Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4626/2024 09.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs qarşı mülki iş üzrə (Açar sözlər: mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, Ərizəçi Ərizəçi, Maraqlı şəxs Maraqlı şəxs, Maraqlı şəxsin nümayəndəsi-vəkili X1 iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixdə 13 saylı Mediasiya Təşkilatında bağlanmış MŞB/13/2024-00422 saylı barışıq sazişinin tərəflər arasında bağlanmış xx.xx.2007-ci il tarixli nikah qeydinin pozulması hissəsində təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, tərəflər Bakı şəhəri 13 saylı Mediasiya Təşkilatında xx.xx.2024-cü il tarixində MŞB/13/2024-00422 saylı barışıq sazişi bağlamışlar. Həmin sazişin şərtlərindən biri də tərəflər arasında bağlanmış xx.xx.2007-ci il tarixli nikah qeydinin pozulmasıdır. Bu səbəbdən də ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs ərizəni qəbul edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi-vəkili X2 mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə etiraz etmədiklərini bildirdilər. Mülki işin materialları: - Bakı 13 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli Barışıq Sazişinə əsasən:
1. Tərəflər arasında xx.xx.2007-ci il tarixdə 3081 №-li akt qeydi ilə Bakı şəhəri Səadət Sarayında bağlanmış nikahın pozulması barədə razılığa gəldilər.
2. Tərəflər birgə nikahdan anadan olan övladları xx.xx.2008-ci il təvəllüdlü X7, xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi Ərizəçi yanında, himayəsində saxlanılmasına razılaşdılar.
3. Tərəflər, Maraqlı şəxs və Ərizəçi ilə birgə nikahdan anadan olan övladları xx.xx.2008-ci il təvəllüdlü X7, xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 2024-cü ilin may ayından başlayaraq hər ayın 25-30-u aralığında hər ay hər uşaq üçün 235 manat, ümumilikdə 705 manat aliment məbləğinin Maraqlı şəxs Ərizəçi ödəməsi barədə razılaşdılar.
4. Tərəflər birgə nikahdan anadan olan övladları xx.xx.2008-ci il təvəllüdlü X7, xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X8 ilə hər həftənin şənbə və bazar günləri 14:00-dan 17:00-a qədər (uşağın təhsil, tərbiyyə, idman, inkişaf və s. maraqları nəzərə alınmaqla) görüşüb ünsiyyətdə olması barədə razılaşdılar.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə aşağıdakılara görə təmin edilməlidir. Məhkəmə AR Ailə Məcəlləsinin 19.1 və 20.1-ci maddələrinə əsaslanaraq belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış nikah formal xarakter daşıyır, tərəflər könüllü olaraq nikahın pozulması ilə bağlı iradə ifadəsini açıq nümayiş etdirmişlər, eyni zamanda ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü təsdiq edildiyi üçün ərizə təmin olunmalı, onların arasında olan nikah pozulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən ərarvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Məhkəmə qeyd edir ki, tərəflər mediasiya prosesi zamanı aralarında razılığa gəlmiş və nikahın pozulması ilə bağlı xx.xx.2024-cü il tarixdə barışıq sazişi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. - 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. - 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. - 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. - 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. - 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında xx.xx.2007-ci il tarixdə 3081 №-li akt qeydi ilə Bakı şəhəri Səadət Sarayında bağlanmış nikah pozulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. Ərizəçi ilə Əliyeva (Əmirova) Tünzalə Hacıbala qızı arasında bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin:
1. Ərizəçi ilə Əliyeva (Əmirova) Tünzalə Hacıbala qızı arasında xx.xx.2007-ci il tarixdə 3081 №-li akt qeydi ilə Bakı şəhəri Səadət Sarayında bağlanmış nikah pozulsun. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Lətifə Məmmədova