Məhkəmə qərarları › İş №2(001)-4635/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4635/2025

08.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4635/2025 08.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəsirov Murad Seyran oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, X2 xx.xx.2025-ci il tarixdə ev şəraitində vəfat etmişdir. O, yoldaşının dəfn mərasimi ilə bağlı tədbirlərlə məşğul olduğu üçün bu günə kimi ölüm haqqında şəhadətnamə ala bilməmişdir. X2 18 may 2025-ci il tarixdə Binəqədi rayonu Xocəsən qəbirstanlığında dəfn olunmuşdur və bu barədə arayış təqdim edilmişdir. Yoldaşının ölməsi barədə tibbi arayış olmadığından bu günə kimi onun ölməsi barədə ölüm haqqında şəhadətnamə almaq mümkün olmamışdır. O, vərəsəliklə bağlı gələcəkdə ölüm haqqında şəhadətnamənin olması zərurətini nəzərə alaraq, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ölüm haqqında şəhadətnamənin alınması üçün, o, Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmişdir. Sözügedən qurumdan bildirilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edimiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyatı” Qaydalarının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir və X1 adına ölüm haqqında tibbi şəhadətnamə olmadığına görə həmin fakt məhkəmə tərəfindən müəyyən edilməlidir. Ərizəçi göstərilənləri nəzərə alaraq, 26 dekabr 1971-ci il tarixdə doğulmuş ünvan 1 ünvanında yaşamış X1 ev şəraitində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə etməklə yanaşı, ərizədə göstərilən xüsusatları təsdiq edərək, ölüm faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatına və iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş 22 may 2025-ci il tarixli 3-16-5/7-13-930/25 saylı məktubdan görünür ki, Ərizəçi ərizəsinə qeydiyyat şöbəsi tərəfindən baxılmış və ona bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası”-nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənəd ilə təsdiq edilməlidir. X1 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizənin təmin edilməsi qeyri-mümkündür. İş materiallarında olan Xocəsən Bələdiyyəsi tərəfindən verilmiş arayışdan görünür ki, həqiqətən X4 18 may 2025-ci il tarixdə Yeni Xocəsən qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Təcili və X5 Stansiyası tərəfindən verilmiş xəbərdarlıq vərəqəsindən görünür ki, 18 may 2025-ci il tarixdə X4 üçün çağırış edilmiş, həmin gün saat 10:00-da həkimə qədər ölüm, qadın cinsli meyit aşkar olunmuşdur. İş materiallarında olan Z.Vəliyevaya aid məzarın foto-şəklindən məlum olur ki, 26 dekabr 1971-ci il təvəllüdlü X4 18 may 2025-ci il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ərizəçinin qohumu olmaqla yanaşı, ərizəçinin həyat X1 ürək çatışmamazlığı səbəbindən 18 may 2025-ci il tarixdə vəfat etməsi faktını təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ərizəçinin bacısı olmaqla yanaşı, ərizəçinin həyat X1 dəri xəstəliyindən əziyyət çəkməsi səbəbindən 18 may 2025-ci il tarixdə vəfat etməsi faktını təsdiq etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyin normalarını rəhbər tutaraq hesab edir ki, 26 dekabr 1971-ci il təvəllüdlü X3 18 may 2025-ci il tarixdə vəfat etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar olduğundan, göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmadığından, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir. Odur ki, ərizə əsaslı olduğu üçün təmin edilməli, 26 dekabr 1971-ci il təvəllüdlü X3 18 may 2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 26 dekabr 1971-ci il təvəllüdlü X3 18 may 2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X3 adına ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar