265/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-4265/2025
23.07.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver