Məhkəmə qərarları › İş №2(001)-4554/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4554/2021

25.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4554/2021 25.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Abdıyev Fuad Vilayət oğlu, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizənin mümkünlüyü məsələsinə baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, əri, 1967-ci il təvəllüdlü X1 ölüm faktının qeydə alınması və ərazi üzrə Qeydiyyat şöbəsinə bununla bağlı rəsmi sənədin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsinin mümkünlüyü məsələsinə baxıb, iş materiallarını araşdırıb hesab edirəm ki, ərizə, ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, ərizə üzrə göstərilməli olan məlumatların siyahısı Mülki-Prosessual Məcəllənin müvafiq olaraq 149-cu maddəsində təsbit edilmiş, eyni zamanda, ərizəninin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməməklə tərtib edilməsi ərizənin geri qaytarılması üçün əsas kimi müəyyən edilmişdir. Buna baxmayaraq, ərizəçi həmin müddəaların tələblərinə riayət etməyərək, ərizə üzrə maraqlı şəxsi müəyyən etməmiş, eyni zamanda ərizə üzrə qeyri-müəyyən tələb irəli sürmüşdür. Bu da nəticə etibarı ərizənin geri qaytarılması üçün əsas yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2.2-cü maddəsinə əsasən iddia ərizəsində işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir; 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, ərizənin forması və məzmunu baxımından düzgün tərtib olunmamasını nəzərə alıb hesab edirəm ki, ərizə, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, ərizəçiyə qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 149-152-ci, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi ərizəsi, ona əlavə olunan sənədlərlə birlikdə geri qaytarılsın. Ərizəçi qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar