Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4613/2022 16.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Ərizəçinin nümayəndəsi xxxx iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, atası - X8 xx.xx.2021-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, atası xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qənbərov ünvanında miokard infarktı-kardiogen şok səbəbi ilə vəfat etmişdir. Bu barədə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi yardım stansiyası tərəfindən ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Ölümün qeydə alınması ilə bağlı Bakı şəhəri Maraqlı şəxsnə rəsmi ərizə ilə müraciət etmiş, lakin atası vəfat edərkən vaxtında poliklinikaya müraciət etməmiş və həkimin tibbi şəhadətnaməsi alınmamışdır deyə müsbət nəticə əldə etməmişdir. Ölüm haqqında şəhadətnamənin başqa qaydada alınması qeyri-mümkün olduğundan məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi R.Dadaş-zadə ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs (nümayəndəsi) məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, şahid ifadələrini, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubuna əsasən, X8 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizənin təmin edilə bilməməsi qeyd edilmişdir. - Bakı şəhəri Binəqədi rayonu X6 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 419 nömrəli arayışda X8 xx.xx.2021-ci il tarixdə Binəqədi rayonu, Binəqədi qəsəbəsinin kənd qəbirstanlığında dəfn olunduğu qeyd edilmişdir. - 10 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 402 nömrəli məktuba əsasən müəyyən edilir ki, ünvan 3 ünvanında yaşamış və xx.xx.2021-ci il tarixdə saat 10:55-də vəfat etmiş xx.xx.1966-cı il təvəllüdlü X1 rayonu 10 nömrəli şəhər poliklinikasına heç bir diaqnoz ilə müraciət etməmiş, ambulator kartası yoxdur və ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün mərhumun yaxınları poliklinikaya gec müraciət etdiklərinə görə ölüm haqqında tibbi şəhadətnamənin poliklinika tərəfindən verilməsi mümkün olmamışdır. - şəxsiyyət vəsiqəsinin surətinə əsasən, mərhum X13 xx.xx.1966-cı il tarixdə Abşeron rayonu, Xırdalan qəsəbəsində anadan olmuşdur. - Təcili və X7 Stansiyası tərəfindən verilmiş Ölüm haqqında Xəbərdarlıq vərəqəsinə əsasən, xx.xx.2021 tarixdə, saat 10:33-də X8 adına Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsində yerləşən ünvana çağırış olunmuş, xəstəni müayinə edərkən qəflətən ürək-tənəffüs fəaliyyəti dayanmış, davamlı reanimasiya tədbirləri aparılmasına baxmayaraq saat 10:55-də həkimin yanında bioloji ölüm baş vermişdir. - doğum haqqında şəhadnamənin surətinə əsasən, xx.xx.1996-cı il təvəllüdlü Qafarova (Dadaş-zadə) Sura Vasif qızının atası X13, anası X3r. Məhkəmə iclasında şahid qismində iştirak edən X5 izahatında bildirdi ki, ərizəçi qızı, mərhum isə həyat yoldaşıdır. Həmin gün vəziyyəti yaxşı olub, birdən-birə halı pisləşmiş, dərhal tibbi yardım çağırmışlar. Lakin həkimlər həyatını qurtara bilməmiş, həkimlərin yanında vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X4 izahatında bildirdi ki, mərhumla 35 ilə yaxın qonşu olub. O, da qonşu kimi dəfndə və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndini, MPM-nin 307.1, 307.2.8 və 308-ci maddələrini nəzərə alaraq qeyd edir ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki işin materiallarından da görünür ki, ərizəçi V.Qafarovun ölümünün qeydə alınması üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin V.Qafarovun ölüm faktı müvafiq sənəd ilə təsdiq olunmadığına görə ona ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Buna görə də ərizəçi ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmçinin qeyd olunmalıdır ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədikdə məhkəmə o zaman hüquqi əhəmiyyəti olan faktları müəyyən edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, ölüm haqqında akt qeydini aparmalı olan yeganə orqan qeydiyyat şöbəsi X8 ölüm haqqında akt qeydini aparmaqdan və ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X8 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin X8 ölüm haqqında akt qeydinin aparılmasından imtina etməsi nəticəsində ərizəçi V.Qafarovun ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X8 xx.xx.2021-ci il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadəsi və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən ərizə əsaslıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikaı MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1966-cı il tarixdə Abşeron rayonu Xırdalan qəsəbəsində anadan olmuş X8 xx.xx.2021-ci il tarixdə ölməsi (vəfat etməsi) barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-4613/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4613/2022
16.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver