Məhkəmə qərarları › İş №2(001)-4588/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4588/2022

16.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4588/2022 16.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Ərizəçi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı - X2 vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum həyat yoldaşı A.Bağırova xx.xx.2022-ci ildə ev şəraitində vəfat etmiş və Yasamal rayonunda Dağüstü 1 qəbirstanlığında dəfn edilmişdir. Dəfn mərasimləri ilə məşğul olduğundan vaxtında ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Ölümün qeydə alınması ilə bağlı Bakı şəhəri Maraqlı şəxsnə rəsmi ərizə ilə müraciət etmiş, lakin arvadı vəfat edərkən vaxtında poliklinikaya müraciət etməmiş və həkimin tibbi şəhadətnaməsi alınmamışdır deyə müsbət nəticə əldə etməmişdir. Ölüm haqqında şəhadətnamənin başqa qaydada alınması qeyri-mümkün olduğundan məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs (nümayəndəsi) məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, şahid ifadələrini, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubuna əsasən, X2 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizənin təmin edilə bilməməsi qeyd edilmişdir. - X9, X4 və X5 tərəfindən imzalanmış akta əsasən, X2 xx.xx.2022-ci il tarixdə ürək xəstəliyindən Bakı şəhərində vəfat etməsi və xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Şərifzadə küçəsində yerləşən Dağüstü 1 qəbirstanlığında dəfn edilməsi qeyd edilmişdir. - Bakı şəhəri Yasamal rayonu Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 878 nömrəli arayışda xx.xx.1955-ci il təvəllüdlü X2 xx.xx.2022-ci il tarixdə Şərifzadə küçəsində yerləşən Dağüstü 1 qəbirstanlığında Ərizəçi tərəfindən dəfn olunduğu qeyd edilmişdir. - 9 nömrəli Poliklinika tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 261 nömrəli məktuba əsasən müəyyən edilir ki, mərhum 1955-ci il təvəllüdlü X3 xx.xx.2015-ci il tarixdən poliklinikada qeydiyyatda olub. A.Bağırova xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək bir gün “ İ 48 qulaqcıqların fibrilyasiyası və titrəməsi .İ 50.1 sol mədəcik çatmazlığı” diaqnozu ilə Respublika Diaqnostika Mərkəzində stasionar müalicədə olmuşdur. Poliklinika tərəfindən ona xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək xəstəlik vərəqəsi açılmışdır. A.Bağırova xx.xx.2022-ci il tarixdə MediClub klinikasının qarşısında həyətdə vəfat etdiyi üçün poliklinika tərəfindən onun adına ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır. - şəxsiyyət vəsiqəsinin surətinə əsasən, mərhum X3 xx.xx.1955-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. - nikah haqqında şəhadətnaməyə əsasən, Ərizəçi ilə Səmədova (Bağırova) X14 xx.xx.1982-ci ildə 4142 nömrəli akt qeydi ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. - Təcili və X6 Stansiyası tərəfindən verilmiş Ölüm haqqında Xəbərdarlıq vərəqəsinə əsasən, xx.xx.2022-ci il tarixdə X2 adına Mediclub klinikasının qarşısına (küçəyə) 17:20-də çağırış olmuş, həkimə qədər ölüm, qadına cinsli meyit aşkarlanmışdır. Məhkəmə iclasında şahid qismində iştirak edən X7 izahatında bildirdi ki, ərizəçi atası, mərhum isə anasıdır. Mərhumun xəstə olduğunu, həmin gün küçədə qəfil halının pisləşdiyini və elə orada vəfat etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X9 izahatında bildirdi ki, o, ərizəçinin bacısı oğludur. Mərhumun xx.xx.2022-ci ildə vəfat etdiyini, dəfndə və yas mərasimində iştirak etdiyini bildirdi. Məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndini, MPM-nin 307.1, 307.2.8 və 308-ci maddələrini nəzərə alaraq qeyd edir ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki işin materiallarından da görünür ki, ərizəçi A.Bağırovanın ölümünün qeydə alınması üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin A.Bağırovanın ölüm faktı müvafiq sənəd ilə təsdiq olunmadığına görə ona ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Buna görə də ərizəçi ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmçinin qeyd olunmalıdır ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədikdə məhkəmə o zaman hüquqi əhəmiyyəti olan faktları müəyyən edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, ölüm haqqında akt qeydini aparmalı olan yeganə orqan qeydiyyat şöbəsi X2 ölüm haqqında akt qeydini aparmaqdan və ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X2 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin X2 ölüm haqqında akt qeydinin aparılmasından imtina etməsi nəticəsində ərizəçi A.Bağırovanın ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X2 xx.xx.2022-ci il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadəsi və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən ərizə əsaslıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikaı MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1955-cı il tarixdə Bakı şəhərində anadan olmuş X2 xx.xx.2022-ci il tarixdə ölməsi (vəfat etməsi) barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar