Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4544/2024 05.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 katibliyi ilə, 25 may 1952-ci il təvəllüdlü X5 29 may 2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 25 may 1952-ci il təvəllüdlü atası X5 29 may 2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair qətnmə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 25 may 1952-ci il təvəllüdlü atası X9 29 may 2024-cü il tarixdə «Sədərək» ticarət mərkəzində olarkən vəfat etmişdir. Bu səbəbdən də təcili tibbi yardıma müraciət edilmiş və 19 saylı TTTY S-nin həkimi çağırışa gələrək atasını müayinə edərək bildirmişdir ki, o vəfat edib. Həkim onlara 14 iyun 2024-cü il tarixli, 95 saylı arayış təqdim etsə də, ölümü təsdiq edən 106 saylı arayışı verməmişlər. X5 ölümündən sonra ölüm haqqında şəhadətnamənin alınması üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin oradan cavab verərək ölümü təsdiq edən 106 saylı həkim arayışı olmadığından ölüm faktının məhkəmə tərəfindən təsdiq olunması tövsiyyə olunmuşdur. Bundan sonra məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmənin 23 iyul 2024-cü il tarixli iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edib, təmin edilməsini, eləcə də növbəti məhkəmə iclasını iştirakı olmadan keçirib ərizənin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş edib, bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, mərhum Oruc Xəlilov onun iş yoldaşı olub. Sədərək TM mərkəzində bir yerdə işləmişlər. Səhər işə gələrkən görüb salamlaşmış, heç bir problemi yox idi, qayıdanda görmüş ki, yerdə uzanıb, Təcili Yardım çağırmışdır. Mərhumun ayağında tromb var idi, ondan şikayət edirdi. Ürəyində problem yox idi. Vəfat etmə tarixi dəqiq xatırlamır, təxmini ay yarım əvvəl ölüb. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, mərhum Oruc Xəlilov onun iş yoldaşı olub. Sədərək TM yerləşən anbarın müdiri vəzifəsində işləyirdi. Səhər 09:30-10:00 radələrində gəlmiş anbara, 15-20 dəqiqə oturub söhbət edib, çay içib getmişdir. Daha sonra zəng vurdular ki, Oruc xəstələnib, anbara qayıdanda dedilər keçinib. Dəfndə iştirak etmiş, Binəqədi rayonun ərazisində yerləşən qəbristanlığında dəfn olunub. Mülki iş materiallarında olan: - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1954-cü ildə Bakı şəhərində anadan olmuş, şəhadətnamənin ata qrafasında X6, ana qrafasında X10 qeyd edilmişdir. - Təcili və X4 Stansiyasının xx.xx.2024-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X6 xx.xx.2024-cü il tarixdə Qaradağ rayonu Sədərək Ticarət Mərkəzində (həkimə qədər) ölmüşdür. - Bakı Baş Səhiyyə Mərkəzi 27 nömrəli şəhər polinklinikasının xx.xx.2024-cü il tarixli, 95 nömrəli arayışından görünür ki, xx.xx.2024-cü il tarixində xəstə X6 evdə rəhmətə getmədiyinə görə ona 27 nömrəli Şəhər polinklinikasında Ölüm şəhadətnaməsi (forma 106) yazılmayıb. Xəstə 19 saylı TTTYS-nin verdiyi məlumatına görə Qaradağ rayonu, Sədərək Ticarət Mərkəzində vəfat etmişdir. - Abşeron Rayon Masazır Bələdiyyəsinin 01/01-06/744 nömrəli, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X9 xx.xx.2024-cü il tarixdə rəhmətə getmiş və Masazır kənd qəbiristanlığında dəfn olunmuşdur. - Bakı şəhəri Maraqlı şəxs 12 iyun 2024-cü il tarixli məktubundan görünür ki, Ərizəçi müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edlmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”- ntn 8.5 bəndlərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. X1 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizəni hazırda təmin edə bilmirlər. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçinin izahatından, həmçinin mülki iş materiallarından məlum olur ki, X5 ölüm faktının müəyyən edən sənədin başqa qaydada alınması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.8-ci maddələrinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Bundan başqa “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndində əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.” Məhkəmə hesab edir ki, Ərizəçi atası X5 vəfat etməsi faktını təqdim etdiyi sənədlərlə sübuta yetirə bildiyinə görə ərizəçinin xahişi təmin edilməli və 25 may 1952-ci il təvəllüdlü X5 29 may 2024-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 25 may 1952-ci il təvəllüdlü X5 29 may 2024-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-4544/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4544/2024
05.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver