Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4654/2022 08.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, Ərizəçinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə) ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 15 aprel 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş atası X3 16 may 2012-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum atası X5 15 aprel 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Səhhətinin pisləşməsi ilə əlaqədar o, 16 may 1977-ci ildə yaşadığı ünvan 1 ünvanında vəfat etmiş və həmin günü Qusar rayon qəbristanlığında dəfn edilmişdir. Bundan sonra ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Orada ona rəsmi qaydada bildirdilər ki, ölüm haqqında akt qeydinin aparılması üçün 106 saylı ölüm haqqında tibbi şəhadətnamə tələb olunur. Əks halda məhkəməyə müraciət etməlidir. Hüquqi faktın müəyyən edilməsi ona vərəsəlik haqqında şəhadətnamə almaq üçün lazımdır. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi yuxarıda göstərilən məzmunda izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, vəfat etmiş X3 yaxın qohumları Qusar rayonunda yaşadıqlarından onların şahid kimi məhkəmədə iştirakının təmin edilməsi mümkün olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə ünvanlanmış məktubda iddiaya etiraz etmədiklərini və işin həllinin məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və şahidlərin ifadələrini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X6 verdiyi ifadəsində bildirmişdir ki, mərhum X5 onun həm qonşusu, həm də sinif yoldaşı olmuşdur. Fuad xəstəlikdən əziyyət çəkirdi. O, 16 may 2012-ci il tarixdə mağazaya gedərkən insanların binanın önündə yığışdığını görmüş, soruşduqda ona Fuadın dünyasını dəyişdiyini bildirmişlər. Orada polis və təcili tibbi yardım işçiləri də var idi. Yas mərasimi Qusar rayonunda keçirildiyinə görə iştirak edə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 verdiyi ifadəsində bildirmişdir ki, mərhum X5 onun qonşusu idi. O, 16 may 2012-ci il tarixdə işdən evə qayıdarkən insanların binanın önündə yığışdığını görmüş, soruşduqda ona Fuadın rəhmətə getdiyini bildirmişlər. Orada polis işçiləri də var idi. Yas mərasimi Qusar rayonunda keçirildiyinə görə iştirak edə bilməmişdir. İş materiallarında olan: AA0419707 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 15 aprel 1977-ci il tarixdə doğulmuşdur; Binəqədi rayon MKTB-nin 107 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 30 iyun 2022-ci il tarixli arayışdan görünür ki, Ərizəçi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi, ev 49, mənzil 21/22-də yaşayır; AZ-İ 568929 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi atası X5, anası isə X4r; BŞT və TTYS-in 17 saylı bölməsi tərəfindən verilmiş 16 may 2022-ci il tarixli Təcili və ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, saat 20:00-da Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Q.Məmmədov küçəsi ev 39-da X3 meyidi aşkar olunmuşdur. 15 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş 11 iyun 2022-ci il tarixli məktubdan görünür ki, ünvan 4 ünvanında yaşamış və 16 may 2022-ci il tarixdə rəhmətə getmiş (xx.xx.1977-ci il təvəllüdlü) X3 poliklinikada heç bir müraciəti qeydə alınmayıb və adına ambulator karta açılmayıb. Bu səbəbdən ölüm haqqında şəhadətnamənin verilməsi mümkün deyil; Bakı şəhəri Maraqlı şəxs tərəfindən ərizəçinin nümayəndəsinə ünvanlanmış 04 iyun 2022-ci il tarixli məktubdan görünür ki, onun 16 may 2022-ci il tarixdə vəfat edən əri X5 üçün ölüm haqqında şəhadətnamə almaq barədə müraciətinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”-nın 8.5 bəndlərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. X3 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizəni təmin edə bilmirlər; Qusar rayonu Qusar Bələdiyyəsi tərəfindən verilmiş 31 may 2022-ci il tarixli arayışdan görünür ki, 15 aprel 1977-ci il təvəllüdlü X5 vəfat etdiyi 16 may 2022-ci il tarixdə Qusar şəhər qəbristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.3 və 9.4-cü bəndlərində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçinin atası X5 16 may 2022-ci il tarixdə Bakı şəhərində, ev şəraitində vəfat etmiş, lakin ərizəçinin atasının ölüm faktını təsdiq edə biləcək sənədi məhkəməyə müraciət etmədən əldə etməsi mümkün olmamışdır. Buna görə də, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 15 aprel 1977-ci il təvəllüdlü X3 16 may 2022-ci il tarixdə Bakı şəhərində, ev şəraitində vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, hazırki ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 15 aprel 1977-ci il təvəllüdlü X3 16 may 2022-ci il tarixdə Bakı şəhərində, ev şəraitində vəfat etməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-4654/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4654/2022
08.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver