Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4618/2024 04.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X8 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, onun əri X6 07 iyun 1961-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. O, yəni X6 13 iyun 2024-cü il tarixdə yaşadığı ünvan 1 ünvanında vəfat etmişdir. O, ankoloji xəstəlikdən əziyyət çəkirdi və bunun nəticəsində də, həyatını itirmişdir. 13 iyun 2024-cü il tarixdə tərəflərindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansiyasına xəbər verilmiş, lakin həmin qurum tərəfindən ərinin ölməsi barədə arayış təqdim olunmamışdır. Hüquqi əhəmiyyəti olan sənədləşmə işlərinin aparılması ilə bağlı X3 ölüm haqqında şəhadətnaməsi tələb olduğundan Bakı şəhər Maraqlı şəxsnə müraciət etdikdə qeydiyyat şöbəsi tərəfindən şəhadətnamənin verilməsindən imtina olunmuş və məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Ərizəçi göstərilənləri nəzərə alaraq, əri xx.xx.1961-ci il təvəllüdlü X3 13 iyun 2024-cü il tarixdə vəfat etməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etməklə yanaşı, ərizədə göstərilən xüsusatları təsdiq edərək ölüm faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda Ərizəçi məhkəməyə ərizə təqdim edərək, ərizədə ölüm faktının müəyyən edilməsinin ona vərəsəlik işi ilə bağlı lazım olduğunu qeyd etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatına və iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZE seriyalı 09900683 №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1961-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş Ambulator Kitabçadan (xəstəlik tarixindən) çıxarışın surətindən görünür ki, xx.xx.1961-ci il təvəllüdlü X6 10 nömrəli şəhər poliklinikasında tibbi müayinədən keçmiş və ona “XBT 10 kodu. Z00.0” diaqnozu qoyulmuşdur. İş materiallarında olan “Bakı Baş Səhiyyə Mərkəzi” Publik hüquqi şəxsi 10 nömrəli şəhər poliklinikası tərəfindən məhkəməyə ünvanlanmış 24 iyun 2024-cü il tarixli məktubdan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olmuş, TTYS-nın xəbərdarlıq vərəqəsinə əsasən xx.xx.2024-cü il tarixdə saat 17:28-də ünvan 3 ünvanında vəfat etmiş xx.xx.1961-ci il təvəllüdlü mərhum X3 Binəqədi rayonu 10 nömrəli şəhər poliklinikasında ambulator kartası yoxdur və poliklinikaya hər hansı bir xəstəliklə əlaqədar müraciəti olmamışdır, ölüm səbəbi məlum deyildir. Bu səbəbdən də, 10 nömrəli şəhər poliklinikası tərəfindən mərhum X4 ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün deyildir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 25 iyun 2024-cü il tarixli, 3-16-5/7-13-1030/24 saylı məktubdan görünür ki, ərizəçinin müraciətinə həmin şöbə tərəfindən baxılmış və ona bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. X3 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizəni hazırda təmin edə bilmirlər. İş materiallarında olan Təcili və X2 Stansiyası tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 13 iyun 2024-cü il tarixdə X6 üçün çağırış edilmiş, həmin gün saat 17:28-də həkimə qədər ölüm, kişi cinsli meyit aşkar olunmuşdur. İş materiallarında olan Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən Ərizəçi ünvanlanmış 24 iyun 2024-cü il tarixli, 02/Ə-471 saylı məktubdan görünür ki, ərizəçinin müraciətinə baxılmış və ona bildirilmişdir ki, həqiqətən də 13 iyun 2024-cü il tarixdə Binəqədi qəsəbəsinin Kənd qəbiristanlığında X3 dəfni icra olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ərizəçinin oğlu olmaqla yanaşı, atası xx.xx.1961-ci il təvəllüdlü X3 ağciyər xərçəngi olduğunu və 13 iyun 2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktını təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ərizəçinin bacısının qızı olmaqla yanaşı, ərizəçinin əri xx.xx.1961-ci il təvəllüdlü X3 13 iyun 2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktını təsdiq etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyin normalarını rəhbər tutaraq hesab edir ki, xx.xx.1961-ci il təvəllüdlü X3 13 iyun 2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar olduğundan, ərizə əsaslı olduğu üçün təmin edilməli, xx.xx.1961-ci il təvəllüdlü X3 ölüm faktı müəyyən olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1961-ci il təvəllüdlü X3 13 iyun 2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X3 adına ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №2(001)-4618/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4618/2024
04.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver